_______________
Milli Kitabxana______________
16
sayılır. Saturunun şərəfinə keçirilən məhsul bayramı günlərində
müxtəlif nəsillərdən olan kişi və qadınlar arasında müvəqqəti
olaraq cinsi əlaqələrə yol verilirdi. Asiyadakı müasir myao-yao
xalqları da ay rəqsləri zamanı xüsusi cinsi münasibətlərdə
olurlar ki, bunlar da tamamilə saturnaliyaya bənzəyir.
Heterizm – (yunanca “ketayra”-məşuqə) də qrup
nikahının qalığıdır. Nikah yolu ilə bir kişiyə bağlı olan qadın
başqa bir kişi ilə cinsi əlaqəyə girərsə bu heterizmdir. Başqa
sözlə, qadın onunla nikah əlaqəsinə girə biləcək bütün kişilərə
mənsub idi.
Gənclər evi – Cənub-Şərqi Asiyanın bir çox xalqlarında
müşahidə olunan tikintilərdir. Burada müxtəlif nəsillərdən olan
gənclər hədd buluğa çatana qədər görüşür və azad nikah
əlaqəsində olurlar. Bir qayda olaraq sinifli cəmiyyət üçün
Dostları ilə paylaş: