seçilməsindən asılıdır. Bu zaman obyektin xüsusiyyəti və qiymətləndirmənin
şəraiti hökmən nəzərz alınmalıdır. Ekspert qiymətləndirilməsinin 3 əsas növünü
göstərmək olar [6]: aparıcı ekspertlə qiymətləndirmə, komissiya ilə
qiymətləndirmə və aparıcı ekspert və ekspert qrupundan istifadə etməklə
kombinəedilmiş qiymətləndirmə (şəkil 2).
Aparıcı ekspertlə qiymətləndirmə mürəkkəb razılaşdırma qaydalarını,
rəylərin statistik işlənməsini tələb etmirsə də, ekspertin səriştəliyindən və bilik
səviyyəsindən çox asılı olan xeyli dərəcədə subyektiv nəticələr verir.
İxtisaslı mütəxəssislər kollektivinin orta rəyini almağa imkan verən
ekspert komissiyası ilə qiymətləndirmə kifayət qədər obyektivdir,
mütəxəssislərdən böyük bir vaxt itkisi tələb etmir, ekspertizanın təşkili və
hazırlanması uzun çəkmir. Bu baxımdan fərdi ekspertin və qrupun rəylərinin
müqayisəsi üzərində qurulmuş kombinəedilmiş qiymətləndirmə kompromis
variant sayıla bilər. Bu şəkildə qiymətləndirmə azsaylı ekspert kollektivinə
alınmış nəticələrin dəqiqliyini və etibarlığını təmin edən kifayət qədər
prosedurlarla məhsulun keyfiyyətinin sadə analizini aparmağa şərait yaradır.
Ekspert metodu texniki göstəricilərin istehlak göstəricilərinə
çevrilməsində geniş tətbiq edilir. Belə çevirmənin iki cəhəti vardır: bir ölçmə
sisteminin digəri ilə müqayisə ediləcək şəklə salınması, texniki və ya digər
göstəricilərin dəyərinin real qiymətləndirilməsi.
Bu zaman iki hal mümkündür: texniki və istehlak göstəriciləri
arasında asılılıq xəttidir və ya qeyri – xəttidir. Birinci halda göstəricilərdən
biri avtomatik olaraq digərinə keçir və kiçik bal ölçülən göstəricinin aşağı
qiymətinə, böyük bal yuxarı qiymətinə uyğun gəlir. Soyuducunun
kamerasında temperatur ilə onun balla qiymətləri arasında asılılıq xətti
asılılığa misal ola bilər.
a)
Qiy-
mət
Ekspert
Məmulat
Məmulat
İş
çi
qrup
E
k
sp
er
t qr
u
p
u
b)
b)
c)
c)
Şəkil 2. Məhsulun keyfiyyətinin ekspert qiymətləndirilməsinin əsas metodları:
a - aparıcı ekspert metodu; b – ekspertlər komissiyası metodu; c –
kombinəedilmiş metod
Qeyri – xətti asılılıq halında E. Reyxman tərəfindən təklif edilmiş
metod istifadə edilə bilər .
Metodun mahiyyəti belədir: əvvəlcə ekspert qiymətləndirilən texniki
göstəricinin minimal, maksimal və optimal buraxıla bilən qiymətlərini (
A
min,
A
max,
və
A
opt
) göstərir. Sonra o, bu göstəricilərin qiymətlərinə bal qiymətləri
verir. Alınmış nəticələr qrafikdə qeyd olunur. Absis oxunda göstəricinin
ölçülmüş qiymətləri, ordinat oxunda ekspertin bal qiymətləri qeyd olunur.
Qiy-
mət
Məmulat
Qiym
ət
Aparıcı ekspert
Ekspert qrupu
Belə qrafikdə axtarılan göstəriciyə müvafiq qiymət müəyyənləşdirilir. Texniki
keyfiyyət göstəricilərin istehlak göstəricilərinə çevrilməsində qeyri – xətti
asılılığa misal olaraq məişət paltaryuyan maşınında yuyulma dərəcəsinin təyin
olunması göstərilə bilər (şəkil 3).
Son illər sənaye məmulatlarının keyfiyyətinin kompleks ekspert
qiymətləndirilməsi geniş həyata keçirilir. Bu metod bir sıra prosedur
qaydalarının ardıcıl yerinə yetirilməsini nəzərdə tutur ki, nəticədə ekspert
analiz olunan obyekt haqqında ümumiləşdirilmiş rəy verir. Kompleks
qiymətləndirmə keyfiyyət göstəricilərinin seçilməsi ilə başlayır. Ekspertin
güman etdiyinə görə bu göstəricilərin təhlilinə görə o, məmulatın ümumilikdə
keyfiyyəti haqqında mühakimə yürüdə biləcək.
Kompleks qiymətləndirmənin sonrakı mərhələsində seçilmiş keyfiyyət
göstəricilərinin hər biri ekspert tərəfindən kəmiyyətcə qiymətləndirilir və belə
differensial qiymətləndirmənin nəticələri müqayisə ediləcək şəklə salınır.
Növbəti mərhələdə ekspert bu göstəricilərin çəki əmsallarını müəyyənləşdirir.
Yekunda bütün differensial göstəricilər çəki əmsalları ilə birlikdə müəyyən
riyazi əməliyyatlar aparılaraq bir ümumiləşdirilmiş kompleks göstəricidə
birləşdirilir.