_______________
Milli Kitabxana______________
40
Antropoloji cəhətdən avstraliyalılar avstralo – zənci
böyük irqinə daxil olan kiçik avstraliya irqini təmsil edir. Bu
irqin tünd qəhvəyi rəngləri dəriləri , qara dalğavari saçları ,
qalın saqqal və bığları , enli burunları , qalın dodaqları vardır.
Onların orta ölçülü boy hündürlüyü, uzunsov başları var və
sifətləri pronqatik əlamətlidir:
başqa sözlə desək üst çənə
sümüyü alt çənəyə nisbətən bir qədər irəliyə çıxmıç
vəziyyətdədir.
Avstraliya dilləri də rəngarəngdir. Yerli avstraliyalıların
dili müxtəlifliyinə görə bir neçə yüz dildən ibarətdir. Lakin
sonralar assimilyasiya nəticəsində bunların sayı 200-ə
enmişdir. Hal-hazırda isə Avstraliyanın və Yeni Zellandiyanın
dövlət dilləri ingilis dilidir və onların Qanunverici orqanları
Böyük Britaniya Krallığına tabedir.
Yerli avstraliyalılar ovçuluqla daha geniş məşğul
olmuşlar. Onlar üçün ən qiymətli heyvanlar kenquru və digər
heyvanlar olmuşdur. Avstraliyalıların bəzilərinin yaşayış evləri
daimi
olmasa da materikin cənub, şərq və qərb rayonlarında
yaşayış yerləri çoxluq təşkil etmişdir. Buna təbii şərait də təsir
etmişdir. Belə ki qeyd olunan ərazilərdən başqa materikin digər
ərazilərinin əksəriyyəti tropik iqlim qurşağına düşdüyündən
səhra şəraiti əhalinin yaşayış imkanlarını azaldırdı.
Avstraliyalılara quru nəqliyyat
vasitələri məlum olmasa da
onlar gəmilərdən istifadə edirdilər.
Avstraliyalıların çox qəribə səslənən milli musiqiləri də
mövcuddur ki, onlar bu musiqilər altında rəqs etməyi çox
xoşlayırlar. Korrobori adlanan rəqslər kollektiv surətdə ifa
olunurdu.
Avstraliyalıların dini dünyagörüşləri arasında animizm,
magiya, fetişizm və totemizm geniş yayılmışdı.
Bunlardan
totemizm xüsusi yer tutmuşdur. Lakin avropalıların gəlişindən
sonra Avstraliyada Xristianlıq geniş yayılmış və hal-hazırda
Avstraliya İttifaqı əhalisinin əksəriyyəti xristiandır.
_______________
Milli Kitabxana______________
41
Assimilyasiya baxımından avstraliyalılardan da dəhşətli
faciələrlə üzləşən tasmaniyalıların XIX əsrdə sayı 20
min nəfər
idi. Lakin avropalılar tasmaniyalıların bir nəfər də olsun
nümayəndəsini sağ buraxmadılar. Sonuncu yerli tasmaniyalı
Uilyom Lens 1905-ci ildə ölmüdür. Tasmaniyalıların
antropoloji tipi avstraliyalılardan xeyli fərqlənmişdir. Onlar
orta boydan bir qədər kiçik boylu olmuşlar və tünd palıdı rəngli
dəriyə malik idilər.
Avstraliyalılar və tasmaniyalılar tarixən eyni mənşəli
olduqlarına görə onların dillərində ən
çox uyğunluq nəzərə
çarpırdı. Onların da əsas peşələri ovçuluq olmuşdur. Hal-
hazırda Tasmaniya adası Avstraliya İttifaqına daxildir və
əhalisinin dili ingilis dilidir. İngilis dilli əhali Xristianlıq dininə
mənsubdur.
Dostları ilə paylaş: