Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə98/159
tarix04.03.2022
ölçüsü0,63 Mb.
#53373
növüMühazirə
1   ...   94   95   96   97   98   99   100   101   ...   159
BDU Ali məktəb pedaqogikası mühazirə mətnləri

Laborator məşğələlər
Laborator məşğələlər tələbələrin müstəqil iş növlərindən biri olub, onların xü-
susi alət və cihazlarla təcrübə və müşahidələr aparmasını nəzərdə tutur (latınca “la-
boratorium” - əmək, iş deməkdir). Belə məşğələlər təlim prosesində böyük əhəmiy-
yətə malikdir. Onların vasitəsi ilə öyrənilən nəzəri biliklər təcrübəyə tətbiq olunaraq
daha da dərinləşir, konkretləşir, tələbələr cihaz və alətlərlə işləmək və təcrübə qoy-
maq, nəticələr çıxarmaq bacarıqlarına yiyələnirlər. Onlarda elmə, elmi-tədqiqata ma-
raq yaranır. Bu da gələcəkdə elmi fəaliyyətə hazırlaşan tələbə və magistrlər üçün çox
vacibdir.
Laborator məşğələlər müxtəlif vəzifələri yerinə yetirir: -nəzəri biliklərin müasir
76


texniki baza əsasında tətbiqini öyrətmək; - gələcək mütəxəssis üçün zəruri olan ba-
carıq və vərdişlər formalaşdırmaq; - tələbələrdə tədqiqatçılıq maraqları və qabiliyyə-
tini inkişaf etdirmək.
Laborator məşğələlər iki növdə olur: frontal məşğələlər və praktikumlar. Fron-
tal məşğələlər zamanı qrupdakı bütün tələbələr hər biri ayrılıqda (yaxud cüt tərkibdə)
eyni təcrübəni, eyni işi yerinə yetirirlər. Belə təcrübələr mövzunun keçirilməsi ilə
eyni vaxtda aparılır. Praktikumlar (səpəli məşğələlər) cihazların sayı az olduqda kiçik
qrup tərkibində, həm də müəyyən mövzular və bəhs bitirdikdən sonra keçirilir. Belə
məşğələlərdə   daha   mürəkkəb   tapşırıqlar   yerinə   yetirilir.   Məsələn,   kondensatorun
həcminin ölçülməsi, işıqlanma qanunlarının öyrənilməsi (fizika), üzvi və qeyri-üzvi
maddələrin sintezi, istilik, torpaq və ərzaq məhsullarının tədqiqi (kimya) və s.
Laborator məşğələlərin quruluşu praktik məşğələdəki mərhələlərə uyğun gəlir:
giriş, işin icrası, nəzarət, yekun mərhələləri.
Laborator məşğələnin səmərəli təşkili üçün müəyyən  pedaqoji şərtlərə  əməl
edilməlidir: a)tələbələrin məşğələlərə nəzəri hazırlığını təmin etmək; b) onların müs-
təqilliyini, tətqiqatçılıq maraqlarını stimullaşdırmaq, təcrübə və eksperimentlərə ya-
radıcılıq, tədqiqat elementləri daxil etmək; c) tələbələri elmi idrak metodları, eks-
perimentin ümumi metodikası ilə silahlandırmaq; ç) onları təlimdənkənar elmi işlərə
‒  elmi dərnəklərə, tələbə elmi cəmiyyətinə cəlb etmək, tələbələrə öz səviyyələrinə
uyğun   fərdi-diferensial   yanaşmanı   həyata   keçirtmək;   d)   tələbələrin   tədqiqatçılıq
maraqlarını peşə-ixtisas yönümü ilə əlaqələndirmək.
Təlimin  nəzərdən  keçirilən  praktik  formaları   düzgün  təşkil  edildiyi  şəraitdə
nəzəri bilikləri təcrübəyə tətbiq etmək, onlardan əməli peşə fəaliyyətində müstəqil və
yaradıcı şəkildə istifadə etmək bacarıqlarının formalaşmasında mühüm rol oynaya
bilər.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin