Müh. 1. İSTEHLAK MALLARININ KEYFİYYƏT
EKSPERTİZASI METODLARI. İSTEHLAK MALLARININ
EKSPERTIZASININ OBYEKT VƏ SUBYEKTLƏRI.
Mühazirənin planı :
1.
İstehlak mallarinin keyfiyyət ekspertizasi metodlari
2. Ekspertizanın obyekti
3. Keyfiyyət sıralanması
4. Təhlükəli məhsul
5. Ölçü dərəcələri
6. Ekspertizasının subyektləri
7. Ekspertin müstəqilliyi, səriştəliliyi, iş təcrübəsi, şəxsi keyfiyyəti
8. Ekspertin subyekləri
Malların keyfıyyəti arası kəsilmədən yüksəldilməli və cəmiyyətin hər bir
inkişaf dövrü üçün optimal texniki-iqtisadi səviyyəyə malik olmalıdır. Malların
keyfiyyəti nisbi xarakter daşıyır və istehlak şəraitinə, təyinatına görə oxşar olan
əşyaların müqayisəsi zamanı dərk edilir və onu təşkil edən xassələr kimi kəmiyyət
göstəricilərilə ifadə edilə bilər. Quraşdırma və istehsal prosesində malların
keyfıyyətinin formalaşmasının öyrənilməsi, keyfıyyət göstəricilərinin və keyfıyyət
səviyyəsinin təyin edilməsi əmtəəşünaslığın mühüm vəzifəsidir. Odur ki, malların
keyfıyyəti, eləcə də onların istehsal dəyəri kimi yalnız texniki kateqoriya hesab
edilmir.
Tədavül sferasında çalışan istehlakçılara yaxın olan əmtəəşünaslar mala olan
tələbləri ümumiləşdirməli, istehlakçıların marağını qorumalı, malların
keyfiyyətinin yüksəidilməsinə və çeşidinin yeniləşməsinə çalışmalıdırlar.
Əmtəəşünas istehsala təsir göstərməklə istehsalla istehlak arasında sıx əlaqə
yaratmalıdır. Bu məqsədə nail olmaq üçün əmtəəşünaslıq həm bir elm kimi və həm
də tədris fənni kimi aşağıdakı məsələləri həll etməlidir:
-
əmtəənin istehlak dəyərini yaradan əsas xassələrin müəyyənləşdirilməsi;
-
əmtəəşünaslığın elmi əsasını təşkil edən prinsip və üsulların dəyişdilməsi;
- semərəli təsnifləşdirmə ve kodlaşdırma üsullarından istifadə etməklə əmtəə
çoxluğunun sistemləşdirilməsi;
- sənaye və ticarət müəssisələrinin çeşid istifadəsini təhlil etmək məqsədilə
əmtəələrin xassələnnin və çeşid əlamətlərinin öyrənilməsi;
-
çeşidin idarə edilməsi;
- əmtəələrin istehlak xassələri və göstəriciləri nomenklaturasının təyin edilməsi;
-
konkret mal növlərinin əmtəəşünaslıq xarakteristikasının verilməsi və s.
İlkin layihələşdirmə mərhələsində gələcək məmulat fərziyyəyə əsaslanan
istehlak dəyərinə malik olur. Layihə və texnikanın qabaaqcıl nəaliyyətlərinə uyğun
olmaqla. Perspektiv dünya nümunələri səviyyəsinə cavab verməlidir.
Istehsal mərhələsində məmulatın verilmiş layihəsi hazır məhsuluna çevrilir.
Burada layihənin fərziyyəyə əsaslanan istehlak dəyərini məmulatın istehlak
dəyərində ifadə etmək vacibdir.
Əmtəəşünas istehsala təsir göstərməklə istehsalla istehlak arasında sıx əlaqə
yaratmalıdır. Bu məqsədə nail olmaq üçün əmtəəşünaslıq həm bir elm kimi və həm
də tədris fənni kimi aşağıdakı məsələləri həll etməlidir:
-
əmtəənin istehlak dəyərini yaradan əsas xassələrin müəyyənləşdirilməsi;
-
əmtəəşünaslığın elmi əsasını təşkil edən prinsip və üsulların dəyişdilməsi;
- semərəli təsnifləşdirmə ve kodlaşdırma üsullarından istifadə etməklə əmtəə
çoxluğunun sistemləşdirilməsi;
- sənaye və ticarət müəssisələrinin çeşid istifadəsini təhlil etmək məqsədilə
əmtəələrin xassələnnin və çeşid əlamətlərinin öyrənilməsi;
Şəxsi istehlak üçün olan məmulatlar tələbi ödəmə xarakterindən asılı olaraq iki
qrupa bölünür:
ərzaq və ya qeyri-ərzaq
(sənaye) malları, buna görə də
əmtəəşünaslıq iki müstəqil ərzaq malları əmtəəşünaslığı və qeyri-ərzaq malları
əmtəəşünaslığı tədris fənnlərinə ayrılır.
Istehlak malları - istehlakçı tərəfindən realizə olunan və onun şəxsi məqsədləri
üçün istifadə etdiyi
mallara deyilir. Lakin, belə adlandırılma şərtidir, çünki eyni
mal müxtəlif istehlakçıarda eyni məqsəd üçün istifadə oluna bilər.
Ərzaq mallarının keyfiyyəti dedikdə- onların öz təyinatlarına uyğun olaraq,
müəyyən istehlak tələblərini təmin etmək yararlığını şərtləndirən xüsusiyyətlərin
cəmi nəzərdə tutulur.
Ticarətdə isə
, malların bütün normativ-texniki sənədlərin
tələblərinə uyğunluğu keyfiyyət adlandırılır.
Malların bir və ya bir neçə
xüsusiyyətlərinin cəminə keyfiyyət göstəricisi deyilir.
Ərzaq mallarının keyfiyyəti onun vahid və kompleks göstəriciləıinə görə
qiymətləndirilir. Keyfiyyətin vahid göstəricisi onun bir, kompleks göstəricisi isə
bir neçə xüsusiyyətini əhatə edir. Məsələn: kərə yağında «rəng» göstəricisi vahid
göstərici, «konsistensiyası və xarici görünüşü» isə kompleks göstərici hesab edilir,
belə ki, bu göstərici bircinslilik, plastiklik, sıxlılıq, kəsim səthinin vəziyyəti və s.
kimi xüsusiyyətlərini özündə birləşdirir. Bəzi hallarda məhsulun keyfiyyəti onun
hər hansı bir təyin edici göstəricilərinə görə qiymətləndirilir.
Üstünlük əmsalı─ məhsula verilən keyfiyyət göstəricilərinin başqa göstəricilər
arasında miqdarca daha üstün xüsusiyyətlərə malik olduğunu göstərir.
Keyfiyyət səviyyəsi
─ keyfiyyəti qiymətləndirilən malların keyfiyyət
göstəricilərinin normativ sənədlərdə nəzərdə tutulan əsas, fundamental keyfiyyət
göstəriciləri ilə müqayisəli qiymətləndirilməsidir.
Bütün normativ-texniki sənədləşməyə uyğun gələn məhsullar yararlı sayılırlar.
Məhsulun təyin edilmiş tələblərə hər hansı bir uyğunsuzluğu qüsur sayılır.
Dostları ilə paylaş: