Mühazirə mətnləri Müh. İstehlak mallarinin keyfiyyət ekspertizasi metodlari istehlak



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə15/39
tarix09.04.2022
ölçüsü0,92 Mb.
#55007
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   39
IMEQ fənnindən mühazirə mətnləri 2022

     Funksional tələblər.  Bu tələb bilavasitə məmulatın təyinatı ilə 

əlaqədardır.Çünki,hər hansı bir məmulat təyinat etibarilə öz funksiyasını yerinə 

yetirə bilmirsə,o,digər tələblərə uyğun olsa da,öz təyinatı üçün yararsız hesab 

edilir.Məsələn,saat dəqiq işləmirsə, soyuducu məhsulu yaxşı soyutmursa, bıcaq 

kəsmə qabiliyyətinə malik deyildirsə, deməli, həmin məmulatlar öz funksional 

tələbini ödəmir və bununla onlar yararsız hesab olunurlar. 

Müxtəlif əmtəələr üçün funksional tələblərin nomenklaturası eyni ola bilməz və bu, 

onların təyinatından asılıdır. Belə ki, qış üçün hazırlanan ayaqqabılardan yüksək 

dərəcədə isti – saxlama qabiliyyəti tələb edildiyi hal da paltaryuyan maşından 

yüksək məhsuldarlıq və yaxşı yuma qabiliyyəti tələb olunur. İstismar şəraitindən 

asılı olaraq bəzi əmtəələr üçün funksional tələbi başqa tələb əvəz edir.Məs: pəncərə 

pərdələri üçün funksional tələblə yanaşı estetik tələb də meydana çıxır. Burada 

funksional tələbi estetik tələb əvəz edir. 

Qeyd etmək lazımdır ki, bəzən çox təyinatlı parçalar üçün funksional tələbləri 

seçməkdə çətinlik yaranır. Əgər parça və yaxud trikotaj alt dəyişiklərin 

hazırlanması üçün işlədilirsə, onda ona verilən funksional tələb əsasən gigiyenik 

tələblərdən ibarət olacaqdır. Həmin materiallar üst paltarı üçün tətbiq 

ediləcəkdirsə, onda bunun üçün funksional tələb kimi forma saxlama, ölçü və 

rəngini dəyişməmək, bədii tərtibat və s. daha vacip sayılacaqdır. 

     Etibarlılıq.  Bu tələb xalq istehlakı mallarını bütün növləri üçün vacibdir. Bir 

qayda olaraq satışa daxil olan xalq istehlakı malları müəyyən keyfiyyət 

göstəricilərinə malik olmalıdırlar. Onlar istismar zamanı istehlak xassələrini (ilkin 

keyfiyyət göstəricilərini) dəyişməməli, konkret şəkildə desək, ilkin keyfiyyət 

göstəricilərini saxlamalıdır. Xalq istehlakı mallarının ehtibarlılığı istismar 

göstəricilərinin verilmiş hüdudla tələb olunan vaxt ərzində öz funksiyasını yerinə 

yetirməsi ilə xarakterizə olunur. Məmulatların xidmət müddəti müxtəlif 

göstəricilərlə ifadə edilir.Məs,televiziya və radioqəbuledicilərin xidmət müddəti 

saatla, nəqliyyat vasitələrinin istifadə müddəti isə km-lə ölcülür. 

Etibarlılıq mürəkkəb xassə olduğuna görə ona verilən tələblər də mürəkkəb və 

müxtəlifdir. 




Xalq istehsalı mallarının etibalılığına müntəzəmlik, uzun müddət yaralılıq, 

təmirinin mümkün olması və s. daxildir. 

Etibarlılıqdan söhbət edərkən praktikada tez-tez rast gəldiyimiz «İşləmə 

qabiliyyəti», «Nasazlıq», «İmtina etmək-rədd etmək» və s. kimi terminləri 

qarışdırmaq olmaz. 

İşləmə qabiliyyəti dedikdə məmulatın vəziyyətinin necəliyi təyin edilir, normativ-

texniki sənədlərə uyğunluğu və öz funksiyasını yerinə yetirmək qabiliyyəti başa 

düşülür. İşləmə qabiliyyətinin pozulması ilə rədd etmə kimi qəbul edilməlidir. 

Əgər məmulat normat-texniki sənədlərin tələblərinin birinə uyğun deyildirsə, onda 

o, nasaz sayılır. «İşləmə qabiliyyəti» və nasazlıq anlayışı eyni deyildir. Məsələn, 

soyuducunun içərisini işıqlandırıcı lampa yanıb xarab olduqda soyuducu nasaz 

sayılır, lakin işləmə qabiliyyəti pozulmur. 

Məlum olduğu kimi dağılma və köhnəlmə nəticəsində məmulat keyfiyyət 

göstəriciləri də tədricən dəyişir. Bu dəyişilmə mümkün ola bilən hüduddan 

çıxmayana qədər məmulat işləmə qabiliyyətini saxlayır. Nə vaxt ki, məmulatın 

köhnəlməsi və dağılması nəticəsində fiziki-kimyəvi proseslər öz norma həddini 

aşır, bu zaman rədd etmə (imtina) yaranır. 

Beləliklə, məmulatda və ya onun hissələrində köhnəlmə və dağılma onun rədd 

edilməsinə gətirib çıxarır. Məhz, tədricən rədd etmə məmulatın uzun müddət 

möhkəmliyindən asılıdır. Ola bilsin ki, istismar zamanı məmulat özünün istehlak 

xassəsini birdən dəyişsin, hər halda, bu təyinatla əlaqədardır. Belə hal qəflətən rədd 

etmə adlanır. Belə halların baş verməsi bir sıra amillər və eləcə də konstruksiya 

böyük rol oynayır. Qəfil rədd etmə müxtəlif dəyişikliklərin topanması ilə yaranır. 

Daha doğrusu, keyfiyyət sıçraması əmələ gəlir. Bunun da nəticəsində məmulatın 

normal istismarı üçün lazım olan istehlak xassələrinin pozulması, yaxud itməsi baş 

verir. Qeyd etmək lazımdır ki, rədd etmə və rədd etmənin səbəblərini daha ətraflı 

öyrənmək üçün material və məmulatların fiziki, kimyəvi, bioloji xassələrinin və 

eləcə də istismar və saxlanan zaman daxildə baş verən proseslərin 

Xalq istehlakı mallarının yararlılığından bəhs edərkən xidmət müddətilə 

uzunömürlülüyü fərqləndirmək lazımdır. Xidmət müddəti dedikdə əsasən 




məmulatın istismarından fiziki köhnəlmə anına qədərki, təqvim müddəti başa 

düşülür. Uzunömürlülük göstəricisində məmulatın istifadə olunmadığı günlər də 

hesablanır. 

Mal buraxılışının planlaşdırılmasında məmulatın xidmət müddəti əhəmiyyətli 

parametr kimi nəzərə alınmalıdır. 

Yadda saxlamaq lazımdır ki, xalq istehlakı mallarının bir çox növləri üçün onların 

yalnız fiziki xassə kimi uzunömürlülüyü deyil, mənəvi xidmət müddəti də nəzərə 

alınır. 


İstehlak xassələrinin praktiki əhəmiyyəti olan yararlılıq göstəricilərindən biri də 

təmirə yararlılıqdır. Məmulatın təmirə yararlı olması xeyli dərəcədə onun 

kostruksiyasından asılıdır. Konsturksiya yararlı və əlverişli olduqda məmulatın 

istər hazırlanması və istərsə də təmiri asan başa gəlir, materia sərfi azalır, yığılma 

yüngül olur, az zəhmət tələb edir və standart avadanlıqlardan istifadə etmək imkanı 

yaxşılaşır. 

     Gigiyenik tələblər.  İstehlakçıların yaxşı həyat fəaliyyəti və normal iş 

qabiliyyətini təmin etmək üçün əmtəələrə verilən gigiyenik tələblərin əhəmiyyəti 

böyükdür. İnsan orqanizmi o zaman normal fəaliyyət göstərir ki, onun bədənin 

temperaturu sabit olsun. Bunu isə normal gigyenik xassəyə malik olan geyim 

məmulatları təmin edir. Məlum olduğu kimi istehlakçılar müxtəlif iqlim şəraitində 

yaşayır və işləyirlər. Ona görə də insan fəaliyyətinin normal şəraiti xeyli dərəcədə 

ayaqqabı və paltarın gigiyenik xassələrindən asılıdır. Son vaxtlarda gigiyenik 

xassələrin öyrənilməsinə daha böyük maraq göstərilir. 

     Məmulatın təhlükəsizliyinə verilən tələblər.  Bu tələb xalq istehlakı mallarının 

hamısı üçün eyni dərəcədə əhəmiyyət kəsb etmir. Xalq istehlakı mallarının 

təhlükəsizliyindən söhbət gedərkən bioloji, elektrik, mexaniki, yanğın, nəqliyyat 

vasitələri təhlükəsizliyini fərqləndirmək lazımdır. Belə ki, 

bioloji təhlükəsizlik 

dedikdə, istehlakçının sağlamlığı üçün əmtəələrin təhlükəsizliyi başa düşülür

. Bu 

xassənin son zamanlarda daha ciddi öyrənilməsi məişətdə süni və sintetik liflərin, 



plastik kütlələrin və digər kimyəvi məhsulların geniş tətbiqilə əlaqədardır. Aparılan 

tətqiqatlar göstərir ki, çayxana və yeməkxana üçün olan qab-qacaqların fenoplastan 




deyil, aminoplasdan hazırlamaq daha məsləhətdir. Ona görə ki, isti məhlul tökən 

zaman fenoplaslarda müşahidə edilən zərərli maddələr aminoplaslarda müşahidə 

olunmur. Eləcə də bioloji təhlükəsizlik xüsusilə kiçik yaşlı uşaqların 

oyuncaqlarının, ətriyyat-bəzək mallarının, kimyəvi-rəngsazlıq mallarının və başqa 

əmtəələrin hazırlanması üçün praktiki əhəmiyyətə malikdir. 

     Erqonomik tələblər.  Xalq istehlakı mallarının istismar şəraitilə əlaqədar olaraq 

eqronomik tələblər meydana çıxır. 

Eqronomik tələblər dedikdə, məmulatın istismar 

prosesində insan orqanizminə müvafiq olması və onun istismarının optimal 

şəraitdə təmin olunması başa düşülür

. Beləliklə, erqonomik tələblər məmulatının 

istismarının pahatlığını təmin edir. Xalq istehlakı üçün nəzərdə tutulan 

məmulatların ölçü və formaları insan bədəninə, onun ayrı-ayrı orqanlarına uyğun 

olmalıdır. Məsələn, əl tutacağı olan məmulatlarda əl tutacağı rahat və gövdəyə 

uyğun olmalıdır. 

Ümumiyyətlə, bu tələblər məmulatın konstruksiyasını hazırlayan zaman nəzərə 

alınmalıdır. Erqonomik tələblərin göstəriciləri əksər hallarda ekspert metodu ilə 

müəyyən olunur. 

     Estetik tələblər.  Son zamanlarda xalq istehlakına verilən tələblər içərisində 

estetik tələblər xususi əhəmiyyət kəsb edir.Şübhəsiz ki,bu da adamların maddi-

rifah halının yaxşılaşdırılması və mədəni səviyyəsinin yüksəldilməsi ilə 

əlaqədardır.Odur ki,hazırda sənayemizin buraxdığı məmulatların bədii tərtibatına 

verilən tələblər daha da yüksəldilmişdir. 

     İstehlakçının istifadə etdiyi əşyalar onda gözəlliyə qarşı maraq oyatmalıdır. 

«Gözəllik»,cəzbedicilik məmulatın formasının uyğunluğu,zövqü oxşaması,estetik 

tələblərin əsasını təşkil edir.«Gözəllik» anlayışında məmulatın bütün müsbət 

xassələri cəmlənir. 

     Gözəl tərtibat məmulatın yüksək keyfiyyətli olmasına hələ sübut deyildir.Ona 

görə də məmulatlara verilən estetik tələbləri onlara qarşı qoyulan funksional, 

gigiyenik, erqonomik və digər tələblərdən ayrı qiymətləndirmək olmaz. Onu da 

göstərmək vacibdir ki, estetik tələbin xüsusi çəkisi müxtəlif təyinatlı məmulatlarda 

eyni deyildir. Məsələn,işıqlandırıcı elektrik lampalarının keyfiyyətinə verilən 




içərisində estetik tələbin gözlənilməsi bir o qədər vacib deyildirsə, lakin məişət 

mamulatları olan dekorativ vaza və pəncərə pərdələrində estetik tələblər əsas 

götürülür və funksional tələblərlə üst üstə düşür. 

Estetik tələblərin göstəricilərindən biri də rəng göstəriciləridir. Rənglər yorucu, 

bizikdirici olmamaqla, məmulatın təyinatlarına yuğun olmalıdır. 

   İqtisadi tələblər.  Əmtəənin iqtisadi göstəricilərinə əmtəənin hazırlanmasına və 

onun istismarına çəkilən xərclər daxildir. Əmtəənin istehsalına çəkilən xərclər onu 

n pərakəndə qiymətini təyin edir və onun istismarı üçün çəkilən xərclər təmir 

xərclərindən, elektir enerjisinə və yanacağa verilən xərclərindən, material və 

ləvazimata sərf edilən xərclərdən ibarətdir. Bunların miqdarı isə ümumilikdə 

həmin məhsulun keyfiyyətindən asılıdır 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin