Birinci halda tələbənin elmi fəaliyyəti tədris prosesinin tərkib hissəsi kimi özünü
göstərir. Belə elmi axtarıcılıq işləri
tələbə tədris tədqiqat işləri (TTTİ) adlanır. Buraya
kurs işləri və layihəsi, diplom işləri və layihəsi, buraxılış işləri, habelə mühazirə,
seminar, laborator və praktik məşğələlərlə, istehsalat və pedaqoji təcrübə ilə əlaqədar,
habelə xüsusi kurs və seminarlar üzrə tədqiqat xarakterli tapşırıqların icrası və s. da-
xildir. Tədrislə bağlı tədqiqat işləri fənn və mövzudan, qarşıya qoyulan təlim məq-
sədindən asılı olaraq tələbələri çox müxtəlif elmi fəaliyyətə cəlb etməyi nəzərdə tutur.
Məsələn, müəyyən bir problem üzrə müxtəlif mənbələri oxuyub təhlil etmək, ümumi-
ləşdirmək, təsnifat aparmaq, eyni problemlə bağlı müxtəlif konsepsiyaları müqayisə
etmək, qruplaşdırmaq, onlara tənqidi münasibət göstərmək və s. Kurs, buraxılış və
diplom işləri, elmi-tədqiqat xarakterli iş formaları mümkün qədər nəzəri və təcrübi-
eksperimental səciyyə daşımalıdır.
Ali məktəbdə tələbələri elmi işə cəlb etməyin ikinci yolu auditoriyadankənar elmi
fəaliyyətin təşkilidir. Bu cür elmi işlər
tələbə elmi-tədqiqat işləri (TETİ) şəklində özü-
nü göstərir. Hazırda universitetlərdə TETİ-nin müxtəlif formaları fəaliyyət göstərir:
tələbə elmi dərnəkləri, elmi klublar; tələbə elmi laboratoriyaları; elmi konfranslar, se-
minar və simpoziumlar; fənn olimpiadaları; tələbə elmi işlərinin müsabiqəsi; yay elmi
məktəbləri; tələbə konstruktor bürosu; təsərrüfat müqaviləsi üzrə tədqiqat işləri və s.
Elmi fəaliyyətlə məşğul olan tələbələr
tələbə elmi cəmiyyətində (TEC) birləşirlər.
Tələbə elmi işinə
kafedranın rəhbərliyi müxtəlif istiqamətlərdə təmin olunur:
a) kafedra nəzdində tələbə
elmi dərnəklərinin təşkili;
b) kafedra və laboratoriyaların elmi-tədqiqat mövzularının işlənməsində tələbə-
lərin iştirakı;
c) istehsalat və pedaqoji təcrübə dövründə tələbələrin elmi-tədqiqat xarakterli
tapşırıqları yerinə yetirmələri;
ç) ümumi tədqiqat planı və ya xüsusi tematika üzrə kurs, diplom və laborator
işlərinin icrası və s.
TTTİ və TETİ gələcək mütəxəssislərin yaradıcı şəxsiyyətlər kimi formalaşması-
na kömək göstərir.
Dostları ilə paylaş: