Məhsulun keyfiyyətinə bilavasitə təsir edən amillər lahiyələşdirmə,
modelləşdirmə və hazırlama keyfiyyəti daxildir.
Stimullaşdırıcı amillərə iqtisadi səmərəlik, fəhlələrin maddi
marağı,keyifyyətsiz məhsul buraxılışına verilən sanksiyalar aiddir.
Yuxarıda göstərilən amillər də öz növbəsində obyektiv və subyektiv amillərə
bölünür.Məhsulun keyfiyyətinə təsir edən obyektiv amillərə məmulatın
konstruksiyası, istehsal bazasının texniki səviyyəsi,istehsalın mexanikləşdirilməsi
və avtomatlaşdırılması dərəcəsi,müasir texnologiya və nəzarətin texniki vasitəsi
istehsal bazasının texniki imkanları,istismar bazası və s. daxildir.Məhsulun
keyfiyyətinə təsir edən obyektiv amillər,adətən əmək fəaliyyəti ilə əlaqədar
olub,insanın istehsalat funksiyalarını yerinə yetirmə qabiliyyətindən və
münasibətlərindən asılıdır.Bu amillərə ustalıq dərəcəsi,ümumi təhsil
səviyyəsi,insanın psixoloji kamilliyi və əmək bəhrəsinə şəxsi marağı
daxildir.İcraçının ustalıq dərəcəsi nə qədər yüksək olarsa,əməyin və məhsulun da
keyfiyyəti bir o qədər yüksək olar.Subyektiv amillər obyektiv amillərə nisbətən
sabit deyil.
Məhsulun keyfiyyətinə yüksək təsir edən obyektiv amillərdən bir də xammaldır.
Xammalın kimyəvi tərkibini dəyişməklə lazimi xassəli məhsul almaq
mümkündür.Məsələn,şüşə və çini məmulatlarının xammalının tərkibində dəmir
oksidinin olması onların rənginə və istehlak xassələrinə,keyfiyyətinə mənfi təsir
göstərir. Odur ki,şüşə və çini məmulatlarının təyinatından asılı olaraq onların
xammalının kimyəvi tərkibi texniki-normativ sənədlərə əsasən normalaşdırılır.Onu
da göstərmək lazımdır ki,xammalın təbiətini,quruluşunu və xassələrini bilərək
ondan hazırlanacaq məhsulun xassələrini və xüsusiyyətlərini əvvəlcədən müəyyən
etmək imkanı vardır.Bu cəhət məmulat istehsalı üçün xammal bazasını
genişləndirməyə az əmək və vaxt sərf etməklə yüksək istehlak xassələrinə malik
olan məhsul almağa,eləcə də çeşidi genişləndirməyə imkan verir.Bu baxımdan
xammalın məqsədəuyğun tətbiq edilməsinə xüsusi əhəmiyyət verilməli,hazır
məhsulu istehlak xassələrinə (keyfiyyətinə) heç bir xətər dəyməmək şərtilə,baha
qiymətli xammalı nisbətən ucuz xammalla əvəz etmək mümkündür.
Xammalı kimyəvi tərkibinə görə üzvi və qeyri-üzvi,mənşəyinə görə təbii,süni
və sintetik qruplara bölmək olar.
Əgər təbii xammal zəruri xassələr kompleksinə malik deyildirsə,və yaxud çox
zəhmət və xərc tələb edirsə,o zaman süni və sintetik mallardan istifadə etməklə
təbii xammalı qismən və yaxud tamamilə əvəz etmək mümkündür.
Tətbiq sahəsindən asılı olaraq bəzi hallarda süni və sintetik malların keyfiyyəti
təbii xam materiallardan müəyyən qədər yüksək olur.
Hazır məmulatın keyfiyyətinə təsir edən əsas amillərdən biri də məmulat
konstruksiyasıdır.Məmulatın konstruksiyası ondan istifadənin pahatlığını,xarici
görünüşün gözəlliyini,səmərəliliyini,etibarlılığını,təmirin mümkünlüyünü və
uzunömürlülüyünü təmin etməlidir.
İstehsalın texniki səviyyəsi inkişaf etdikcə əhalinin mədəni səviyyəsi və məhsulun
istehlak xassələrinə verilən tələblər yüksəldikcə məmulatın konstruksiyası da
təkmilləşdirilir.
Məlum olduğu kimi xalq istehlakı mallarının keyfiyyəti istehsalın müxtəlif
mərhələlərində formalaşdırılır.Belə mərhələlərdən biri də texnoloji
emaldır.Texnoloji emal xammal və material xassələrinin dəyişilməsinə xüsusi təsir
göstərir.
Texnoloji emal nəticəsində məmulata zəruri forma,lazımi xarici
görünüş,istifadə zamanı etibarlılıq və onun təyinatına müvafiq istehlak xassələri
verilir.
