_______________
Milli Kitabxana______________
36
Adıgey qrupu kabardin və adıgey dillərindən ibarətdir.
Bunların dili ümumi adıq dilidir. Çeçen, inquş və batsbi
dilləri
Nax budağına daxildir. Kartvel dilləri: gürcü, zan və svan
dillərindən ibarətdir. Dağıstan
dilləri avar, dargin, lak və ləzgi
qruplarına ayrılır.
Linqvistlər bu dil ailələrindən əlavə Konqo-Kordofan,
saxara-nil, Koysan, bantu dil ailələri ilə yanaşı papuas, Tai,
hindu və s. dillərin daxil olduğu dil ailələrinin də mövcud
olduğunu söyləyirlər.
Lakin dünya dillərinin heç də hamısı dil ailələrində
birləşməyiblər. Yapon, koreya, bask,
qədim şumer, elam,
xurrit, urartu, proto-xet dilləri təcrid dillər hesab olunur və
dünyada heş bir dil ailəsi ilə qohum deyildir.
Dilçilikdə tarixi-müqayisə metodunun məhdudluğundan
asılı olraq geneoloji təsnifatın bir sıra çatışmaz cəhətləri vardır.
Özünün bütün ləyaqətli cəhətləri ilə yanaşı bu metodun
aşağıdakı mənfi
cəhətləri mövcuddur ki, heç də həmişə onun
vasitəsilə qohum dillər arasındakı tarixi inkişafı bərpa etmək
olmur. Həm də təcrid olunmuş dillərin öyrənilməsində tarixi
müqayisə metodu az keyfiyyətli rol oynayır. Odur ki, dilləri
nəinki onların maddi qohumluğuna görə, habelə qrammatik
quruluşuna görə də təsnif etmək olar. Qrammatikanın əsas
bölməsi morfologiya və sintaksis olduğundan bu təsnifat
növündə morfoloji və sintaksis əlamətlər
onun əsas zəmnini
təşkil edir. Morfoloji təsnifatın əhəmiyyəti daha böyükdür.
Şlegel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil
təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini
dörd tipə bölünür:
1. Köklü və yaxud təcrid olunan dillər;
2. Aqlyutinativ (iltisaqi) dillər;
3. Flektiv dillər;
4. İnkorpor edilənlər.
Birinci tipin xüsusiyyəti ondadır ki,
sözlər morfoloji
cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna
_______________
Milli Kitabxana______________
37
verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid
olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə
sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm
və intonasiya vasitəsilə müəyyən olunur. Məs.
qədim çin,
yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər
cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır. “xao-
jen” – yaxşı adam mənasını verirsə “jen-xao” – sevən insan
mənasını verir.
Dostları ilə paylaş: