Mühazirə mətnləri Müh. İstehlak mallarinin keyfiyyət ekspertizasi metodlari istehlak


Məlum olduğu kimi məhsulun keyfiyyəti dedikdə,müəyyən istismar,şəraitində



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə11/39
tarix09.04.2022
ölçüsü0,92 Mb.
#55007
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   39
IMEQ fənnindən mühazirə mətnləri 2022

     Məlum olduğu kimi məhsulun keyfiyyəti dedikdə,müəyyən istismar,şəraitində  

müvafiq olaraq müəyyən tələbatı ödəmək üçün onun yararlığını təyin edən 

xassələrin məcmuu başa düşülür.

Əgər mal müəyyən istehlak tələblərinə müvafiq 

deyildirsə,o yararlı xassələrə malik olsada yüksək keyfiyyətə malik ola bilməz. 

K.Marks göstərirdi ki,istehlakcılar malı ona görə almırlar ki,onun dəyəri vardır,ona 

görə alırlar ki,onun istehlak dəyəri vardır.Bəzən praktikada keyfiyyət 

dedikdə,malın yalnız normotiv-texniki sənədlərin tələblərinə müafiq olması,daha 

doğrusu «istehsalat» keyfiyyəti başa düşülür.Onu da qeyd etmək lazımdır 

ki,istehsalat keyfiyyəti bütövlükdə keyfiyyət anlayışının dolğunluğunu tam əks 

etdirmir. O yalnız hazırlanma əməliyyatlarının keyfiyyətini xaraterizə edir.

Malın 


keyfiyyəti ona xas olan fiziki,kimyəvi və bioloji xassələr 


kompleksindən,həmçinin,malın funksional,estetik,E qronomik və digər tələblərə 

müvafiq olmasından asılıdır. 

     Yüksək keyfiyyətli mal insanların istehlak tələbini daha dolğun ödəyir və böyük 

sorğuya malik olur,əksinə aşağı keyfiyyətli mallar isə özünə alıcı tapa bilmir. 

Nəticə etibarilə keyfiyyətsiz mallar ticarət şəbəkələrində yığılıb qalmaqla xalq 

təsərrüfatına böyük ziyan vurur.Ona görə də,buraxılan məhsulun keyfiyyətinin 

yüksəldilməsi dövlət əhəmiyyətli məsələlərdəndir. 

     Keyfiyyət anlayışı ən çox fəlsəfə və əmtəəşunaslıqda işlədilir.Fəlsəfədə 

keyfiyyət məhsulun daxili müəyyənliyi kimi başa düşülür. Keyfiyyət hadisəyə 

nisbi mövcudluq verən müəyyənlikdir və onun dəyişməsi ilə həmin hadisə də 

dəyişir. 

     Məhsulun keyfiyyəti,onun müəyyən xassələri ilə eyniyyət təşkil etmir.

Xassə 

məhsulun xaricini,keyfiyyət isə daxilini müəyyənliyidir.D



aha sonra məhsulun 

keyfiyyəti xassələrin cəmi kimi,yalnız cismin xarici əlaqələrində və başqa 

cisimlərə münasibətindən üzə çıxır. 

     Keyfiyyətin fəlsəfi anlayışı əmtəəşunaslığın keyfiyyət anlayışından genişdir. 

Əmtəəşunaslıqda «keyfiyyət» anlayışı bəzən kafi qiymətləndirmə kimi başa 

düşülür.Əslində keyfiyyət malın və yaxut da məmulatın xassələrindən 

yaranır.Deməli,mal və ya məmulat sinfi cəmiyyətin tələbatını ödəmək üçün 

müəyyən yararlı xassələrə malik olmalıdır 

     Yeri gəlmişkən onu da göstərmək lazımdır ki,keyfiyyət və istehsal xərcləri 

arasında sıx əlaqə vardır.Məlumdur ki,məhsulun keyfiyyətinin yüksəldilməsi özü 

ilə bərabər müəyyən xərclər tələb edir.Bunun elmi cəhətdən təsdiq edilməsinin 

keyfiyyətin planlaşdırılması və yüksəldilməsi üçün böyük əhəmiyyəti vardır. 

     Ümumiyyətlə,keyfiyyətin yüksəldilməsindən söhbət gedərkən yalnız 

maksimum xərclə keyfiyyətə nail olmaqla deyil,eləcə də xərclə mənfəət arasında 

daha əlverişli nisbət və ya minimum xərclə optimal keyfiyyətə nail olma imkanını 

nəzərə almaq lazımdır.Deməli,keyfiyyət məsələsinə tələbatı və xalq təsərrüfatının 

imkanını nəzərə almaqla yanaşmaq lazımdır.Bu o deməkdir ki,keyfiyyətin 

yüksəldilməsinin planlaşdırılması və stimullaşdırılması zamanı ən yüksək texniki 




səviyyəni deyil,məmulatın elə keyfiyyət səviyyəsini nəzərə almaq lazımdır ki,o 

mövcud xassələri ilə öz funksional tələbini daha yaxşı ödəyə bilsin.Odur ki,hər bir 

istehsal müəssisəsi məhsul istehsal edərkən xalq təsərrüfatı üçün yararlı olmaq 

nöqteyi nəzərindən keyfiyyətin əldə edilməsi üçün lazım olan xərcləri elmi 

əsaslarla təhlil etməlidir.Xərclərin təhlili keyfiyyətin elmi cəhətdən 

optimallaşdırılması üçün ilkin şərt olmaqla müəyyən xərcləri azaltmağa imkan 

verir ki,bu da nəticə etibarilə müəssisənin rentabelliyini təmin edir. 

     Buradan bir daha aydın olur ki,

keyfiyyəti hərtərəfli və tam qiymətləndirmək 

üçün tətqiqat laboratoriyasının nəticəsindən sonra qəti mühakimə söyləmək 

olar.Onu da göstərmək lazımdır ki,məhsulun keyfiyyəti yalnız istehlak xassələrinin 

məcmuu ilə deyil və həm də məmulatın dəyəri ilə qiymətləndirilir.Məsələn,yüngül 

sənaye sahəsində görkəmli mütəxəssiz hesab edilən professor Q.P.Zıbin 

ayaqqabının keyfiyyət kriteriyasını təyin edərkən ayaqqabının 

rahat,möhkəm,gigienik,gözəl«yaraşıqlı» və ucuz başa gəlməsini əsas 

götürmüşdür.Yuxarıda deyilənlərdən aydın olur ki,sənaye mallarının keyfiyyətinə 

verilən əsas tələblər məmulatın ucuz başa gəlməsilə bərabər,istehlakcının həyat 

tələbatını nümunəvi ödəməsindən də ibarətdir. 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin