Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə16/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   76
qn eve

Promiskuitet. XIX əsr klassik etnoqrafik ədəbiyyatında 
promiskuitet anlayışına tez-tez rast gəlinir. Bu nizamsız cinsi 
əlaqələr deməkdir. Nigahın bu ibtidai forması insanlığın ilk 
çağına-ibtidai sürü dövrünə aiddir. 
Geniş yayılan istilahlardan biri də ailə formasıdır. Ailə 
forması nikah cütlərinin birləşməsinin spesifik 
reqlamentasiyasıdır.  İkili ailə nikah cütlərinin qeyri-sabit 
şəkildə birləşməsidir. Burada qrup nikahlı qalıqları daha 
çoxdur. Fərdi ailə ata nəsli  şəraitində cütlərin uzun müddət 


_______________Milli Kitabxana______________ 
 17
üçün bir yerdə yaşamasıdır. Ana nəslindən ata nəslinə keçid 
dövrünün ziddiyətlərini  əks etdirən bir çox etnoqrafik 
anlayışlar diqqəti cəlb edir. Belə adətlərdən biri kuvada adətidir 
(fransızca “kuveyd”-qırt oturmaq). Bu adət kişilərin öz atalıq 
hüququnu təsdiq etdiyi mərasimdir. 
Travestizm – (fransızca-“travesti”-paltar dəyişmə) 
adətinin icrası zamanı kişilər arvad paltarı geyinir, öz cinsindən 
uzaqlaşır, qadın sayağı işlər görür. 
Avunkulat – (latınca “avankulus”-dayı) – dayı ilə bacı 
uşaqları arasındakı qarşılıqlı hüquq və vəzifələrdir. 
Atalıq  – avankulatın xüsusi bir növü kimi, uşaqların 
kənar ailədə  tərbiyə edilməsidir. Qardaşlaşma – qanların 
qarışdırılması yolu ilə və yaxud eyni bir qadınla yaşamaq yolu 
ilə müxtəlif mənşəli kişilərin qohumlaşması. Oğulluğa və ya 
qızlığa götürmə - ailənin və ya nəslin tam bərabər hüquqlu 
üzvü olma; Matrilineynıy – ana xətti;  patrilineynıy – ata 
xətti;  matrolokal - ərin nikah zamanı arvad nəslinə keçməsi

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin