Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc


Kasta – (portuqaliya dilində  nəsil deməkdir) qapalı  endoqam ictimai qrupdur. Onun öz xüsusi davranış qaydaları  vardır



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə14/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   76
qn eve

Kasta – (portuqaliya dilində  nəsil deməkdir) qapalı 
endoqam ictimai qrupdur. Onun öz xüsusi davranış qaydaları 
vardır.    
 
AİLƏ-NİKAH TERMİNLƏRİ 
Ailə-nikah münasibətləri anlayışı ailə  və nikah 
formalarının, adət və  mərasimlərinin kompleks şəklində  əks 
etdirilməsidir.  
Nikah – adət hüququ və qanunla rəsmiləşdirilən kişilərin 
və qadınların cinsi yaxınlığını  əks etdirən sinfi cəmiyyətdə 
yaranmış aktdır. Nikah dövründə ər və arvadın qarşılıqlı hüquq 
və vəzifələri meydana çıxır.  
Ailə - ər və arvaddan, onların övladlarından ibarət olan 
ictimai-iqtisadi hüceyrədir. Sinfi cəmiyyətdə onun ən geniş 
yayılan forması  monoqamiyadır. Nikahın formaları nikah 
cütünün birləşməsinin xarakteri mənasını verir. Qızların 
qaçırılması – bu qızların və onların valideynlərinin razılığı və 
ya qeyri razılığı zamanı qaçırma yolu ilə bağlanan nikah 
formasıdır.  Ödəncli nigah – (kalım) – Adaxlının gəlinin 
əvəzində  qızın ailəsinə ödənc verməsidir.  İşləyib ödəmə 
əsasındakı nikah da buna aiddir. Gəzmə nikah – nikahın elə 
bir formasıdır ki, bu zaman ər-arvad ayrı-ayrı nəsillərdə yaşayır 
və yaxud ər arvadın evində deyil, kişilər üçün nəzərdə tutulmuş 
xüsusi evlərdə yaşamasıdır.  Qonaqpərvər heterizm – qrup 
nigahının bir formasıdır. Bu vaxt ərlə eyni bir sinfə, nəslə, yaş 
sinfinə daxil olan qonaq onun arvadı ilə yaşamaq hüququna 
malik olurdu. Sinifsiz cəmiyyətin bütün dövrlərində  ən geniş 
yayılan  qrup nikahı forması idi. Bu vaxt bir qrup kişilər və 
qadınlar müvəqqəti və ya daimi olaraq bir-birinin ərləri və 
arvadları hesab olunurdular. Lakin ciddi bir tərzdə 
ekzoqamiyaya riayət olunurdu. Qrup nigahının qalıqlarına sinfi 
cəmiyyətlərdə  də, hətta Asiya, Afrika və Okeaniyanın müasir 
xalqlarının bəzilərində bu günə  qədər təsadüf olunmaqdadır. 
Qədim Romadakı  saturnaliya qrup nigahının tipik qalığı 


_______________Milli Kitabxana______________ 
 16
sayılır. Saturunun şərəfinə keçirilən məhsul bayramı günlərində 
müxtəlif nəsillərdən olan kişi və qadınlar arasında müvəqqəti 
olaraq cinsi əlaqələrə yol verilirdi. Asiyadakı müasir myao-yao 
xalqları  da  ay  rəqsləri zamanı xüsusi cinsi münasibətlərdə 
olurlar ki, bunlar da tamamilə saturnaliyaya bənzəyir.  
Heterizm – (yunanca “ketayra”-məşuqə) də qrup 
nikahının qalığıdır. Nikah yolu ilə bir kişiyə bağlı olan qadın 
başqa bir kişi ilə cinsi əlaqəyə girərsə bu heterizmdir. Başqa 
sözlə, qadın onunla nikah əlaqəsinə girə biləcək bütün kişilərə 
mənsub idi.  
Gənclər evi – Cənub-Şərqi Asiyanın bir çox xalqlarında 
müşahidə olunan tikintilərdir. Burada müxtəlif nəsillərdən olan 
gənclər hədd buluğa çatana qədər görüşür və azad nikah 
əlaqəsində olurlar. Bir qayda olaraq sinifli cəmiyyət üçün 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin