- ekspertlərdən tələb olunan tələbata
cavab vermək;
- attestasiya keçmiş mütəxəssis kimi azı 3 tam ekspert yoxlanışında iştirak
etmək;
- ekspert yoxlamaları aparmaq üçün dərin biliklərə malik olmaq.
Dequstator ekspertlərə qoyulan xüsusi tələblər:
- sensor hissiyata malik olmaq;
- əsas rənqləri, dadları, qoxuları və onların çalarlarını ayırd etmək;
- sensor qabiliyyət yoxanmasından keçmək.
Ekspertin hüquqları var:
- lazımınca normativ və texniki sənədlərlə tanış olsun. Bu sənədlər olmadan
ekspert obyektiv, əsaslı nəticəyə gələ bilməz;
- əmtəə-mal ekspertizasının məqsədini əsas götürərək orqanoleptik, sadə
ölçmə metodları, eləcədə digər qiymətləndirmə metodları ilə ekspert
qiymətləndirilməsi aparmaq;
- müəssisə (təşkilat) vəziyyətinin qiymətləndirilməsini aparmaq;
- lazım olduqda istehsalın aparılması üçün müəyyənləşdirilmiş texnoloji
proseslərə əməl olunmasını, saxlama şəraitini və müddətini, nəqlini,
malların satış üçün hazırlanması, satışını yoxlamaq və s.;
- aparılmış sınaqların təhlilini yoxlamaq;
- sertifikasiya olunmuş məhsula, eləcə də digər ekspertiza obyektlərinə
müfəttiş nəzarəti təşkil etmək və həyata keçirmək.
Sanitar-epidemioloji orqan və təşkilatların ekspertləri əlavə hüquqa
malikdirlər:
- istifadə edilmiş və ya keyfiyyətsiz məhsulun məhv edilməsi və onların
istifadəsinə nəzarət aparılması haqqında nəticələr vermək;
- təhlükəli məhsulu seçmək və onları məhv etmək üçün göndərmək, şərti
olaraq yararlı məhsulun istehsalını yenidən təşkil etmək.
Dostları ilə paylaş: