İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə79/109
tarix08.04.2022
ölçüsü1,69 Mb.
#54989
1   ...   75   76   77   78   79   80   81   82   ...   109
umumi ekologiya

Ə
HA
L
İN
İN
  S
A
Y
I  
(M
lrd
.n
əf
ərl 
ə)
 
  Şək.1.1.
Yer kürəsi əhalisinin artım dinamikası(proqnozlar)
 
               
 
1-Dünya əhalisinin sayının real artımı;
 
2-Ş.Rişenin
   
 
                   
1893-cü il proqnozu;
 
3- R.Pirlin 1939-cu il proqnozu;                                                                                                                                                                                                     
 
                   4-U.Notesteynin 1945-ci il proqnozu;
 
5-BMT-nin                                                                                                                                                                                         
 
                   
1951-ci il proqnozu;
6-BMT-nin 1966-cı il proqnozu: 
 




112 
 
    BMT-nin  verdiyi  məlumata  əsasən  əhali  artımının  əsas  hissəsi  inkişaf  etməkdə 
olan  dövlətlərin  payına  düşür.Yer  kürəsində  əhalinin  sıxlığa  görə  paylanması 
qeyri-bərabərdir ki, bunun da əsas səbəbi əhalinin şəhərlərdə toplanmasıdır.İnkişaf 
etməkdə olan ölkələrdə əhalinin sayının sürətli artımı ekoloji və sosial problemləri 
daha  da  kəskinləşdirmişdir.Bu  ölkələrin  əhalisi  planet  əhalisinin  75%-ə  qədərini 
təşkil  etməsinə  baxmayaraq,ümumdünya  məhsullarının  üçdən  birini  istehlak  edir 
və bir nəfərə düşən istehlak payları arasındakı fərq artmaqda davam edir. 
    Populyar  amerika  nəşrlərindən  biri  belə  bir  hesablama  aparmışdır:Əgər  Yerin 
bütün  əhalisinin  ölçülərini  100  nəfər  əhalisi  olan  bir  kənd  qədər”sıxışdırıb”  və 
insanlığın bütün mövcud nisbətlərini əvvəlki kimi saxlamaq mümkün olsa idi,belə 
bir mənzərə alınardı: 
-bu kəndə 57 asiyalı, 21 avropalı,8 afrikalı və 14 nəfər Şimali,Mərkəzi və Cənubi 
Amerikanın nümayəndəsi yaşayardı; 
-100 nəfərdən 70 nəfəri “rənglilər” olardı; 
-bütün sərvətlərin 50%-i 6 nəfər ABŞ vətəndaşlarının əlində toplanardı; 
-80 nəfər yaşayış üçün yararsız mənzillərdə yerləşərdi; 
-50 nəfər yarıac olardı; 
-70 nəfər tamamilə savadsız olardı; 
-yalnız bir nəfərin universitet təhsili olardı. 
    İqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  əhali  artımının  aşağı  olmasını  qlobal 
miqyasda müsbət hal hesab etmək olar.Lakin bu da arzuolunmaz nəticələrə səbəb 
ola  bilər.Bu  ölkələrdə  tədricən  cəmiyyətin  yaş  sturukturu  dəyişir.Uşaqların  və 
gəclərin  sayı  azalır,yaşlıların  sayı  isə  artır.Təqaüdçülərin  sayının  hədsiz  artması 
iqtisadiyyat  üçün  böyük  yükə  çevrilir.Yaxın  keçmişə  dədər  gənc  nəslin  sayı  yaşlı 
nəslin sayından çox olurdu.Gənclər qocaların qayğısına qalırdılar və təqaüdçülərin 
saxlanması  üçün ağırlıq tam olaraq sosial-təminat sisteminin üzərinə düçmürdü.  
    Əhalinin  qocalması  daha  bir  problem  də  doğurur.Yaşlı  nəsildə  dinamikanın  az 
olması gənc nəsillə ictimai-mədəni məsələlərdə də fikir ayrılığına gətirib çıxarır və 
nəticədə cəmiyyət daha konservativ olur.  
Növlərin  fərdlərinin  sayının  artım  sürətinin  həndəsi  silsilə  üzrə  baş  verməsi 
haqqında Maltus nəzəriyyəsini biloji bir növ kimi insana da şamil etmək olar.Bu 
nöqteyi-nəzərdən  “maltusçuluq”  ciddi  bir  elmi  təlimdir.Lakin,  bu  nəzəriyyənin 
Maltus tərəfindən antihumanist traktovkası  mənfi  münasibət  doğurur.Maltus qeyd 
edir  ki,  “....biz    ardıcıl  olaraq  təbiətin  ölüm  törədən  təsirlərinə  yardım 
göstərməliyik.Kasıblar  arasında  təmizliyə  rəayət  olunmasını  deyil,bunun  əksini 
təbliğ  etməliyik.Taun  epidemiyasının  təkrarına  şərait  yaratmalıyıq.Ölümcül 
xəstələrin müalicəsi üçün dərman yaradanları məhkum etməliyik.......və s.” 
    Müasir  cəmiyyətdə  doğumları  məhdudlaşdırmaq  üçün  Maltusun  antihumanist 
təkliflərini  deyil,tam  humanist,sivil  vasitələr  və  tədbirlər  həyata  keçirmək 


113 
 
mümkündür.Bunun  üçün  əhali  arasında  maarifləndirmə  işlərini  həyata 
keçirmək,ailə planlaşdırma mərkəzləri yaratmaq və s.vacibdir. 
    Əgər, insan özü öz artımını dayandırmasa,nizamlamasa,onda,bunu təbiət qəti və  
kəskin  şəkildə  edəcəkdir.Çünki,demoqrafik  “partlayış”  problemi  öz  növbəsində 
aclıq,enerji  böhranı  və  s.  kimi  qlobal  ekoloji  problemlərin  yaranmasına  və 
inkişafına şərait yaradır.  
 
Dünya dövlətlərinin əhalisinin sayı                                                      Cədvəl...... 
 
 

Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin