Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc


İCTİMAİ  HƏYAT  TERMİNLƏRİ



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə13/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   76
qn eve

İCTİMAİ  HƏYAT  TERMİNLƏRİ 
Nəsil- Sosial həyatın ən mühüm anlayışlarında biridir . O, 
sinfi cəmiyyətəqədərki dövrün əsas ictimai-iqtisadi 
hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən 
qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə 
“gens” anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat 
terminlərindən də istifadə olunur.  


_______________Milli Kitabxana______________ 
 12
Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının 
ittifaqıdır.  
Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının 
ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında “klan” termini ata nəsli 
termini ilə sinonim sayılır. Məsələn,  Şotlandiyada ata nəsli 
quruluşu klan quruluşu kimi xarakterizə olunur.  
Matriarxat – (latınca “mater”-ana, yunanca “arxe”-
hakimiyyət) hərfi mənada ananın hakimiyyəti deməkdir. 
Ananın hökmüranlığı  bəşəriyyət tarixinin o dövrünə aiddir ki, 
bu vaxt qadınlar sosial quruluşun yüksək pilləsində dururdular 
və bir qayda olaraq rəhbərlər onların içərisindən seçilirdi. 
Müasir etnoqrafiyada matriarxat dedikdə qadınların 
hökmüranlığının o dövrü başa düşülür ki, insanların ictimai 
mövqeyi və hüquqları ana xətti ilə  cərəyan edən qan 
qohumluğu ilə müəyyən olunurdu. Nəsli hakimiyyətin 
icraçıları isə çox vaxt hakimiyyəti ana xətti ilə keçən kişilərdən 
ibarət olurdu. 
Patriarxat – (yunanca “patriarxe”-nəslin başçısı) 
kişilərin hakimiyyəti mənasında işlədilir. Etnoqrafiyada bu 
quruluş sinifsiz cəmiyyətdən sinifli cəmiyyətə keçid dövrü 
kimi xarakterizə olunur. Burada qohumluq ata xətti ilə 
müəyyənləşdirilir. Bununla belə ana nəsli qalıqları güclü olur. 
Xronoloji baxımdan patriarxatın təşəkkülü dünyanın bir çox 
xalqlarında müşahidə olunan ilk tunc dövrünə, yəni maldarlığın 
əkinçilikdən ayrılması dövrünə  təsadüf edir. İnsanların 
təsərrüfat fəaliyyətinin müxtəlifliyindən asılı olaraq demək 
lazımdır ki, patriarxatın yaranması ana nəslindən ata nəslinə 
keçilməsini zəruri edən iqtisadi təlabatın yaranması dövründən 
başlanmışdır. Patriarxat sinifsiz cəmiyyətin son pilləsi, sinifli 
cəmiyyətin ilk pilləsi hesab olunur.  
Ekzoqamiya (yunanca “ekzo”-xarici, “qamos”-nigah) – 
hərfi mənada kənardan nikah olmaqla nəslin mühüm əlaməti 
sayılır. Ekzoqamiya prinsipinə əməl edilməsi nəslin üzvlərinin 
təsərrüfat və ailə-nikah münasibətlərində böyük rol oynayırdı. 


_______________Milli Kitabxana______________ 
 13
Endoqamiya (yunanca “endoi”-daxili, “qamos”-nikah) – 
hərfi mənada daxili nikah deməkdir. Endoqamiya, nəinki bir 
etnik birlik kimi, habelə sinifsiz cəmiyyətin sosial təşkilatının 
yüksək forması kimi qəbilənin çox mühüm əlaməti olmuşdur. 
Qəbilə etnik və  təsərrüfat baxımından nəsil kimi 
mikrostrukturanı endoqamiya yolu ilə özündə birləşdirən ali 
makrostruktura idi. 
Fratriya  – qarşılıqlı nikah əlaqəsində olan bir neçə 
nəsilləri birləşdirən qəbilə bölgüsü idi. Bunlar çox vaxt bir 
nəslin sonrakı inkişafı  nəticəsində yaranmışdı. Qəbilənin  ən 
ilkin başlanğıcı azı iki nəslin mövcud birliyi şəklində 
olmuşdur. Nəslin və ya qəbilənin təsərrüfat fəaliyyəti ümumi 
təsərrüfat formasına – icmaya əsaslandığı üçün bunu həm də 
nəsli icma və ya arxaik icma adlandırırlar. Məlum olduğu kimi 
bütün ibtidai icma dövründə, yəni sinifsiz cəmiyyətdə  əmək 
alətləri və istehsal vasitələri üzərində icma mülkiyyəti mövcud 
olmuşdur. Bu cür icmalar bir qayda olaraq qohumluq 
münasibətlərinə əsaslanırdı.  
Əmlak bərabərsizliyinin yaranması, qan qohumluğu 
əlaqələrinin sarsılması  və  ərazi  əlaqələrinin yaranması 
nəticəsində  nəsli icmalar kənd icmalarına və ya əkinçilik 
icmalarına çevrilirdi. Bu da öz dualizmi ilə seçilirdi. Belə ki, 
torpaq, otlaq və biçənəklər üzərində icma-kollektiv mülkiyyət 
saxlanılır, istehsal vasitələri üzərində isə ayrı-ayrı ailələrin 
xüsusi mülkiyyəti təşəkkül tapırdı. Deməli ailələrin istifadə 
etdiyi  əkin sahələri və otlaqlar icmaya məxsus idi. Oradan 
götürülən gəlir isə  fərdi xarakter daşıyırdı. Sinifsiz cəmiyyət 
dövründə yaranan bu qayda son günlərə qədər davam etmişdir.  
Patronimiya – sinifsiz cəmiyyətin son dövründə
patriarxal ailələrin dağılması zamanı daha yaxın qohumluq 
telləri ilə bir-birinə bağlı olan ailələr vahid birlik təşkil 
edirdilər ki, bu cür ailə qrupları patronimiya adlanırdı. 
Patronimiyanı 1931-ci ildə M.O.Kosven kəşf etmişdir. 
Kosvenə görə patronimiya da nəsil kimi ekzoqam olmuşdur. 


_______________Milli Kitabxana______________ 
 14
Xarici etnoqrafiyada patronimiyanın sinonimi linecdir 
(ingiliscə nəsillərin xətti). Düşmən təhlükəsini dəf etmək üçün 
qəbilələr (qohum və ya qonşu) müvəqqəti ittifaqlarda 
birləşirdilər. Müdafiə  məqsədi ilə yaranan qəbilə ittifaqları 
əksər hallarda öz ictimai-iqtisadi mənafeləri naminə ittifaqı 
uzun müddət üçün saxlayırdılar (irokezlərin liqası, kriklərin 
konfederasiyası). Bəzi hallarda isə  hərbi təhlükənin 
sovuşmasından sonra ittifaqlar dağılırdı. Qəbilə ittifaqları sinfi 
cəmiyyətə keçid dövründə yaranmışdır. Hərbi demokratiya 
dövrü adlanan bu dövrdə seçkili rəhbərlərlə yanaşı  hərbi 
sərkərdələrin də ictimai rolu yüksəlirdi. Bunlarda qəbilə üzvləri 
və ya qəbilə  şurası  tərəfindən seçilirdi. Qəbilə ittifaqları 
dövlətin, hərbi rəhbərlərin hakimiyyəti isə kral və ya knyazın 
hakimiyyətinin rüşeymləri idi.  
Nəsli və ya qəbiləni ağsaqqallar idarə edirdilər. Onlar 
dünyəvi və dini funksiyalar daşıyırdılar. O, nəslin və ya 
qəbilənin adət-ənənələrinə ciddi riayət olunmasına nəzarət 
edirdi. Qəbilə  rəhbərinin funksiyası ondan ibarət idi ki, o, 
təsərrüfata başçılıq edir, nəsillər arası ixtilafları həll edir, hərbi 
işə  rəhbərlik edirdi. Nəsli  şura – nəslin tam bərabər hüquqlu 
üzvlərinin ümumi yığıncağı idi. Qəbilə  şurası – isə  qəbiləyə 
daxil olan nəsil ağsaqqallarının yığıncağı idi.  
İnitsiyasiya. Sinfi quruluşa qədərki cəmiyyətin həyatında 
initsiyasiyalar (təqdis adətləri) böyük rol oynayırdı (latınca 
“initsiare”-başlamaq). Bu yeniyetmələrin böyüklər cərgəsinə 
keçirilməsi qaydası idi. Sosial institutların biri də gizli 
ittifaqlardır. Bunlar nəsil arası dini təriqətlər kimi təşəkkül 
tapmışdılar; lakin sonralar qəbilənin rəsmi hakimiyyətinə qarşı 
ictimai-siyasi məqsədlər güdməyə başlamışdı. Qəbilədə kişi 
evləri də olurdu. Bunlar ilk mərhələdə nikahdan sonra nəslə 
daxil olan kişilərin yaşadığı yer idi. Lakin sonrakı  mərhələdə 
arvadların nəsli daxilində  kənar nəsillərdən gəlmiş kişilərin 
mənafeyini müdafiə edən sosial təşkilata çevrilmişdilər.  


_______________Milli Kitabxana______________ 
 15

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin