Aqlyunativ dil tipi və yaxud “yapışdırılan” dillər
qramatik məna daşıyan çoxsaylı affikslərin, kökləri dəyişməz
olan sözlərlə birləşdirilməsi ilə xarakterizə olunur. Affikslər
sözlərin kökləri ilə asanlıqla birləşdikləri kimi, asanlıqla da
onlardan ayrılırlar. Affikslərin sözlərə hansı tərəfdən
birləşməsindən asılı olaraq prefiks və ya suffiks kimi çıxış
edirlər. Türk, uqro-fin, dravid, bantu və b. dillər aqlyutinativ
dillərə aiddir.
3. Flektiv və ya çevik tip müxtəlif sonluqların istifadə
edilməsi və sözlərdə bütün qramatik mənalı hissəciklərin
(affikslərin) möhkəm birləşməsi ilə fərqlənir. Aqlyutinativ
dillərdən fərqli olaraq flektiv dillərdə affikslərin sözün kökü ilə
fonetik cəhətdən qaynayıb qarışması və yaxud birləşməsi baş
verir. Flektiv dillərdə yeni sözlər sözdüzəldici affikslər
vasitəsilə yaranır. Hind-Avropa və semit-hamit dilləri flektiv
dillərə aiddir.