Malların saxlanılması.Malların saxlanılması zamanı ola bilsinki,keyfiyyəti
aşağı düşsün.Malların optimal saxlanılmasının müəyyən edilməsi əmtəəşunasların
vəzifələrindən biridir.
Malların saxlanılması zamanı keyfiyyəti dəyişməsin deyə hər bir qrup mallar
üçün müəyyən şərait yaratmaq lazımdır. Burada malların fiziki, kimyəvi və bioloji
xassələri nəzərə alınmalı, mal qonşuluğu prinsipi əsas götürülməlidir.
Mallarda rütubətə davamlılıq eyni deyildir. Bir qrup mallar, məsələn, şüşə,
keramika, mühafizəedici örtüklü metal malları rütubətə davamlıdırlar. Hidroskopik
materiallardan hazırlanmış mallar (parça, ayaqqabı, kağız, musiqi alətləri və s.)
üçün yüksək və həm də aşağı nisbi rütubət yararsız sayılır. Yüksək nisbi rütubət
mikroorqanizmlərin inkişafı üçün şərait yaradır, çürümə prosesini sürətləndirir,
kiflənməni artırır, elektrik cihazlarının işlənməsini pisləşdirir, metal
məmulatlarının paslanmasına səbəb olur.
Əksəriyyət mallar çox aşağı temperatura hətta mənfi temperatura davamlılığı ilə
xarakterizə olunurlar, lakin belə temperatura bir neçə nüv mallar üçün, məsələn,
musiqi alətləri, selliloiddən hazırlanan oyuncaqlar, örtük təbəqəli mebellər və s.
üçün məsləhət görülmür. Hiqroskopik xassəli malların saxlanması yeksək
temperaturlu (20
0
C-dən çox) şəraitdə olarsa, o zaman onların keyfiyyətində
dəyişikliklər baş verə bilər, belə ki, daha çox quruma zamanı mallarda qabarıq
ortaya çıxar. Gön mallarının, parçanın, ağacdan olan malların və s. xarici görünüşü
pisləşə bilər.
Bəzi qeyri-ərzaq malları (xəz, ayaqqabı) üçün uzun müddətli saxlama zamanı
çox az dəyişkənliyə malik optimal saxlanma temperaturu tələb olunur.
Mal saxlanan yerlərin havasının dəyişilməsi zamanı kəskin temperatu
dəyişkənliyi də zərəli sayılır, daha doğrusu havanın nisbi dəyişməsinə səbəb olur.
Bentilyasya zamanı nəzərə almaq lazımdır ki, binanın daxili temperaturu bayır
temperaturundan bir qədər çox olmalıdır. Buna görə də yayda anbarların havasını
gecə və yaxud səhər tezdən, qış zamanı isə quru şaxtalı gündə dəyişmək lazımdır,
çünki bu zaman havanın rütubəti az olur. Digər hallarda mallarda tərləmə prosesi
baş verə bilər. Məsələn; qış günlərində malların istiləndirilmiş anbarlara daxil
olması zamanı temperaturun yüksək olmasından malların tərləməsi baş verə bilər
və bu da malların tələf olmasına səbəb olar.
Saxlanma zamanı malları günəş şüalarının birbaşa təsirindən qorumaq lazımdır.
Bunlar məmulatın rənginin dəyişməsinə, davamlılğına mənfi təsir göstərə bilər.
Malları ambarlarda yerləşdirərkən mal qonşuluğunu da nəzərə almaq lazımdır.
İşığa həssas foto materiallarını (plastinkalar, plyonkalar, kağızlar) aşgarlayıcı
materillarla yanaşı saxlamaq məsləhət olunmur. Boyaqların, kimyəvi materialların
digər mallarla birlikdə saxlanmasına qəti yol verilməməlidir. Belə ki, bu kimyəvi
materiallar asanlıqla buxarlanır və bunların buxarları isə meta, parça, gön,
ayaqqabı və digər malların xarab olmasına səbəb olur.
Mallar yerləşdirilən binanın divarlarına söykənməməli, istilikverici qurğulardan
və işıqlandırıcı cihazlardan xüyli aralı olmalıdırlar. Məsələn, parçalar döşəmədən
20 sm, divardan 40 sm, elektrik lampalarından 50 sm və istiləşdirici cihazlardan isə
100 sm aralı məsafədə saxlanmalıdır.
Qeyri - ərzaq mallarının keyfiyyətinin qorunub saxlanılmasında onlara qulluq
etmənin də böyük rolu vardır.
Dostları ilə paylaş: |