Texnoloji emal zamanı əsas xammalın və hazır məhsulun xassələrini və
xüsusiyyətlərini nəzərə almaq lazımdır.Təkrar emal prosesində əsas xammal
müxtəlif fiziki-kimyəvi və digər təsirlərə məruz qalır ki,nəticədə onun
görünüşü,xassələri və keyfiyyəti formalaşır.Məsələn,çini məmulatının keyfiyyəti
əsasən bişirilmə temperaturundan və şəraitindən asılıdır.
Texnoloji rejimin pozulması nəticəsində məhsulun yararsız hala gətirən
nöksanlar baş verə bilər.
İstehsal olunmuş malların keyfiyyətinə verilən ümumi tələblər.
Sənaye
tərəfindən buraxılan bütün mallar müəyyən tələblərə cavab verməlidir.Tələblər
dedikdə,müəyyən vaxt ərzində onun təyinatına görə istifadəsinin mümkünlüyünü
təyin etmək üçün malın müvafiq olduğu şərait və xüsusiyyətlər başa
düşülür.Keyfiyyətə verilən tələblər əhalinin maddi və mədəni səviyyəsindən,malın
təyinatından,xammal ehtiyatlarından,istehsalın texniki-iqtisadi imkanlarından və
mal haqqında olan məmulatın səviyyəsindən çox asılıdır.Tələblərin səviyyəsi ilə
malların keyfiyyəti arasında müəyyən qeyri-mütənasiblik vardır ki,bu da fasiləsiz
olaraq malların keyfiyyətinin yeksəldilməsinə və çeşidinin yeniləşdirilməsinə
imkan yaradır.İqtisadiyyatın və elmi-texniki tərəqqinin inkişafı,əhali tələblərinin
dəyişilməsi və yeni-yeni xammal növlərinin meydana gəlməsi nəticəsində mallara
verilən tələblə də dəyişir.Ümumiyyətlə,xalq istehlakı mallarına cari;
prespektiv,ümumi və spesifik tələblər verilir.
Cari tələblər
həmin dövrdə satışa daxil olan mallara verilən tələblərdir.Bu tələb
irəli sürülərkən ölkənin sosial-iqtisadi inkişafı,istehsalın texniki-iqtisadi imkanları
və s. şərtlər nəzərə alınmalıdır.Cari tələblər dövri olaraq nəzərdən keçirilir və
dəyişdirilir.
Əhalinin artmaqda olan tələblərini daha dolğun ödəmək üçün bir qayda olaraq
istehsal prosesləri təkmilləşdirilməli,istehsalatda daha dəqiq və məhsuldar maşınlar
tətbiq edilməli,yeni xammal növləri aşkar edilməlidir.Məhz buna görə də malların
keyfiyyətinə nəzarət etmək üçün perspektiv tələblər irəli sürülür.
Perspektiv tələblər
malın keyfiyyətinə verilən nisbətən geniş və yüksək səviyyəli kompleks
göstəricilərin cəmindən ibarətdir.Keyfiyyətə verilən cari tələblər həm də perspektiv
tələblərin əsasını təşkil edir.Perspektiv tələblərin tərtib edilməsi elmi,istehsalı və
istehsalla istehlak arasındakı əsas halqa olan ticarəti,məmulatın keyfiyyətini
yüksəltməyə və daima təkmilləşdirməyə vadar edir.
Elmi-texniki tərəqqinin inkişafı
ilə əlaqədar olaraq perspektiv tələblər cari tələblər qrupuna keçir və standartlar
üzrə sənədləşdirilir.
Malların keyfiyyətinə verilən
ümumi tələblər
cari və perspektiv tələblərdən fərqli
olaraq malın təyinata uyğunluğu,istifadəyə yararlılığı,insan üçün
zərərsizliliyini,insan orqanizmində normal həyat fəaliyyətini təmin
edilməsini,
müəyyən olunmuş müddət ərzində istismar zamanı davamlılığı,təmirin
mümkünlüyü və sadəliyini estetik və erqonomik tələbləri özündə cəmləşdirir.
Bəzi qrup malların təyinatından və istismar şəraitindən asılı olaraq onların
keyfiyyətinə bir
sıra spesifik tələblər verilir
.Məsələn,şüşə və çini-kaşı
məmulatlarının kəskin temperatur şəraitində istifadəsinin mümkünlüyünə verilən
tələblər bu fəsildəndir.
Mallara verilən cari,perspektiv,ümumi və spsesifik malın istehlakının hansı
sahəsini xarakterizə etməsindən asılı olaraq
sosioloji,funksional,erqonomik,gigiyenik,estetik. Texnoloji davamlılıq,etibarlılıq
iqtisadi və s. kimi tələblərə bölünür.
|