_______________
Milli Kitabxana______________
48
Afrikada yaşayan bantu dilli xalqlar isə əkinçilik və maldarlıqla
məşğuldurlar.
Cənubi Afrika tarixi-etnoqrafik vilayətinin şimal
sərhədləri Zambezi çayı ilə əhatə olunur. Cənubi Afrikada ilk
Avropa yaşayış məntəqəsini XVII əsrin ortalarında hollandlar
salmışdılar. Sonralar bu ərazilərdə ingilislərin ağalığı
güclənmişdir. Ərazidə buşmenlər və hottentotlar daha geniş
yayılmışdır. Bundan başqa bantu dilli xalqlar da yaşayırlar.
Buşmenlər və hottentotlar eyni bir antropoloji tipə aid
edilməklə Koysan qrupunu təşkil edirdilər. Buşmenlər və
hottentotlarla yanaşı Cənubi Afrikada zuluslar da yaşayırlar.
Ərazidə Cənubi Afrika Respublikası (CAR) İEKÖ
(İnkişaf Etmiş Kapitalist Ölkələri) sırasına daxildir. Ərazinin
zəngin faydalı qazıntıları vardır. Mərkəzi və Cənubi Afrikada
Xristian dini də yayılmışdır. Yerli dinlər bəzi ərazilərdə
mövcuddur. Çохmilyоnlu Аfrikа əhаlisinin 12 milyоnu hind-
аvrоpа dillərində dаnışırlаr.
Madaqaskar dünyanın ən böyük adalarından biridir.
Madaqaskar əhalisi öz antropoloji əlamətlərinə, dillərinə və
mədəniyyətlərinə görə qonşu Afrika əhalisindən daha çox uzaq
İndoneziya əhalisinə bənzəyir. Madaqaskar əhalisinin müasir
dili İndoneziya dillərinin qərb qrupuna aiddir. Onların dili
İndoneziya əhalisinin dilinə daha yaxındır. Dil və etnoqrafik
elementlər malqaşları malay xalqları ilə eyniləşdirsə də, onların
antropoloji əlamətləri malqaşları zəncilərlə yaxınlaşdırır.
Ərəblərin gəlişinə qədər malqaşların yazısı olmamışdır. Malqaş
dilində ilk yazı Ərəb əlifbası ilə XVIII əsrdə yazılmışdır.
Dostları ilə paylaş: