_______________
Milli Kitabxana______________
35
kannaradır. Andxra budağına: teluqu dili daxildir. Mərkəzi
hind dillərindən ən böyüyü qonda dilidir. Şimal-qərb budağı
braqui
dilidir ki, bu dildə əsasən şimal-qərbi hindistanda və
Pakistanda danışırlar.
Malay-Polineziya dil ailəsi – 4 budağa ayrılır:
indoneziya,
polineziya, meloneziya və mikroneziya. Bu dillər
arasında indoneziya dilləri daha yaxşı öyrənilmişdir.
Bunlardan
ən geniş yayılanı yava, malqaş, taqal və malay dilləridir.
İndoneziya və malay dilləri arasında fərq çox deyil,
bu özünü
yalnız orfoqrafiya və leksikada göstərir.
Çin-Tibet dil ailəsi – beş budağa ayrılır: çin, çjuan-tai,
tibet-birma, myao-yao və vyetnam. Çin budağı çin və dunqan
dillərinə ayrılır. Çjuan-tai budağına çjuan, tai, siam, laos, şan
və b. dillər daxildir. Tibet-birma budağı: tibet, birma,
himalay
və assam dillərinə ayrılır. Ayrıca vyetnam dilindən ibarət
Vyetnam budağı da vardır. Çin-Tibet
dil ailəsi kifayət qədər
öyrənilməmişdir. Elmi ədəbiyyatda dilləri gah 2, gah 4, gah da
3 budağa ayırırlar.
Dostları ilə paylaş: