Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc


patrilokal – arvadın ərin nəslinə keçməsi; bilokal



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə17/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   76
qn eve

patrilokal – arvadın ərin nəslinə keçməsibilokal – növbə ilə 
gah  ərin, gah da arvadın nəslində yaşamaq;  neolokal - ər və 
arvad valideynlərindən ayrı yaşayır;  dislokalər və arvad ayrı-
ayrılıqda, hərə öz mənsub olduğu nəsildə yaşayır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_______________Milli Kitabxana______________ 
 18
DÜNYA XALQLARININ TƏSNİFAT NÖVLƏRİ 
a) Coğrafi təsnifat 
Xalqları qruplaşdırmaq və müəyyən qanunauyğunluqları 
aşkara çıxarmaq üçün əsasən aşağıdakı  təsnifat növlərindən 
istifadə olunur: 1) coğrafi təsnifat; 2) dil təsnifatı; 3) təsərrüfat-
mədəni təsnifat və 4) antropoloji təsnifat; 5) dini təsnifat; 6) 
ictimai-iqtisadi inkişaf səviyyəsinə görə  təsnifat; 7)etnik 
birliklərin tipinə görə  təsnifat; 8) əhalinin miqdarına görə 
təsnifat. Bütün bu təsnifat növləri bir-birini tamamlayır və 
müxtəlif məqsədlər üçün istifadə olunur. 
Hər bir xalq öz etnik ərazisinə malik olduğu üçün onları 
bu əlamətə görə təsnif etmək mümkündür. Bu mənada “Afrika 
xalqları”, “Amerika xalqları”, “Asiya xalqları” kimi 
məvhumlardan istifadə edilir. Etnoqrafik xəritələrdə öz əksini 
tapan bu təsnifat xalqların əraziyə görə bölgüsünü göstərməklə 
bərabər, belə bir faktı sübut edir ki, xalqların müxtəlif 
ərazilərdə  məskunlaşması  hər hansı  təsadüf üzündən baş 
verməmiş, əksinə uzun bir tarixi inkişaf prosesinin nəticəsidir. 
Məlum olduğu kimi yer kürəsinin insanlar yaşayan hissəsi 
eykumena adlanır. Eykumena tarixən dəyişmişdir. Halbuki 
insanın yarandığı dövrlərdə o, Afrika və Cənubi-Şərqi Asiyada 
cüzi bir ərazini  əhatə edirdi. Yuxarı paleolitdə, sonra isə 
neolitdə  məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun 
olaraq eykumena genişlənmiş  və  Şimali Avropanı,  Şimali 
Asiyanı, Amerikanı, Afrika və Avstraliyanı, Okeaniyanı əhatə 
etmişdi. Yalnız yaşayış üçün əlverişsiz olan yararsız kiçik 
sahələr məskunlaşmamış qalmışdı. Yeni-yeni torpaq 
sahələrinin mənimsənilməsi ilə yanaşı insan qruplarının 
yerdəyişmə prosesi də güclənmişdi.  Əhalinin artması  və  təbii 
ehtiyatların tükənməsi kimi səbəblər üzündən qəbilə və tayfalar 
öz yerlərini tərk edir, başqa tayfaların ərazisini tutur və onlarla 
qarışırdılar. Bu vaxtlar nəinki quru, hətta dəniz yolları ilə 
köçmə olurdu. Tədricən ayrı-ayrı ölkələrin əhalisinin tərkibi də 
dəyişirdi. Məsələn, hələ bizim eradan əvvəl II minillikdə hindi-


_______________Milli Kitabxana______________ 
 19
çin əhalisinin xeyli hissəsi, əvvəllər qara dərili zənci-avstroloid 
tayfalarının yaşadığı  İndenoziya adalarına köçmüşdülər. 
Buradakı  zəncilər ya sıxışdırılmış, yaxud da, assimilyasiyaya 
uğradılmışlar. Gəlmələr indiki İndoneziyalıların  əcdadları 
olmuşlar. Bizim eradan əvvəl II-I minilliklərdə isə Avropanın 
müasir xalqlarının əcdadları onlara qədər ki, əhalini sıxışdırmış 
və ya assimilyasiyaya uğratmışdılar. Qədim  əhalidən indi 
Avropada yalnız basklar qalmışlar. 
Bəşər tarixinin bəzi dövrlərində etnik yerdəyişmələr 
xüsusilə güclü olmuşdur. Bunlar daha geniş  və kütləvi 
yerdəyişmələr olmaqla başlıca olaraq kapitalizm dövründə 
cərəyan etmişdir. Bu vaxt Qərbi Avropa ölkələrindən 
Amerikaya, Cənubi Afrika və Avstraliya ölkələrinə  əvvəlcə 
işğalçılar və müstəmləkəçilər, sonra isə  işsizlər axışıb 
gəlmişdilər. Buna görə də son 3-4 əsr ərzində dünyanın bir sıra 
ərazisinin, xüsusilə Avstraliya və Amerikanın əhalisinin tərkibi 
kəskin surətdə dəyişilmişdir. 
Bütün bu deyilənlərdən o nəticə  çıxır ki, xalqların coğrafi 
təsnifatı, təkcə insan qruplarının siyasi xəritədə yerləşməsi 
olmayıb, o, həm də insan tərəfindən yerin məskunlaşması 
prosesini göstərən başlıca amildir. Müxtəlif ölkələrin əhalisinin 
etnik tərkibi ilə tanış olarkən, yerli əhalini buraya çoxdan 
gəlmiş  əhali qrupundan da fərqləndirməyi bacarmaq lazımdır. 
Məsələn,  Şimali Amerikada yerli əhali sayca çox az qalmış 
hindu və eskimoslardır. Ağlar və  zəncilər isə  gəlmələr 
sayılırlar. Yerli əhalinin özü də  məskunlaşma dövrü etibarilə 
bir-birindən seçilirlər. Məsələn, hinduların 
əcdadları 
Amerikada on minlərlə il bundan əvvəl məskunlaşdıqları halda, 
eskimoslar isə  cəmi 2-3 min il bundan əvvəl həmin yerlərin 
daimi sakinləri olmuşlar. Yaxud Hindistanda dravidlər yerli 
əhali, arilər isə oraya yalnız 3-4 min il bundan əvvəl 
gələnlərdir. 
Qeyd etmək lazımdır ki, bir müddət eyni bir ölkənin 
ərazisində yaşayan xalqlar onların genezisindən asılı olmayaraq 


_______________Milli Kitabxana______________ 
 20
bir-biri ilə əlaqə nəticəsində adətən oxşar məişət və mədəniyyət 
formaları yaradırlar. Məsələn müxtəlif dilə  və genezisə malik 
olan Qafqaz xalqları  əsrlər boyu bir-biri ilə qonşuluqda 
yaşadıqlarından onlarda mədəni məişət ukladının bir çox oxşar 
xüsusiyyətləri yaranmışdır. Ümum Qafqaz geyim tipinin
xüsusən kişi paltarlarının oxşarlığını, silah, adət-ənənə  və 
folklor materiallarının oxşarlığını buna misal göstərmək olar. 
Bu cür vəziyyəti dünyanın bir çox xalqlarında da müşahidə 
etmək olar.  
Xalqların tarixən ümumi mədəni məişət xüsusiyyətlərinin 
formalaşdığı vilayətə tarixi etnoqrafik vilayət deyilir. Keçmiş 
sovet imperiyası daxilində belə tarixi etnoqrafik vilayətlərə 
misal olaraq Baltikyanı  əraziləri, Orta Volqaboyunu, Qafqazı, 
Orta Asiyanı  və s. göstərmək olar. Xalqları coğrafi cəhətdən 
təsnif edərkən, onları  xəritə üzrə deyil tarixi-etnoqrafik 
vilayətlər üzrə  təsnifləşdirirlər.  Tarixi-etnoqrafik vilayət 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin