_______________
Milli Kitabxana______________
21
Mərkəzi və Şimali Avropada məskunlaşmışdılar. Onlar hətta
keltlərin yaşadığı Britaniya adalarına da gəlib çıxmışdılar. Bu
dövrdə, keçmiş Roma imperiyasına dəfələrlə basqın etmiş və
onun süqutunda mühüm rol oynamış barbar tayfaların
latınlaşdırılmış əhali ilə qarışması nəticəsində Roman
xalqlarının formalaşması prosesi başlanmışdı. Bu vaxt Qərbə
doğru hərəkət edən hunlar IV əsrin sonunda Avropaya çatmış
və Dunay hövzəsində çox
da möhkəm olmayan, lakin etnik
cəhətdən çox qarışıq olan
konqlomerat bir dövlət
yaratmışdılar. Hunların arxasınca Şərqi Avropaya başqa türk
tayfalarının – xəzərlərin, bolqarların, peçeneqlərin,
poloveslərin güclü axını başlanmışdı, Bolqarların bir qrupu
Volqanın yuxarılarınadək gəlib çıxmış və sonralar çuvaş, tatar
xalqlarının etnogenezində görkəmli rol oynamışdılar. Onların
digər qrupu 679-cu ildə Dunay çayını keçərək, cənubda
yaşayan slavyanlar arasında ərimiş, lakin öz adlarını bolqar
xalqına vermişdilər. VIII-IX əsrlərdə,
dili Qərbi Sibirin
Xantimansi xalqlarının dilinə bənzəyən macarlar, Cənubi Ural
çöllərindən hərəkətə başlayaraq, Orta Dunay boyunda
məskunlaşmışdılar.
Türk dilli xalqların kütləvi axını Cənubi Sibirdə, Mərkəzi
və Orta Asiyada da baş vermişdir. Bunun nəticəsində, eramızın
birinci minilliyinin ikinci yarısında, həmin ərazilərdə bir-birini
əvəz etmiş bir çox tayfa ittifaqları və dövlət birləşmələri
meydana gəlmişdi. V əsrin
sonunda isə Orta Asiya
tayfalarından biri olan Evtalitlərin (İrandilli tayfa) böyük qrupu
Hindistan ərazisində məskunlaşmışdı və keçmiş Kuşan
imperiyasının ərazisində böyük bir dövlət yaratdı. VI əsrdən
etibarən Ön Asiyanın və Şimali Afrikanın yerli əhalisinin
assimiliyasiyası ilə müşayiət olunan geniş ərəb işğalları dövrü
başlayır. Bu dövrdə eyni zamanda Şərqi və Cənub-Şərqi
Asiyada koreyalıların və yaponların konsolidasiyası başlayır.
Çinlilər də tədriclə cənuba doğru yayılaraq, oradakı müxtəlif
xalqlarla qarışmış, onların mədəni və təsərrüfat nailiyyətlərini
_______________
Milli Kitabxana______________
22
mənimsəyərək, eyni zamanda özü də bir-birindən fərqlənən
yerli qruplara parçalanmış və yerli xalqlara çin dilini qəbul
etdirmişdilər. Hind-çin yarımadasında vyetnamlıların,
birmalıların, tailandlıların etnik və siyasi əraziləri
mon-kxmer
və indoneziyalılar hesabına xeyli genişlənmişdi. Sumatradan
gəlmiş və Malaqkada məskunlaşmış malaylar, sonralar demək
olar bütün İndoneziyada yayılaraq yerli etnik qruplarla birlikdə
bir çox yeni xalqların təşəkkül tapmasına şərait yaratmışdılar.
II minilliyin birinci yarısında Asiya və Avropanın etnik
tarixinə monqol hücumlarının böyük təsiri olmuşdur. Etnik
qrupların uzaq yerlərə köçü ilə müşayiət olunan monqol
işğalları xalqların bir-birinə qarışmasını sürətləndirirdi.
Mərkəzi, Orta və Ön Asiyada, habelə Qafqazda və Şərqi
Avropada yeni xalqların meydana gəlməsinə səbəb oldu. Bu
etnik proseslərə misal
olaraq Sibirdə, Volqa boyunda, Krımda
müxtəlif tatar qruplarının təşəkkül tapdığını göstərmək olar.
Tatar-monqol yürüşlərindən bir qədər əvvəl Balkan
yarımadasına, müasir Mərkəzi Asiya türkmənlərinin əcdadı
olan oğuz-türk tayfalarının köçü başlanmışdı. Onların yerli
əhali ilə qarışması nəticəsində bir sira yeni xalqların, o
cümlədən azərbaycanlıların və Osmanlı türklərinin
formalaşması üçün şərait yarandı. Təxminən eyni vaxtda bantu
dillərində danışan tayfaların Şərqi və Mərkəzi Afrikadan
cənuba doğru yayılması prosesi gücləndi, XV əsrin sonunadək
Asiya, Avropa və Afrikada demək olar ki,
bizim dövrümüzə
qədər gəlib çıxan bütün xalqlar artıq təşəkkül tapmışdı.
Dünya xalqlarının etnik tarixində kapitalizmin meydana
çıxması və onun inkişafının böyük rolu olmuşdu. Bu dövrdə -
yəni XVI-XIX əsrlərdə avropalılar Amerikaya, Avstraliyaya və
Okeaniyaya yayılmışdılar. Bu böyük miqrasiyalarda, əvvəlcə
ispanlar və portuqaliyalılar, bir qədər sonra hollandlar,
fransızlar və ingilislər əhəmiyyətli rol oynamışdılar. Öz doğma
torpaqlarından müxtəlif səbəblər üzündən ayrılan bu xalq
qrupları yeni məskunlaşdıqları ərazilərdə yerli tayfalarla
_______________
Milli Kitabxana______________
23
əlaqəyə girmiş və yeni xalqların təşəkkülü üçün imkan
yaratmışdılar. Bu vaxtlar müstəmləkə ölkələrində aborigenlərin
çoxu məhv edilmiş və ya təcrid olunmuşdular. Bu mənada yeni
xalqların formalaşması birinci növbədə Mərkəzi və Cənubi
Amerikaya aiddir. Buradakı etnik inkişafın ikinci mərhələsi
Kanada, ABŞ, Argentina, Avstraliya və Okeaniya xalqları üçün
xarakterikdir. Afrikanın cənubunda eyni yolla müasir
hollandların əcdadlarından (burlardan) xüsusi bir etnos-afrikan
xalqı yaranmışdır. Onların dili holland dilinə yaxın olsa da, bir
çox xüsusiyyətinə görə onlardan fərqlənir. Karib dənizi
adalarında,
Venesuela, Braziliya və Qananın etnik tarixində
Avropalı mühacirlərin, habelə hindularla yanaşı Afrika mənşəli
zəncilərin böyük rolu olmuşdur.
Dostları ilə paylaş: