Müh.2 MALLARIN KEYFIYYƏTI VƏ ONA TƏSIR EDƏN ƏSAS
AMILLƏR. MALLARIN KEYFIYYƏTINƏ VERILƏN TƏLƏBLƏR.
Plan:
1.İstehal olunan malların keyfiyyəti və ona təsir edən amillər.
2.Malların keyfiyyəti və xalq təsərrüfatı əhəmiyyəti.
3.Məhsulun keyfiyyətinə xammalın təsiri.
4.İstehsal olunmuş malların keyfiyyətinə verilən ümumi tələblər.
5.Funksional tələblər.
6.Ehtibarlılıq.
7.Gigiyenik tələblər.
8.Məmulatın təhlükəsizliyinə verilən tələblər.
9.Erqonomik tələblər.
10.Estetik tələblər.
11.İqtisadi tələblər.
Buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi və çeşidiniin yeniləşdirilməsi
ölkənin iqtisadi inkişafının zəzuri şərtlərindən biridir.«Məhsulun keyfiyyətini
müntəzəm surətdə yüksəltmək iqtisadiyyatı inkişaf etdirməyin qəti
tələbidir.»Məhsulun keyfiyyəti nəinki əsas,həmdə mürəkkəb məsələdir.Muasir
şəraitdə məhsulun keyfiyyət problemi ən mühim problemlərindən
biridir.Keyfiyyətin yüksəldilməsi cəmiyyət miqyasında məhsul istehsalının
kəmiyyətcə artmasına bərabərdir.K.Marks göstərdiki,keyfiyyətli məhsul istehsal
etmək cəmiyyət üçün məhsul istehsal etmək deməkdir.
Yüksək keyyfiyyət dedikdə əməyə və maddi ehtiyatlara qənaət etmək,nəticə
etibarilə cəmiyyətin tələbatını daha dolğun ödəmək başa düşülür.Buraxılan
məhsulun keyfiyyətini yüksəltmək eyni zamanda böyük ehtiyyat
mənbəyidir.Məhsulun keyfiyyətinin tələbatı ödəmək dərəcəsi onun istehlak
dəyərindən asılıdır.
İqtisadi baxımdan məhsulun keyfiyyət problemi ictimai istehsalın səmərəliyinin
yüksəldilməsinin tərkib hissəsidir.Buraxılan məhsulun keyfiyyətinin yüksəldilməsi
xalq təsərrufatına mühüm səmərə verir.Aparılan tədqiqatlar göstərir ki,buraxılan
gön ayaqqabılarının hər cütünün istismar müddətini bir faiz artırmaq əlavə olaraq
bir ildə 7 mln cüt ayaqqabı istehsal etmək deməkdir.Başqa bir misal,ölkədə
buraxılan məhsula material məsrəfinin 1%-azaldılması milli gəlirin əlavə olaraq 4
milyard manata qədər artırılmasına bərabərdir.Xalq təsərrufatının müxtəlif
sahələrində səmərəliliyin yüksəldilməsi işində əmək məhsuldarlılığın artırılması
böyük iqtisadi əməliyyata malikdir.Beləki,muasir elmi-texniki tərəqqi şəraitində
xalq təsərrüfatında əmək məhsuldarlığını 1% yüksəltmək,sənaye məhsulları
həcmini 5 milyard manatdan çox artırmağa bərabərdir.Buraxılan məhsulun
keyfiyyətinin yüksəldilməsi istehsalatda istifadə edilən maşınların xidmət
müddətini,etibarlılığını,detalların bir-birini əvəz etməsini tələb edir.
Keyfiyyətin yüksəldilməsi və səmərəliliyin artırılması məsələsindən söhbət
gedərkən keyfiyyət göstəriciləri,onu formalaşdıran amillər,onun
qiymətləndirilməsi,ona nəzarət edilməsi və keyfiyyətin saxlanmasına kömək edən
amillər haqqında danışmamaq olmaz.
Dostları ilə paylaş: