12. Adət – müəyyən etnik birlik daxilində qəbul edilmiş
davranış qaydalarıdır.
13. Mərasim – etnosun müəyyən sosial, ailə və mənəvi
həyatı ilə bağlı olan reqlamentli hadisələrdir. Bunları bir-
birindən fərqləndirmək üçün onlar aşağıdakı söz birləşmələri
şəklində işlədilir: dəfn mərasimi, toy mərasimi, qonqpərvərlik
adəti, oğulluğa götürmə adəti və s.
14. Qalıq – ictimaivə mənəvi həyatın müasir vəziyyətinə
yabançı olan, keçmiş mədəni mərhələlərdən bu günə qədər
gəlib çatan və etnik birliyin üzvləri tərəfindən bir vərdiş kimi
icra edilən mədəni amildir. Bunlar qədim mərasim və adətlərin
qalığı kimi yaşaya bilir.
15. Ənənə - (latınca “traditsiya”- ötürülən, keçirilən
deməkdir) etnosun həyatını qoruyub saxlamaq üçün maddi və
mənəvi mədəniyyətin, ailə və ictimai həyatın elə bir amilidir ki,
cəmiyyətin üzvləri onu nəsildən-nəslə keçirirlər. Bəzən
insanların məqsədyönlü fəaliyyəti nəticəsində maddi və mənəvi
mədəniyyətin yeni formaları meydana çıxır ki, bunlara yenilik, innovasiya deyilir. Tədricən bunlar ənənəyə çevrilir.