_______________
Milli Kitabxana______________
18
DÜNYA XALQLARININ TƏSNİFAT NÖVLƏRİ
a) Coğrafi təsnifat
Xalqları qruplaşdırmaq və müəyyən qanunauyğunluqları
aşkara çıxarmaq üçün əsasən aşağıdakı təsnifat növlərindən
istifadə olunur: 1) coğrafi təsnifat; 2) dil təsnifatı; 3)
təsərrüfat-
mədəni təsnifat və 4) antropoloji təsnifat; 5) dini təsnifat; 6)
ictimai-iqtisadi inkişaf səviyyəsinə görə təsnifat; 7)etnik
birliklərin tipinə görə təsnifat; 8) əhalinin miqdarına görə
təsnifat. Bütün bu təsnifat növləri bir-birini tamamlayır və
müxtəlif məqsədlər üçün istifadə olunur.
Hər bir xalq öz etnik ərazisinə malik olduğu üçün onları
bu əlamətə görə təsnif etmək mümkündür. Bu mənada “Afrika
xalqları”, “Amerika xalqları”, “Asiya xalqları” kimi
məvhumlardan istifadə edilir. Etnoqrafik xəritələrdə öz əksini
tapan bu təsnifat xalqların əraziyə görə bölgüsünü göstərməklə
bərabər, belə bir faktı sübut edir ki, xalqların müxtəlif
ərazilərdə məskunlaşması hər hansı təsadüf
üzündən baş
verməmiş, əksinə uzun bir tarixi inkişaf prosesinin nəticəsidir.
Məlum olduğu kimi yer kürəsinin insanlar yaşayan hissəsi
eykumena adlanır. Eykumena tarixən dəyişmişdir. Halbuki
insanın yarandığı dövrlərdə o, Afrika və Cənubi-Şərqi Asiyada
cüzi bir ərazini əhatə edirdi. Yuxarı paleolitdə, sonra isə
neolitdə məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun
olaraq eykumena genişlənmiş və Şimali Avropanı, Şimali
Asiyanı, Amerikanı, Afrika və Avstraliyanı, Okeaniyanı əhatə
etmişdi. Yalnız yaşayış üçün əlverişsiz olan yararsız kiçik
sahələr məskunlaşmamış qalmışdı.
Yeni-yeni torpaq
sahələrinin mənimsənilməsi ilə yanaşı insan qruplarının
yerdəyişmə prosesi də güclənmişdi. Əhalinin artması və təbii
ehtiyatların tükənməsi kimi səbəblər üzündən qəbilə və tayfalar
öz yerlərini tərk edir, başqa tayfaların ərazisini tutur və onlarla
qarışırdılar. Bu vaxtlar nəinki quru, hətta dəniz yolları ilə
köçmə olurdu. Tədricən ayrı-ayrı ölkələrin əhalisinin tərkibi də
dəyişirdi. Məsələn, hələ bizim eradan əvvəl II minillikdə hindi-
_______________
Milli Kitabxana______________
19
çin əhalisinin xeyli hissəsi, əvvəllər qara dərili zənci-avstroloid
tayfalarının yaşadığı İndenoziya adalarına köçmüşdülər.
Buradakı zəncilər ya sıxışdırılmış, yaxud da, assimilyasiyaya
uğradılmışlar. Gəlmələr indiki İndoneziyalıların əcdadları
olmuşlar. Bizim eradan əvvəl II-I minilliklərdə isə Avropanın
müasir xalqlarının əcdadları onlara qədər ki, əhalini sıxışdırmış
və ya assimilyasiyaya uğratmışdılar. Qədim əhalidən indi
Avropada yalnız basklar qalmışlar.
Bəşər tarixinin bəzi dövrlərində etnik
yerdəyişmələr
xüsusilə güclü olmuşdur. Bunlar daha geniş və kütləvi
yerdəyişmələr olmaqla başlıca olaraq kapitalizm dövründə
cərəyan etmişdir. Bu vaxt Qərbi Avropa ölkələrindən
Amerikaya, Cənubi Afrika və Avstraliya ölkələrinə əvvəlcə
işğalçılar və müstəmləkəçilər, sonra isə işsizlər axışıb
gəlmişdilər. Buna görə də son 3-4 əsr ərzində dünyanın bir sıra
ərazisinin, xüsusilə Avstraliya və Amerikanın əhalisinin tərkibi
kəskin surətdə dəyişilmişdir.
Bütün bu deyilənlərdən o nəticə çıxır ki, xalqların
coğrafi
təsnifatı, təkcə insan qruplarının siyasi xəritədə yerləşməsi
olmayıb, o, həm də insan tərəfindən yerin məskunlaşması
prosesini göstərən başlıca amildir. Müxtəlif ölkələrin əhalisinin
etnik tərkibi ilə tanış olarkən, yerli əhalini buraya çoxdan
gəlmiş əhali qrupundan da fərqləndirməyi bacarmaq lazımdır.
Məsələn, Şimali Amerikada yerli əhali sayca çox az qalmış
hindu və eskimoslardır. Ağlar və zəncilər isə gəlmələr
sayılırlar. Yerli əhalinin özü də məskunlaşma dövrü etibarilə
bir-birindən seçilirlər. Məsələn, hinduların
əcdadları
Amerikada on minlərlə il bundan əvvəl məskunlaşdıqları halda,
eskimoslar isə cəmi 2-3 min il bundan əvvəl həmin yerlərin
daimi sakinləri olmuşlar. Yaxud
Hindistanda dravidlər yerli
əhali, arilər isə oraya yalnız 3-4 min il bundan əvvəl
gələnlərdir.
Qeyd etmək lazımdır ki, bir müddət eyni bir ölkənin
ərazisində yaşayan xalqlar onların genezisindən asılı olmayaraq
_______________
Milli Kitabxana______________
20
bir-biri ilə əlaqə nəticəsində adətən oxşar məişət və mədəniyyət
formaları yaradırlar. Məsələn müxtəlif dilə və genezisə malik
olan Qafqaz xalqları əsrlər boyu bir-biri ilə qonşuluqda
yaşadıqlarından onlarda mədəni məişət ukladının bir çox oxşar
xüsusiyyətləri yaranmışdır.
Ümum Qafqaz geyim tipinin,
xüsusən kişi paltarlarının oxşarlığını, silah, adət-ənənə və
folklor materiallarının oxşarlığını buna misal göstərmək olar.
Bu cür vəziyyəti dünyanın bir çox xalqlarında da müşahidə
etmək olar.
Xalqların tarixən ümumi mədəni məişət xüsusiyyətlərinin
formalaşdığı vilayətə
tarixi etnoqrafik vilayət deyilir. Keçmiş
sovet imperiyası daxilində belə tarixi etnoqrafik vilayətlərə
misal olaraq Baltikyanı əraziləri,
Orta Volqaboyunu, Qafqazı,
Orta Asiyanı və s. göstərmək olar. Xalqları coğrafi cəhətdən
təsnif edərkən, onları xəritə üzrə deyil tarixi-etnoqrafik
vilayətlər üzrə təsnifləşdirirlər.
Tarixi-etnoqrafik vilayət
Dostları ilə paylaş: