monoqam nikahlar xarakterikdir. Bu tək nigahlılıq deməkdir.
Bununla belə poliqamiyaya da təsadüf olunur ki, bu da
çoxarvadlılıq deməkdir. Etnoqrafiyada poliandriya termininə
də təsadüf olunur ki, bu ən çox Tibetdə yayılan adətdir. Bütün
bunlarla yanaşı zəruri sayılan nikahlar da mövcud olmuşdur.
Məsələn, ortakuzen – (ortos-yunanca bilavasitə, kuzen-
fransızca əmi oğlu) əmi oğlu ilə əmi qızı arasındakı nikah
əlaqəsinə deyilir. Kros-kuzen nigah isə dayı oğlu ilə bibi qızı
arasında bağlanan nigahdır; sororat – (latınca-soror-bacı) eyni
vaxtda bir neçə bacı ilə bağlanan nigaha deyilir; levirat –
(latınca-levir-qayın) qardaş arvadı ilə olan nigahdır.