Ekspertizanın subyektləri
. Əmtəə ekspertizasının subyekti kimi fiziki və
hüquqi şəxslər iştirak edə bilər. Onları hüquqi statusuna və ixtisaslaşmasına görə
təsnifləşdirilir. Fiziki şəxslər ekspert olmamişdan əvvəl ekspertliyə namizəd
statusu almalıdır. Ekspertin hüquqi statusunu müəyyən tələblərə çavab verən ,
attestasiyanı ( sertifikasiya) müvafiq sistemdə və ya ekspert təşkilatlarında keçmiş
namizədlər ola bilər. Attestasiyadan sonar ekspertlər onların səlahiyyətini
təsdiqləyən sənəd ( attestat və ya sertifikat) alırlar.
Bəzi hallarda ekspertlər xüsusi sahələrdə - elm, texnika, texnologiya, ticarət
və ya ictimai iaşə yüksək səviyyəli peşəkarlardan seçilir. Onlar müəssisə tərəfindən
xüsusi əmrlə təyin edilir və lazım olduqda daimi və ya müvəqqəti ekspert
qruplarına daxil edilir. Onlar müstəqil ekspert kateqoriyası təşkil edir və onların
əsas iş yeri ekspert təşkilatlarında yerləşir (məs. tədris müəssisələri, elmi-tədqiqat
institutu və s.). Çox vaxt müstəqil ekspertlər ekspertliyə namizəd statusunu
keçmirlər.
Ekspertlər sertifikasiya, sertifikasiyalı sınaq laboratoriyaları müvafiq eksprtlər
təşkilatlarının tərkibinə daxil ola bilərlər. Hətta ―Ticarət Sənaye Palatası
ekspertləri‖ sistemində ekspertlərdən əlavə baş ekspertlər də nəzərdə tutulmuşdur.
Ekspertlər aşağıdakı tələblərə cavab verməlidir: müstəqillik, səriştəlilik, iş
təcrübəsi, şəxsi keyfiyyətlər.
|