36
axının sürətinə,asılı hissəciklərin miqdarı və s. göstəricilərə görə də fərqlənir.Su
mühiti (okeanlar,dənizlər,göllər,çaylar və s.) canlı orqnizmlərlə olduqca
zəngin-
dir.Bu canlı orqanizmlər ekologiyada hidrobiontlar adlandırılırlar.
Suyun sıxlığı hidrobiontların hərəkətlilik şəraitini və müxtəlif dərinliklərdə təz-
yiqi müəyyən edən amildir.4
o
S temperaturda distillə edilmiş suyun sıxlığı 1q/sm
3
-a
bərabərdir.Tərkibində həll olunmuş duzlar olan təbii suların sıxlığı 1,35q/sm
3
-dan
artıq da ola bilər.Sututarların dərinliyi artdıqca təzyiq hər 10 m-dən bir
1x10
5
Pa(1atm.) artır.Kəskin təzyiq qradienti ilə bağlı hidrobiontlar
quruda yaşayan
orqanizmlərə nisbətən daha evribatdırlar.Bəzi canlı orqanizmlər
bir neçə yüz at-
mosfer təzyiqində belə normal həyat tərzi keçirirlər.Lakin,okean və dəniz sakinlə-
rinin əksəriyyəti stenobat olmaqla,müəyyən dərinliklərə uyğunlaşmışdır.Suyun
sıxlığı orqanizmlər üçün söykənəcək (istinad nöqtəsi,dayaq) rolunu oynayır.
Oksigenlə doymuş 1l sudaoksigen miqdarı 10ml-dən artıq olmur ki,bu da at-
mosferdəkindən 21 dəfə azdır.Ona görə də,hidrobiontların tənəffüs prosesi əhə-
miyyətli dərəcədə mürəkkəbdir.Oksigen suya fotosintetiklərin fəaliyyəti və hava-
dan diffuziya nəticəsində daxil olur.Temperatur və duzluluğun artması ilə suda ok-
sigenin konsentrasiyası (qatılığı) azalır.
Hidrqbiontların su balansının saxlanması özünımıxsus xüsusiyyətlərə malikdir.
Yerüstü bitki və heyvanlar orqanizmlərində su qıtlığı yarandıqda
sudan istifadə
edirlər.Hidrobiontlar isə ətraf mühitdə ixafi miqdarda
su olduğu şəraitdə orqanizm-
lərinin su balansını sabit saxlamalıdırlar.Əks halda,hüceyrələrdə izafi suyun olması
onlarda osmos təzyiqinin dəyişməsinə və həyati funksiyaların pozulmasına
səbəb
olur.Hidrobiontların bədənində osmotik təzyiq isə,onları əhatə edən su mühitinin
duzluluğundan asılıdır.Ona görə də,şirin suların sakinləri okeanlarda,dəniz və
okeanların sakinləri isə şirin sularda mövcud ola bilmirlər.Əgər,su mühitinin
duzluluğu dəyişməyə məruz qalmışdırsa,onda canlılar daha əlverişli şərait tapmaq
üçün digər yerlərə hərəkət edirlər.
Sututarların temperatur rejimi quruya nisbətən daha sabitdir.Bu suyun fiziki xas-
sələri ilə bağlıdır.Suyun xüsusi istilik tutumunun yüksək olması nəticəsində sudan
müəyyən miqdarda enerjinin ayrılması və ya daxil olması temperaturun kəskin də-
yişməsinə səbəb olmur.Sututarların səthindən suyun buxarlanması (bu zaman
2263,8C/q enerji sərf olunur) aşağı qatların hədsiz qızmasının qarşısını alır.
Okeanların üst qatlarında temperatur dəyişməsinin amplitudası 10...15
0
S –dən,
materik sularında 30...35
0
S-dən artıq olmur.Ekvatorial suların səthində illik tem-
peratur +26...+27
0
S,qütb sularında isə 0
0
S olur.
Dostları ilə paylaş: