_______________
Milli Kitabxana______________
42
irqinə daxil olan kiçik melaneziya irqinə mənsubdur. Dilləri
Malay-Polineziya dil ailəsinə daxildir. Əkinçilik, balıqçılıq və
ovçuluq əsas peşələrdir. Melaneziya kəndləri dairəvi, küçəvari
və pərakəndə plan quruluşuna malik olan məskənlərdir.
Melaneziyada ən yüksək ictimai quruluş Fici arxipelağında
olmuşdur. Melaneziyalılar arasında
fövqəltəbii qüvvələrə inam
daha geniş yayılmışdı. Bundan başqa magiya, animizm,
totemizm və s.etiqadlar da olmuşdur.
Polineziyalıların antropoloji quruluşu və dilləri onları bir-
birinə yaxınlaşdırır. Onların boyu 170-173 sm, tünd qaraşın
dəriləri, enli dalğavari saçları vardır. Polineziya dilləri də
Malay-Polineziya dil ailəsinə mənsubdur. Polineziyalıların ən
böyük etnosları maorilər, samoalar, tonqalılar, havaylılar və
taitilərdir. Əvvəllər əkinçilik və balıqçılıq əsas olmuşdur.
Adətə görə polineziyalılar içki içərkən dodaqlarını qaba
söykəmirdilər. Polineziyalılar mahir sənətkarlar sayılırlar.
Polineziyalıların əksəriyyəti təlim-tərbiyə işlərinə ciddi
əhəmiyyət vermişlər. Onların dini
görüşləri digər Okeaniya
xalqları ilə oxşardır. Polineziyalılar musiqi və rəqslərə də
böyük diqqətlə yanaşırdılar. Polineziyanın Pasxi adasında
yaşayan aborigenlərin özlərinə məxsus mədəniyyəti olmuşdur.
Hətta müəyyən olunmuşdur ki, onlar heroqlif yazıdan da
istifadə etmişlər.
Mikroneziyaya mənsub olan 2140 adadan 96 adada
insanlar məskunlaşmışdır. Mikroneziyada 190
min yerli etnos
yaşayır. Onlar da Malay-Polineziya dil ailəsinə mənsub dillərdə
danışırlar. Etnoqrafik baxımdan Mikroneziya 2 hissəyə ayrılır:
1) Qərbi Mikroneziya; 2) Şərqi Mikroneziya. Burada evlər bir
qayda olaraq daş dirəklər üzərində tikilirdi. Əsas əmək
alətləri
ox və kaman, nizə və daş bıçaqlar idi. Balıqçılıq əsas
məşğuliyyət sahəsi hesab olunur. Toxuculuq da geniş
yayılmışdır. Mərkəzi və Şərqi Mikroneziyada əhali iki kastaya
ayrılırdı: “Nəciblər” adlanan nəsli əyanlar və “Kayur” adlanan
sadə adamlar. Okeaniyanın digər vilayətlərinə nisbətən
_______________
Milli Kitabxana______________
43
Mikroneziyada ictimai münasibətlər bir qədər zəif
öyrənilmişdir. Missionerlərin əksəriyyətinin müşahidələrinə
görə burada intensiv olaraq ibtidai icma münasibətləri dağılır
və əmlak bərabərsizliyi yaranırdı.
Dostları ilə paylaş: