_______________
Milli Kitabxana______________
49
mərkəzlərindəndir. Asiya xalqlarının
sosial-iqtisadi və mədəni
inkişaflarına son dövrlərdə başlanan müstəmləkə işğalları
olduqca mənfi təsir göstərmişdir. Hazırda Asiya xalqları
müstəmləkəçilik boyunduruğundan azad olaraq inamla
müstəqillik yolu ilə addımlayır və sosial ədalət uğrunda
mübarizə aparırlar. Asiyada bütün böyük insan irqlərinə rast
gəlmək mümkündür. Bunların
içərisində monqoloid və
avropoid irqləri üstünlük təşkil edir. Burаdа pаpаus, mеlаnеziy,
piqmеy-nеqritоs və аvstrоlоid qruplаrı аd mövcuddur. Asiyada
çoxlu miqdarda qarışıq antropoloji tiplərə də rast gəlinir.
Burada
Çin-Tibet, Hind-Avropa, Semit-Hamit, Altay,
Avstroneziya kimi böyük dil ailələrinə məxsus əhali yaşayır.
Qitədə xırda dil ailələrinə məxsus əhali də vardır.
Asiyada hazırda 3 milyarddan çox əhali yaşayır. Çin-
Tibet dil ailəsinin tərkibində ən çoxsaylı olanları çinlilər və
xueylərdir. Xueylər müsəlmandırlar. Bu dil ailəsinə mənsub
xalqlar Çində,
Hind-Çində, Nepalda və Şimali Hindistanda
məskunlaşmışlar.
Paratay dil ailəsinə mənsub xalqlar Cənubi Çində və
Hind-Çində yaşayırlar. Asiyanın dravid dillərində Hindistanın
cənubunda yaşayan bütün xalqlar danışırlar.
Asiyada Hind-Avropa dilli əhali Hind, İran
və Slavyan
qruplarına daxildir. Hind dilli əhali Hindistan, Pakistan, Nepal
və Banqladeşdə yığcam halda yaşayırlar. İran
qrupuna daxil
olan əhali İran, Əfqanıstan, Türkiyə, Tacikistan, Suriya, İraq və
Pakistanda yaşayır.
Avroasiya dilləri, əsasən, Ön Asiyada yayılmışdır. Bunlar
ərəblər, aysorlar və yəhudilərdir. Asiyanın Altay dil ailəsi
Türk, Monqol və Tunqus-Mancur qruplarından ibarətdir.
Asiyanın tarixi-etnoqrafik əyalətləri bunlardır:
1) Ön (Qabaq) Asiya;
2)
Cənubi Asiya;
3) Cənub-Şərqi Asiya;
4) Şərqi və Mərkəzi Asiya;