İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə73/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   69   70   71   72   73   74   75   76   ...   109
umumi ekologiya

                           
                          
Bioloji müxtəlifliyin  qorunub saxlanılması 
 
    1992-ci  ildə  Rio-de  Janeyro  şəhərində  təqdim  olunmuş  «Biomüxtəlifliyin 
qorunması»  Konvesiyasını  Azərbaycan  Respublikası  imzaladıqdan  sonra  bu 
konvensiyanın  tələblərini  həyata  keçirmək  üçün  bir  sıra  tədbirlər  həyata 
keçirilmişdir.    Belə  ki,  1995-ci  ildən  Azərbaycan  «Pan-Avropa  bioloji  landşaft 
müxtəlifliyinin 
qorunması»  strategiyasının  daimi  iştirakçısı  olmuşdur. 
Respublikada    bu  strategiyanın  ayrı-ayrı  bölmələrinə  dair,  o  cümlədən  xüsusi 
mühafizə  olunan  ərazilərin  inkişafı,  nadir  və  nəsli  kəsilmək  üzrə  olan  flora  və 
fauna  növlərinin  qorunması, su-bataqlıq  ərazilərinin  bərpası, dağ  ekosistemlərinin 
inkişafı  istiqamətində  fəaliyyət  proqramları  hazırlanmışdır.  Azərbaycan 
Respublikası BMT-nin «Biomüxtəlifliyin qorunması» Konvensiyasını 2000-ci ildə 
ratifikasiya  etmişdir.  Konvensiyadan  irəli  gələn  öhdəliklərin  yerinə  yetirilməsi 
üçün  respublika  prezidentinin  sərəncamı  ilə  2001-ci  ildə  bioloji  müxtəlifliyin 
genetik  ehtiyatları  üzrə  dövlət  komissiyası  yaradılmışdır.  Hazırlanmış  milli 
proqram  və  layihələr  2001-ci  ildə  Qlobal  Ekoloji  Fond  və  BMT    İnkişaf 
Proqramının  dəstəyi    ilə  «Biomüxtəlifliyin  qorunması»  üzrə  milli  məruzə    və 
fəaliyyət  planında  göstərilərək  Azərbaycan  hökuməti  tərəfindən  qəbul  olunub 
təsdiq edilmişdir.  
Respublikamız  2001-ci  ildə  Avropa  Şurasına  qəbul  olunmaq  ərəfəsində  təbii 
mühitin qorunması istiqamətində fəaliyyətini gücləndirmək işini fəallaşdıraraq bir 
neçə beynəlxalq konvensiyalara da qoşulmuşdur. Bunlar sərhədlərarası çayların, su 
hövzələrinin və beynəlxalq göllərin qorunması, Avropanın canlı təbiətinin və təbii 
mühitinin  qorunması  haqqında,  əsasən  su  quşlarının  yaşama  yerləri  kimi 
beynəlxalq  əhəmiyyəti  olan  sulu-bataqlıq  yerləri  haqqında,  mədəni  və  təbii  irsi 
abidələrin  mühafizəsi  üzrə  konvensiyalardan  ibarətdir.  İki  su-bataqlıq  ərazisi  – 
Ağgöl  və  Qızılağac  gölləri  Ramsar  Konvensiyası      çərçivəsində      siyahıya   
salınmışdır. 
Azərbaycan  Respublikası  Qafqaz  ölkələri  və  bütövlükdə  Avropa  üzrə  ən  zəngin 
biomüxtəlifliyə  malik  olan  ölkələrdən  biridir.  Azərbaycanda  bir  çox  bitki  və 
heyvan növləri endemikdir və bu ölkədən başqa dünyanın heç bir yerində mövcud 
deyil. Bu  zəngin  bioloji  müxtəliflik  bir  çox  təsirlər nəticəsində  təhlükə  altındadır. 
Tərtib olunmuş Qırmızı Kitaba görə, Azərbaycan Respublikasında yüzlərlə bitki və 
heyvan  növləri  təhlükə  altındadır  və  müxtəlif  qorunma  statusuna  malikdir. 
Azərbaycanda  biomüxtəlifliyin  qorunması  həm  milli  və  regional,  həm  də  qlobal 
əhəmiyyətə malikdir.  


98 
 
Respublikamızda  davamlı  inkişafın  təmin  olunması  baxımından  bioloji 
müxtəlifliyin  qorunması  üçün      aşağıdakı    strateji    tədbirlərin    həyata  keçirilməsi  
məqsədəmüvafiqdir: 
-  Biomüxtəlifliyin  qorunmasına  yönəldilmiş  bütün  ekoloji  proseslərə,  beynəlxalq 
konvensiyalara, digər ölkələrarası və regional müqavilələrə qoşulmaq; 
 
-  Bioloji  müxtəlifliyin  əhəmiyyətli  komponentlərinin  müəyyənləşdirilməsi  və 
onların qorunması üçün əlavə tədbirlərin hazırlanması və həyata keçirilməsi
-  Biomüxtəlifliyin  vəziyyətinin  monitorinqi  üçün  ölkələrin  flora  və  faunasının 
Qırmızı və Yaşıl Kitiablarının tərtibi və yeniləşdirilməsi; 
-  Xüsusi  mühafizə olunan ərazilərdə  müxtəlif  qorunma  statusuna  malik olan  bitki 
və heyvanlar aləminin bərpası üçün müvafiq şəraitin yaradılması; 
-  Nadir  və  kökü  kəsilməkdə  olan  bitki  və  heyvan  növlərinin  genefondunun 
qorunmasının təmin edilməsi və onların xüsusi qorunan təbii  ərazilərdə, botanika 
bağlarında, zooloji parklarda saxlanılması üçün şəraitin yaradılması; 
- Biomüxtəliflik üçün təhlükənin və bu təhlükə nəticəsində ilk növbədə təsir altına 
düşə bilən təbii bitki və heyvan növlərinin proqnozlaşdırılması; 
- Biomüxtəlifliyin qorunması məqsədilə  yeni milli parkların yaradılması. 
Səhralaşmaya  qarşı  mübarizə.  Azərbaycan  Respublikası  BMT-nin  Səhralaşmaya 
qarşı  mübarizə  Konvensiyasını  1998-ci  ildə  ratifikasiya  etmişdir.  Səhralaşma  ilə 
mübarizəyə  dair  milli  fəaliyyət  planının  hazırlanması  layihəsi  üzərində  işlər 
başlanmışdır.  Layihənin  yekunu  kimi  səhralaşmaya  qarşı  milli  fəaliyyət  planı 
hazırlanacaqdır ki, bu da özündə konkret tədbirlər sistemini birləşdirəcəkdir.  
 Bu  konvensiyanın  tələblərinin  həyata  keçirilməsinin  respublikamız  üçün  böyük 
əhəmiyyəti  vardır.  Belə  ki,  qlobal  iqlim  dəyişmələri  nəticəsində  baş  vermiş 
istiləşmə, meşələrin qanunsuz qırılması, torpaqların deqradasiyası, su mənbələrinin 
azalması  quraqlığa  gətirib  çıxarır  ki,  bu  da  səhralaşma  prosesinin  sürətlənməsinə 
səbəb  olur.  Bütün    bu  səbəblərə    görə    səhralaşmaya  qarşı  mübarizə  üzrə  milli 
səviyyədə aşağıdakı strateji vəzifələrin yerinə yetirilməsi  məqsədəmüvafiqdir: 
- Səhralaşma prosesinin təsirinə məruz qalmış torpaqların inventarlaşdırılması; 
- Səhralaşmaya qarşı mübarizə üzrə milli fəaliyyət planının hazırlanması və həyata 
keçirilməsi; 
-  Səhralaşmaya  qarşı  mübarizə  işlərinin  effektivliyinin  yüksəldilməsi  məqsədilə 
proqnozlaşdırma və əhalinin məlumatlandırılması sisteminin yaradılması; 
-  Qlobal  ekoloji  problemlərin  qarşılıqlı  mənfi  təsirinin  qiymətləndirilməsi  və 
müvafiq əks tədbirlərin həyata keçirilməsi; 
- Meşəsiz ərazilərdə meşə zolaqları və yaşıllıqların yaradılması. 


99 
 
 Yuxarıda  göstərilən  strateji  tədbirlərin  həyata  keçirilməsi    mövcüd  ekoloji 
problemlərin  həll  edilməsi    və  respublikamızın    davamlı  inkişaf  yoluna  
keçməsində mühüm mərhələ  olacaqdır. 
 
                                   Qırmızı kitab 
    Qırmızı kitab — məhvolma təhlükəsi altında olan heyvan, bitki və göbələk 
növləri haqqında məlumat toplanan kitabdır.  
    Qırmızı kitab vəzifəsindən asılı olaraq beynəlxalq, milli və regional olur.  
Beynəlxalq Qırmızı  kitaba dünyada nadir və nəsli kəsilmək qorxusu yaranmış 
bitki və heyvan növləri daxil edilir. Həmin növlər təbiətin qorunması üçün ictimai 
əsaslarla yığılan Beynəlxalq fond (vəsait) hesabına öyrənilir. Milli Qırmızı kitablar 
konkret dövlətin ərazisindəki fauna və floranı qorumağa xidmət edir. Məsələn, 
Azərbaycanın Qırmızı kitabı, Rusiyanın Qırmızı kitabı və s. Ərazisi geniş və təbii 
kompleksləri müxtəlif olan ölkələrdə milli Qırmızı kitabdan əlavə regional Qırmızı 
kitablar da tərtib edilir. 
Beynəlxalq Qırmızı kitaba daxil edilmiş bitki və ya heyvan növü hansı ölkənin 
fauna və florasına daxildirsə, həmin ölkənin milli Qırmızı kitabına mütləq daxil 
edilməlidir. Məsələn, ceyran və doydaq Beynəlxalq və Azərbaycan Qırmızı 
kitabına daxil edilmişdir. Qırqovul və qaranaz Azərbaycanda az, başqa ölkələrin 
təbiətində çox olduğundan Azərbaycannın milli Qırmızı kitabına daxil edilməklə 
məhdudlanır. Nadir və nəslinin kəsilmək təhlükəsi olan növlərin çoxunu bir neçə 
ölkənin Qırmızı kitablarına daxil etmək lazım olur. 
     Qırmızı kitabda hər bir növün statusu, əhəmiyyəti, qısaca təsviri, yayılması, 
yaşama yeri, sayı və onun dinamikası, bioloji xüsusiyyətləri, süni şəraitdə 
çoxaldılması, ehtiyatını bərpa etmək üçün həyata keçirilmiş və keçirilməsi vacib 
olan tədbirlər göstərilir. Beləliklə, Qırmızı kitabın məzmunu adi kitablardan kəskin 
fərqlənir. 
    Beynəlxalq Qırmızı kitaba daxil edilmiş bitki və heyvanlar üzərində Beynəlxalq 
ictimai təşkilatların rəhbərliyi altında monitorinq təşkil edilir və onun nəticələrinə 
uyğun tədbirlər həyata keçirilir. Milli Qırmızı kitaba daxil edilən bioloji növlər 
konkret dövlət tərəfindən nəzarət altına alınır və onların populyasiyasının optimal 
sıxlığını bərpa etmək üçün tədbirlər həyata keçirilir. 
    1948-ci ildə Beybəlxalq Təbiəti Mühafizə İttifaqı (BTMİ) dünyanın əksər 
ölkələrinin təbiəti mühafizə ilə məşğul olan dövlət, ictimai və elmi təşkilatlarını 
birləşdirərək bu işlərə rəhbərliyi öz üzərinə götürdü.BTMİ-nin ilk qərarlarından 
biri 1949-cu ildə nadir növlər üzrə Komissiya (ing.Species Survival Commission) 
yaratmaq oldu. 
     Komissiyanın əsas vəzifələrinə nəsli kəsilməkdə olan nadir bitki və heyvan 
növlərinin vəziyyətinin öyrənilməsi,beynəlxalq və millətlərarası konvensiya və 


100 
 
müqavilələrin layihələrini işləyib hazırlamaq,belə növlərin kodastrının tərtibi və 
onların mühafizəsi üzrə uyğun tövsiyələrin hazırlanması daxil idi. 
     Komissiya öz işinə sıfırdan başladı.Nadir növlərin mühafizəsinə yanaşma 
tərzinin ümumi prinsiplərini işləmək,yox olmaq təhlükəsi və ya qırılmaq təhlükəsi 
olan növləri müəyyənləşdirmək,onların təsnifatlaşdırılması sistemini 
hazırlamaq,əsas limitləyici amilləri aşkarlamaq üçün belə növlərin biologiyası 
haqqında məlumatlar toplamaq lazım gəlirdi.Bu işlərin başlanğıcında hətta «nadir 
növ» anlayışı belə,mövcud deyildi. 
    Komissiya ilk əvvəl qarşısına bu və ya digər səbəblərdən dünyada nəsli kəsilmək 
təhlükəsinə məruz qalan heyvanların izahlı siyahısını(kodastrını) tərtib etmək 
vəzifəsini qoymuşdu.Daha cəlbedici və böyük əhəmiyyətə malik olmasını,qırmızı 
rəngin təhlükə siqnalının simvolu olmasını nəzərə alaraq, Kommissiyanın sədri Ser 
Piter Skott siyahının Qırmızı kitab adlandırılmasını təklif etdi. 
    BTMİ-nın Qırmızı kitabının ilk nəşri 1963-cü ildə işıq üzü gördü.Bu kiçik tirajlı 
«pilot» nəşri idi.Kitabın iki cildinə 211 növ və yarımnövdən olan məməlilər, 312 
növ və yarımnövdən olan quşlarhaqqında məlumatlar daxil edilmişdi.Kitab siyahı 
üzrə görkəmli dövlət xadimlərinə və alimlərə göndərilmişdi.Yeni məlumatlar 
toplandıqca adresatlara planlaşdırıldığı kimi,köhnə səhifələri dəyişmək üçün əlavə 
səhifələr göndərilirdi.  
     Kitabın ikinci nəşrinin üç cildi 1966-1971-ci illərdə çıxdı.Artıq,ikinci nəşr kitab 
formatında (21,0 x 14,5 sm) buraxılmışdı.Lakin,birinci nəşr kimi,o da,istənilən 
səhifənin yenisi ilə əvəzlənməsini təmin etmək üçün qalın aşırma təqvim şəklində 
idi.Kitab,yenə də kütləvi satış üçün nəzərdə tutulmamışdı və siyahı üzrə 
təbiətqoruyucu idarələrə,təşkilatlara və alimlərə göndərilirdi.Birinci nəşrdən keçən 
müddət ərzində əlavə məlumatlar toplandığı üçün BTMİ-nin Qırmızı kitabının 
ikinci nəşrinə  daxil edilmiş növlərin sayı əhəmiyyətli dərəcədə artmışdı.Kitabın 
ikiinci cildinə 236 növ (292 yarımnöv) məməli,ikinci cildinə 287 növ (341 
yarımnöv) quş və üçüncü cildinə 119 növ və yarımnöv reptili,34 növ və yarımnöv 
amfibiya haqqında məlumatlar daxil edilmişdi. 
    Tədricən, BTMİ-nin Qırmızı kitabı təkmilləşdirildi və məlumatlarla zənginləşdi. 
Kitabın 1972-ci ildə buraxılmış üçüncu nəşrinə 528 növ və yarımnöv məməli, 619 
növ, quş və 153 növ və yarımnöv reptili və amfibiya haqqında məlumatlar daxil 
edilmişdi.Kitabda sərlövhələri (fəsillər) də dəyişdirilmişdi.Birinci fəsil növün 
statusunun səciyyəsinə və müasir vəziyyətinə,sonrakı fəsillər növün yayılma 
coğrafiysına,populyasiya quruluşuna və sayına,məskunlaşma yerinin 
səciyyəsinə,növün mühafizəsi üzrə həyata keçitilən və təklif olunan 
tədbirlərə,heyvanxanalarda saxlanılan heyvanların səciyyəsinə,məlumat 
mənbələrinə (ədəbiyyatlara) həsr olunmuşdur.Kitab satışa çıxarıldığı üçün onun 
tirajı da kəskin artırıldı. 


101 
 
    Qırmızı kitabın 1978-1980-ci illərdə buraxılmış dördüncü nəşrinə 226 növ və 
79yarımnöv məməli, 181 növ və77 yarımnöv quş, və 153 növ və 21yarımnöv 
reptili ,35 növ və 5 yarımnöv amfibiya,168növ və 25 yarımnöv balıq haqqında 
məlumatlar daxil edilmişdi.Bunların içərisində bərpa olunmuş 7 növ və yarımnöv 
məməli,4 növ quş və 2 növ reptili vardı.Qırmızı kitabın dördüncü nəşrinə daxil 
edilmiş növlərin sayının ixtisar olunması təkcə müvəffəqiyyətli mühafizənin 
hesabına deyil,eyni zamanda son zamanlar toplanmış daha dəqiq məlumatlar 
hesabına olmuşdur. 
    1996-cı ildə Beynəlxalq Qırmızı Kitabın yeni variantı nəşr olunda.20 ildən artıq 
bir müddətdə növlərin və yarımnövlərin statusu onların yoxolma təhlükəsinin 
dərəcəsindən asılı olaraq ümumi (qlobal)şkala üzrə qiymətləndirilmişdir.Sonuncu 
kitabda isə,müxtəlif  taksonların statusunun daha obyektiv və elmi əsaslandırılmış 
qiymətləndirilməsinə cəhd edilmişdi.Növlərin və yarımnövlərin həssaslıq dərəcəsi 
haqqında qərarın qəbul edilməsi onların genetik müxtəlifliyi, ekosistemlərin 
(məskunlaşma yerlərinin) saxlanması,sayı və arealının kəmiyyətinin 
müəyyənləşdirilməsinə  əsaslanır. Qeyd olunan parametrlərin müqaisəli 
qiymətləndirilməsi üçün beş kəmiyyət meyarından(A-E) istifadə olunmuşdur. 
Növün həssaslıq dərəcəsini səciyyələndirmək üçün səkkiz kateqoriya təklif 
olunmuşdur: 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin