Mühazirənin quruluşu. Mühazirə öz quruluşuna görə bir çox aspektləri – təd-
ris, elmi, tərbiyə, psixoloji və sosial aspektləri yaradıcı şəkildə özündə birləşdirən bit-
kin elmi-pedaqoji əsər səciyyəsi daşıyır. Mühazirənin quruluşunda bir neçə mərhələ ayırd edilir:
Hazırlıq mərhələsi: mühazirənin səmərə və keyfiyyəti ona hazırlıq
səviyyəsindən çox aslıdır. Bu mərhələnin məqsədi mühazirənin lazimi nəzəri,
didaktik-metodik təminatını həyata keçirməkdən ibarətdir.
Mühazirənin giriş hissəsi: müəllim auditoriyada qayda-qanuna, davamiyyətə diq-
qət yetirdikdən sonra mövzunu, onun planını və ədəbiyyatı tələbələrə çatdırır. Mü-
hazirədə mövzunu öyrənməyin vacibliyi, elmi və həyati əhəmiyyəti qeyd edilir,
mümkün olduqda problem situasiya yaradılır.
Mühazirənin əsas hissəsində mövzu sistemlə (plan maddələri üzrə) şərh olunur.
Mühazirənin yekun hissəsində müəllim əsas nəticələri qeyd edir, tələbələrin sual-
larına cavab verir, mövzu üzərində müstəqil işləmək üçün istiqamət, metodik töv-
siyələr verir.
Mühazirənin yüksək şəkildə keçirilməsi digər təlim formalarının da təşklinə
müsbət təşir göstərir.
74