120
Doğrudur,bu atmosfer sirkulyasiyasının sadə sxemidir.Çünki,atmosferdə
çoxlu
sayda digər burulğan təzahürləri də mövcuddur.Lakin,bu sadə Hadley tsiklləri
atmosferdəki əsas enerji axınlarını təsvir etməklə bərabər,həm də bütün atmosfer
və okean sirkulyasiyalarının hərəkətverici mühərriki olan istilik maşınının vacib
elementidir.
Bir sıra mütəxəssislərin qeyd etdiyi kimi,fərz edək ki,ekvatorla qütblər arasın-
dakı temperatur fərqi yox olur və ekvatorda da digər
yerlərdə olduğu kimi soyuq
olur.Bu zaman Hadley tsiklinin əvəzinə yeni tsikl (Şək.1.3.) meydana çıxır.
Bu sxemdə, hava kütləsi şimalda yuxarı qalxır,cənuba
doğru hərəkət edir,cənub
qütbündə Yer səthinə enir və yenidən şimala doğru hərəkət edir.
BMT-nin iqlqm dəyişiklikləri üzrə 1500 mütəxəssisi tərəfindən hazırlanmış
məruzəsində qeyd olunur ki,2100-cu ildə Yer kürəsində temperatur 4
0
S
yüksələcəkdir.Bu zaman atmosfe və okean sirkulyasiyalarının qeyd olunan
tsikllərinin pozulması nəticəsində baş verə biləcək ssenariləri belə şərh etmək olar:
-Afrika və Asiyada məhsuldarlıq aşağı düşəcək,Avropada subasma təhlükəsi
artacaq,Avstraliya və Yeni Zelandiyada quraqlıq olacaq;
-ABŞ-nın şərq sahilyanı əraziləri dağıdıcı tufanlara,sahil əraziləri isə erroziyaya
məruz qalacaq;
-Arktikanın buz örtüyü 15% azalacaq;
-Antarktida sahillərində buz örtüyü 7...9% geri cəkiləcək;
-Cənubi Amerika,Afrika,Çin və Tibet dağlarının tropik buz örtüyü əriyəcək;
-Okeanlarda suyun səviyyəsi 1m yüksələcək,ABŞ-nın Atlantik sahillərinin böyük
ərazisi,Çinin bir hissəsi,Maldiv,Seyşel,Marşal adalarının bir hissəsi və Kuk adası
tamamilə su altında qalacaq;
-Qış isti keçəcək,yayda
istilər daha kəskinləşəcək;
-Bitki örtüyünün üçdə bir hissəsi məhv olacaq və s.
- Hesablamalara görə,XXI əsrin sonunda Yerdə eramızdan 50 əsr əvvəlki
temperatur rejimi bərqərar olacaqdır.Lakin,burada əsas təhlükə orta temperaturun
və
Dünya
okeanının
səviyyəsinin
dəyişməsində
deyil,bu
dəyişmənin
sürətinin yüksək olmasındadır.Bu da
insanların yeni şəraitə uyğunlaşmasını
mümkünsüz edir.
Dostları ilə paylaş: