Microsoft Word Quliyeva Narqiz Dars vasaiti son doc


AVSTRALİYA – OKEANİYA XALQLARI



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə31/76
tarix28.03.2022
ölçüsü0,94 Mb.
#54331
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   76
qn eve

AVSTRALİYA – OKEANİYA XALQLARI 
Avropalılar tərəfindən dünyanın beşinci qitəsi kimi kəşf 
olunan Avstraliyanın sahəsi 7,7 milyon kv.km-dir. 
Okeaniyanın sahəsi isə 1,3 milyon kv.km-dir. 
Geoloji baxımdan Avstraliya materiki dünyanın ən qədim 
kontinentidir.  Ən yüksək nöqtəsi isə materikin şərqində 
yerləşən Kostyuşko zirvəsidir və  dəniz səviyyəsindən 
hündürlüyü 2200 metrdir. Avstraliya tropik və subtropik 
zonada yerləşməklə faunası yoxsuldur. Materik tektonik 
cəhətdən ən sabit region hesab olunur.  
Avstraliya və Okeaniyanın əhalisinin mənşəyi barədə bir 
çox alimlər müxtəlif fikirlər söyləyir və bu yerlərin 
məskunlaşması tarixini araşdırmağa təşəbbüs göstərirlər. Son 
20-25 il ərzində bu problemin öyrənilməsi arxeoloji qazıntı 
materiallarına və bu bölgədəki mövcud dillərin dərin 
etnolinqvistik təhlilinə  əsaslanaraq tam elmi bünövrə üzərinə 
qoyulmuşdur. Bu tədqiqatlardan aydın olur ki, bu ərazidə ilk 
dəfə Avstraliya və Yeni Qvineya məskunlaşmışdır. 
Bütün tədqiqatları və etnolinqvistik xüsusiyyətləri nəzərə 
alaraq Okeaniyada aşağıdakı tarixi-mədəni rayonları qeydə 
almaq mümkündür: 
1) Papuasiya; 2) Melaneziya; 3) Avstromelanezasiya; 4) 
Melano-Polineziya; 5) Hind-Mikroneziya; 6) Mikroneziya; 7) 
Polineziya. 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin