Hind-Avropa dil ailəsi – Hind-Avropa dil ailəsi 13
budağa ayrılır: hind, iran, slavyan, baltik, alman, kelt, italyan,
roman, alban, yunan, erməni, anadolu və toxar. Hind vəya
hind-ari budağı qədim, orta və yeni hind dillərinə ayrılır.
Qədim Hind dillərinə, e.ə. II minilliyin ortalarında Şimali
Hindistana soxulmuş ari qəbilələrinin- -veddaların veda dili
daxildir. E.ə. I minillikdə yaranmış sanksrit dili veda dilinə çox
yaxındır. Sanskritin iki ardıcıl müxtəlifliyi vardır. Məşhur
“Mahabxaraat” və “Ramayana” poemalarının dili olan epik
sanskrit və bizim eranın I minilliyinin ortalarında ədəbi dil
kimi çiçəklənən klassik sanskrit. Bu dilin ölü dilə çevrilməsinə
baxmayaraq indiyədək hindistanda ənənəvi elm dili kimi öz
əhəmiyyətini itirməmişdir.
Qədim hind dialektlərindən yaranan praktik adlanan orta
hind dilləri sonralar hindistanda danışıq dillərin də çevrildi.
Prakrit dillərində sonralar bədii ədəbiyyat da yaranmağa
başladı. Sanskritlə yanaşı mövcud olan bu dillərin bəziləri əhali
tərəfindən anlaşılmaz olub xalis ədəbi dilə çevrildi. Erkən dini
budda ədəbiyyatının dili olan pali dili prakrit dillərindən ən
geniş yayılanı idi. Birma, Şri-Lanka, Tailand və Kampuçiyada
milli dillərlə yanaşı pali dili kilsə və ədəbi dil kimi öz
əhəmiyyətini indiyə qədər saxlayır.
Eramızın X əsrinin sonlarından ədəbiyyatda da istifadə
edilməyə başlayan yeni hind dili prakritdən törəmişdir. İki
ədəbi formaya malik olan hindistan dili (urdu və hindi) yeni
hind dillərinin ən geniş yayılanıdır. Hindustan dili Hindistan və
Pakistanın dövlət dili sayılır. Bundan başqa ən böyük yeni
hind dillərinə misal olaraq benqal, bihar, maratx, pəncab,
_______________ Milli Kitabxana______________
30
racastxan, qucerat, oriya nepal, sinqx və s. göstərmək olar.
Bizim eranın V-X əsrlərində digər hind dillərindən ayrılan və
hindistandan kənarda mövcud olan qaraçı dili də yeni hind
dillərinə aiddir. Hind Avropa dillərinin hind budağı əsasən
Şimali Hindistanda yayılmışdır.
2. İran dilləri budağı Qərb və Şərq qruplarına ayrılır.
Lakin bu qruplaşma onların müasir coğrafi bölgüsünə uyğun
gəlmir. Qərbi İran dillərinə Əhəmənilər sülaləsinin dilləri ilə
təqdim olunan qədim fars və “Avesta” dilləri aiddir. “Avesta”
məcmuəsinin dili daha arxaik olub qədim veda dilinə çox
yaxındır. Belə fərz edirlər ki, avesta və veda dilləri ari adlanan
eyni bir hind-İran dilindən yaranmışdır. XIX əsrdə Hind –
Avropa dilləri əvəzində çox vaxt “ari dilləri” termini işlənilirdi.
Bundan başqa Midiya, parfiya, orta fars tacik, tat, kürd və
bəluc dilləri də İran dillərinin Qərb qoluna aiddir. İran
dillərinin şərq qoluna isə Soqdiya və ona yaxın olan Xarəzm,
sak, skif, sarmat, alan, osetin, əfqan, yaqnobs və Pamir dilləri
daxildir.
3. Slavyan budağı Şərq, Qərb və Cənub slavyanları
qrupuna bölünür. Bütün slavyan dilləri bir-birinə çox yaxındır.
Bu onu göstərir ki, ümum slavyan dilinin dialektlərə ayrılması
prosesi yaxın vaxtlarda – eramızın I minilliyinin ortalarında baş
vermişdir. Bu dialektlərdən biri VIII-IX əsrlərdə inkişaf edib
X-XII əsrlərdə artıq formalaşan Şərqi slavyan dilləri olmuşdur.
Məhz bu dildə bədii ədəbiyyatın ən gözəl nümunəsi “İqor
polku haqqında dastan” yaradılmışdır. XIV-XV əsrlərdə Şərqi
slavyan dilləri bir-birindən ayrıldı və Engelsin göstərdiyi kimi
“yaşayan dillərin ən varlı və ən güclülərindən biri olan” rus
dili, habelə ukrayna və belarus dilləri formalaşdı. Qərbi slavyan
dillərinə: polyak, çex, slovak, kaşub və polab dilləri daxildir.
Almaniya ərazisində də iki Qərbi slavyan dili inkişaf
etməkdədir: Aşağı və yuxarı Lujitsk. Cənubi slavyan dillərinə:
bolqar, makedon, sloven, serb-xorvat dilləri daxildir. IX əsrdə
kilsə və ədəbi dil kimi staroslavyan dilindən istifadə olunurdu.
_______________ Milli Kitabxana______________
31
4. Baltik dilləri budağı iki qrupa ayrılır. Şərqi Baltik
qrupuna litva, latış və ölü kur dili daxildir. İkinci qrupa isə
XVII əsrin sonunda artıq ölü dilə çevrilən prus dili daxildir.
5. Alman dilləri Hind-Avropa dillərinin ən yaxşı
öyrənilmiş budaqlarından sayılır. Bu dillər şimal, şərq və qərb
qruplarına ayrılır. Şimal alman dillərinə: isveç, norveç, daniya,
island və farer dilləri daxildir. Şərqi alman dilləri: osqot,
vesqot, vandal və burqund dilləri ilə təmsil olunan ölü dillərdir.
Bu dillərdən ən uzun yaşayanı – osqot dili Krımda XVI əsrə
qədər davam etmişdir. Qərbi alman dilləri daha çox saylıdır.
Erkən orta əsrlərdə əmələ gəlmiş qədim ingilis, qədim aşağı
frank, qədim sakson və qədim yuxarı alman dilləri həmin qrupa
aiddir. Qədim ingilis dili V əsrdə İngiltərə adalarında məskən
salmış ingilis və saks alman qəbilələrinin dialektləri əsasında
yaranmışdır. Qədim ingilis dilindən (XI-XV) yeni ingilis dili
inkişaf etdi. Qədim aşağı frank dillərindən holland, flamand və
friz dilləri yarandı. Qədim sakson dilindən Aşağı alman
dialektləri təşəkkül tapdı. Qədim Yuxarı alman dilindən (XIII-
XV) Orta Yuxarı alman dilləri (XI-XV), XVI əsrdən sonra isə
Yeni Yuxarı alman dilləri inkişaf etdi. Müasir ədəbi alman dili
yeni yuxarı alman dili əsasında meydana çıxmışdır. Qərbi
alman dillərinə XI-XII əsrlərdə orta yuxarı alman
dialektlərindən yaranmış idiş yəhudi dili də daxildir.
6. Kelt budağı qall, brit və kell dil qruplarına ayrılır.
Birinci qrupa fransız və belçikalıların əcdadlarının dili olan qall
dili daxildir. Bu dil bizim eranın ilk əsrlərində yox olmuşdur.
Brit qrupuna V-VI əsrlərdə Britaniya adalarından köçüb gəlmiş
və Bretan yarımadasında yaşayan əhalinin dili daxildir. Uels və
kornuel dilləri də bu qrupa aiddir. Kelt dillərinə: irland, men və
şotland dilləri daxildir.
7. İtalik budağı Apenin yarımadasının qədim ölü
dillərindən olub iki qrupa ayrılır: birinci qrupa latın dili, ikinci
qrupa osk və umbr dilləri daxildir.
_______________ Milli Kitabxana______________
32
8. Roman dilləri budağı Roma imperiyasının
dağılmasından sonra latın dilinin danışıq dialektlərindən əmələ
gəlmişdir. Bunlar: ispan, portuqaliya, katalon, fransız,
pravansal, italiyan, sardin və retoroman (fransız, italiyan və
alman dilləri ilə yanaşı İsveçrənin dövlət dili), rumın, moldav
və XIX əsrdə ölmüş dalmat dilindən ibarətdir. Bəzi alimlər 7-8-
ci budaqları vahid roman budağında birləşdirirlər.
9. Hind Avropa dillərinin alban budağı vahid bir dildən –
alban dilindən ibarətdir.
10. Hind-Avropa dillərinin erməni budağı da vahid bir
dildən – erməni dilindən ibarətdir. Bu dil qədim qrabar (V-
XIX), orta və müasir danışıq dili olan aşxarabardan ibarətdir.
11. Bu dil ailəsinin yunan budağı da yeganə bir yunan dili
ilə təmsil olunur. Bu dil sinfi cəmiyyət şəraitində üç minillik
bir inkişaf yolu keçmişdir. Yunan dili tarixi üç dövrə ayrılır:
qədim; orta və yeni yunan dilləri. Qədim yunan dili latın dili
kimi beynəlxalq terminologiyanın əsas mənbəsidir.
12. Anadolu budağına Kiçik Asiyanın qədim ölü dilləri:
xett-mixi, xett- heroqlif, luviya və palay dilləri daxildir.
Alimlərin çoxu Anadolu yarımadasının Qərb hissəsində
yerləşən likiya, lidiya və kariya dillərini də bu budağa aid
edirlər.
13. Bir-birinə yaxın olan toxar A (qaraşar) və toxar B
(kuçan) dilləri toxar budağını təşkil edir. Bu dillərdəki yazılı
mənbələr V-VIII əsrlərə aid edilir.
Hind-Avropa dillərinin bu müxtəlif budaqları arasında
qohumluq münasibətləri nəzərə çarpır. Bu mənada hind və İran
dilləri arasında daha çox yaxınlıq vardır. Bu baxımdan ikinci
yeri slavyan dilləri tutur. Müasir Hind-Avropa dillərinə
nisbətən qədim Hind-Avropa dilləri bir-birinə daha yaxındır.
Məs, rus, veda və latın dillərində oxşar səslənən bu növ ifadələr
düzəltmək olar. Belə ki, “dаitе mnе оqnə” ifadəsi veda dilində
“dаtа mахə аqnim” kimi, latın dilində isə “dаtе mihi iqnеm”
kimi səslənir.
_______________ Milli Kitabxana______________
33
Dostları ilə paylaş: |