Tədqiqatın xronoloji çərçivəsi. Dissertasiya işində xronoloji baxımdan
XIX-XX əsrin 20-ci illərinə qədərki tarixi məsələlər öz əksini tapır. Xronoloji
yanaşmada aydın olur ki, İrəvan bölgəsinin XIX-XX əsrin əvvəlləri tarixinin
öyrənilməsi Rusiya qafqazşünaslığı tərkibində təşəkkül tapır. Bu sıraya daxil
olan əsərlərin xeyli hissəsi tarixi süjetlərlə birgə dövrü də əks etdirdiyindən həm
tarixşünaslıq, həm də qaynaq kimi diqqəti cəlb edir.
Mövzunun öyrənilmə səviyyəsi. İrəvan xanlığı – Azərbaycan xanlıqları
arasında həm siyasi, həm də iqtisadi cəhətdən Azərbaycan tarixçiləri tərəfindən
nəinki az öyrənilmiş, hətta demək olar ki, unudulmuşdur. Bu “laqeydliyin” əsas
səbəbi bu olmuşdur ki, həmin xanlığın ərazisində yerləşən müasir Ermənistan
respublikası Sovet hakimiyyəti illərində müttəfiq respublika sayıldığına görə
Azərbaycan alimləri “qardaşlıq” naminə erməni xalqının “qəlbinə” toxunmamış,
tarixən Azərbaycana məxsus olan İrəvan xanlığından üz çevirmiş və beləliklə də
qədim Azərbaycan torpağını elmi baxımdan hələ XX əsrin 20-ci illərindən
erməni “qardaşlarımıza bağışlamışlar”.
Dissertasiyada XIX-XX əsrin əvvəllərində İrəvan quberniyasında etnik
münasibətlərin durumu kompleks şəkildə tədqiq olunmuşdur. Bölgədə sovet
dövlətinin qadağaları aradan qalxar-qalxmaz uzun illərin həsrətləri ilə bağlı
bütün sahələrdə inkişaf meylləri müşahidə edildiyi kimi, qədim əzəli Azərbay-
can torpağı olan Qərbi Azərbaycan ərazisinin tarixi müxtəlif aspektlərdə araşdı-
rılmağa başladı.
Azərbaycan tarixşünaslığında Ermənistanın Qərbi Azərbaycan torpaqları
olmasının təsdiqi əsas ümdə məsələ kimi çıxış edir. Burada bir neçə istiqamət
diqqəti cəlb edir: 1) Ermənistan – Qərbi Azərbaycanın toponimiyasının tədqiqi;
2) ermənilərin indiki Ermənistan ərazisinə miqrasiyası; 3) Azərbaycanın tarixi
coğrafiyasının dəqiqləşdirilməsi və i.a. Birinci istiqamət üzrə daha geniş
ədəbiyyat yaranmışdır. Lakin burada daha çox toponimik faktların izahına geniş
yer verilib. B.Budaqov və Q.Qeybullayev isə problemin konseptual ifadəsini
irəli sürüblər. Bu baxış həmin müəlliflərin “Ermənistanda Azərbaycan mənşəli
toponimlərin izahlı lüğəti” adlı kitabında ümumiləşdirilib
3
. Müəlliflər yazırdılar:
3
Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı
lüğəti. Bakı, 1998; Budaqov B.Ə., Qeybullayev Q.Ə. Naxçıvan diyarının yer yaddaşı. Bakı:
6
“Azərbaycan dilində “Ermənistan” sözü 1921-ci ildə Sovet Rusiyasının İrəvan
quberniyası ərazisində təşkil etdiyi dövlətin (və ölkənin) adıdır. Ondan əvvəl
“Ermənistan” adı məlum deyildi. 1588 və 1728 – ci illərə aid türkcə arxiv
sənədlərində İrəvan şəhərinin adı ilə bu ölkə müvafiq olaraq “Rəvan əyaləti” və
“ İrəvan əyaləti adlanır”
4
. Tədqiqatı yekunlaşdıran müəlliflər qeyd edirdilər ki,
“Deyilənlərdən görünür ki, indiki Ermənistan ərazisi ermənilərin yox, e. ə. VIII –
VII əsrlərdən başlayaraq türk mənşəli tayfaların yaşadığı ölkə olmuş və sonralar,
XIX əsrin əvvəllərinə qədər burada türklər aparıcı rol oynamışlar. Mənbələrdə
elə bir tarixi məlumat yoxdur ki, Ermənistan ərazisində azərbaycanlılar
erməniləri kəndlərindən qovub yerlərini tutsunlar. Lakin adları türkcə olan
yaşayış məntəqələrində hələ orta əsrlərdə ermənilərin yaşaması halları istənilən
qədərdir. Kimin gəlmə, kimin yerli olduğunu müəyyən etmək üçün bu faktın özü
kifayətdir”
5
. Göstərilən kitabda türk tayfalarının indiki Ermənistan ərazisində
yerli olması əsaslandırılır. Digər qrup tədqiqatlarda ermənilərin bu əraziyə
miqrasiyası tarixi nəzərdən keçirilir. Onların içərisində İ.Əliyev, H.Verdiyeva və
R.Hüseynzadənin araşdırmalarını qeyd etmək olar. H.Verdiyeva və R.Hüseyn-
zadənin
6
“Ermənilərin “şəcərəsi” və onların Balkandan Qafqaza miqrasiyası”
əsəri adı bütövlükdə bu problemi əks etdirir. Müəlliflər ermənilərin Cənubi
Qafqaza gəlmə olduqlarını bildirərək yazırlar ki, ermənilər Cənubi Qafqazda
əzəli Azərbaycan torpaqlarını tutaraq vətən əldə etdilər
7
.
Qərbi Azərbaycanın tarixi coğrafiyasına dair tədqiqatlar da nəzərdən
keçirilən qrupa daxil edilə bilər. Ə.Ələkbərlinin “Qədim türk oğuz yurdu –
Ermənistan”
8
, S.Əsədovun tərtib etdiyi “Ermənistan azərbaycanlılarının tarixi
coğrafiyası”
9
və b. kitablarda bu məsələ diqqət mərkəzində olub.
Azərbaycan tarixşünaslığında müxtəlif tarixi dövrlərdə Qərbi Azərbaycan
tarixinin siyasi, iqtisadi, mədəni problemlərinə dair tədqiqatlar da vardır. S.Əsə-
dov, İ.Məmmədov
10
və b. tədqiqatçıların araşdırmaları xüsusi yer tutur. Qərbi
Azərbaycan tarixi problemlərinə dair ədəbiyyat içərisində azərbaycanlıların
soyqırımı və deportasiyası haqqında işlər üstünlük təşkil edir.
Deyilənlərdən aydın olur ki, Qərbi Azərbaycan tarixinin tarixşünaslığı:
1. Azərbaycan sovet tarixşünaslığının rəsmi mövqeyi nəticəsində, olduq-
«Nafta Press», 2004.
4
Budaqov B.Ə., Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı
lüğəti. Bakı, 1998, s. 19.
5
Yenə orada. s. 93.
6
Вердиева Х. Переселенческая политика Российской империи в Северном
Азербайджане (XIX-начале XX вв.). Баку: «Aлтай», 1999. Вердиева Х., Гусейнзаде Р.
«Родословая» армян и их миграция на Кавказ с Балкан. Баку: Elm, 2003.
7
Вердиева Х. Переселенческая политика Российской империи в Северном
Азербайджане (XIX-начале XX вв.).
8
Ələkbərli Ə. Qədim türk – oğuz yurdu «Ermənistan». Bakı, 1994.
9
Əsədov S. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı, 1995.
10
Məmmədov İ, Əsədov S. Ermənistan azərbaycanlıları və onların acı talеyi. (Qısa tariхi
oçеrk). Bakı: Azərbaycan nəşriyyatı, 1992, 72 s.; Məmmədov İ. Tariximiz, torpağımız,
taleyimiz. Bakı, 2002.
7
ca gec, yalnız 1980-ci illərin sonları – 90-cı illərin əvvəllərindən yaranmağa
başlayır;
2. Sovet dövlətinin dağılması, xüsusilə Ermənistan SSR –də azərbaycan-
lılara qarşı güclənən deportasiya, soyqırımı və faktiki olaraq həyata keçirilən
müharibəyə qarşı geniş elmi – ədəbi ictimaiyyətin reaksiyası kimi meydana gəlir
ki, bu da onun səviyyəsi və probleminə təsir göstərir;
3. Bütövlükdə Azərbaycan tarixşünaslığında yeni elmi istiqamətə çevrilir
və s.
İrəvan xanlığının siyasi və ictimai-iqtisadi tarixinə dair xeyli material XIX
əsrin birinci yarısında rus mütəxəssisləri tərəfindən yazılmış kitablarda öz əksini
tapmışdır. Məsələ burasındadır ki, Cənubi Qafqazı işğal etdikdən sonra çar
hökuməti əvvəllər burada mövcud olmuş qayda-qanunları öyrənib, yeni tədbirlər
həyata keçirmək məqsədi ilə öz məmurlarına bu torpaqların təsvirini tərtib
etməyi tapşırmışdı. Məhz bunun nəticəsində həmin dövrdə Cənubi Qafqazın
təsvirini əks etdirən onlarca kitab işıq üzü görmüşdür. Həmin kitablar indiki
dövrdə əvəzolunmaz mənbələrdir.
Bununla yanaşı İrəvan quberniyasının XIX-XX əsrin əvvəllərindəki tarixi
V.A.Abazanın
11
, Z.Avalovun
12
, S.Avalianinin
13
, Qafqaz Arxeoqrafiya Komissi-
yasının Aktlarında (АКАК)
14
, T.X.Akopyanın
15
, M.Y.Alaverdyansın
16
əsərlə-
rində qərəzli şəkildə işıqlandırılmışdır.
Bütün bunlara baxmayaraq, rus qafqazşünaslığı İrəvanın XIX-XX əsrin
əvvəlləri dövrünün sistemli tarixini yaratmağa nail ola bilməmişdi.
Sovet dövründə Azərbaycan tarixçilərinin Q.B.Abdullayevin
17
, A.İ.Ab-
dullayevin
18
, A.A.Əbdurəhmanovun
19
əsərlərində Qərbi Azərbaycan ərazisinin
tarixi geniş tədqiq olunmuşdur.
XIX əsrin 70-90-cı illərində Azərbaycanda aqrar münasibətlər və
kəndlilərin vəziyyəti Z.Şahverdiyevin
20
, M.M.Gülmalıyevin
21
əsərlərində geniş
11
Aбаза В.А. История Армении. СПб. 1888.
12
Авалов З. Присоединение Грузии к России. СПб. 1901.
13
Авалиани С. Kрестьянский вопрос в Закавказье. т.1. Одесса, 1912; т.4. Тифлис, 1920.
14
Акты собранные Кавказскою Археографическою Комиссиею (АКАК).
15
Акопян Т.Х. Очерк истории Еревана. Ереван, 1977.
16
Алавердянц М.Я. Граф Иван Феодрович Паскевич-Эриванский и его деятелъностъ
на Кавказе в очерках армянского историка. СПб. 1912.
17
Абдуллаев Г.Б. Азербайджан в ХVIII веке и взаимоотношениях его с Россией. Баку,
Изд-во Акад.Наук Азерб. ССР, 1965,
18
Абдуллаев А.И. Материальная культура азербайджанцев, проживающих в Армении
в ХIX- начале ХХ века. Автореф.канд.дисс. Тбилиси 1981.
19
Абдурахманов А.А. Азербайджан во взаимоотношениях его с Россией, Турцией и
Ираном в первой половине ХVIII в. Баку, Изд-во АН Азерб. ССР, 1964.
20
Şahverdiyev Z. Ə. Naxçıvan bölgəsi XIX-XX əsrin əvvəllərində. Bakı: Elm, 2008; yenə
onun. Azərbaycanın kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişafı məsələlərinin
öyrədilməsinə dair // Tarix, ictimaiyyət, coğrafiya tədrisi. 1984, №4, s.29-32.
21
Gülmalıyev M.M. XVIII əsrin son rübü – XIX əsrin birinci yarısında Azərbaycan
kəndinin sosial-iqtisadi strukturu. Bakı: Elm, 1989.
8
şərh edilmişdir.
1980-cı illərin sonları– 1990-cı illərin başlanğıcında əzəli Azərbaycan
torpağı olan İrəvan ərazisinin tarixinin tədqiqi yeni səviyyəyə yüksəldi. 1997-ci
ildə F.Əliyеv, U.Həsənov “İrəvan хanlığı” əsərini nəşr etdilər
22
. Əsərdə xanlıqda
XIX əsrin əvvəllərində baş verən hadisələr də işıqlandırılmışdır.
Akademik Yaqub Mahmudovun rəhbərliyi ilə AMEA A.A.Bakıxanov
adına Tarix İnstitutu İrəvan haqqında fundamental əsərlər nəşr etdirmişdir. Bu
əsərlər dünyanın müxtəlif dillərində çap edilmiş Azərbaycanın haqq səsini bütün
dünya ictimaiyyətinə çatdırmaqdadırlar. AMEA A.A.Bakıxanov adına Tarix
İnstitutu tərəfindən hazırlanan İrəvan xanlığına dair ən fundamental əsər
tərəfindən biri də “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbay-
can torpaqlarına köçürülməsi”
23
adlı kitabdır. Akademik Y.M.Mahmudovun
qələminin məhsulu olan «Real tarix və “Böyük Ermənistan” uydurması».
(Bakı, 2017), habelə onun rəhbərliyi altında AMEA A.A.Bakıxanov adına
Tarix İnstitutunun aparıcı alimlərindən İsrafil Məmmədovun (Rus-Türk
müharibələrində ermənilərin iştirakı. Bakı, 2011; İrəvan dəftəri – I. Bakı,
2008; İrəvan dəftəri – II, Bakı, 2004; İrəvan dəftəri – III. Bakı, 2009;
Vedibasar qətliamları. 1918-1988. Bakı, 2013; Erməni kilsəsi və Türk-
Azərbaycan torpaqlarında dolaşmaqda olan «Böyük Ermənistan» kabusu.
Bakı, 2010), Tofiq Mustafazadənin («Erməni məsələsi»ndən erməni
terrorizminə. Bakı, Turxan, MPB. 2016), Zemfira Hacıyevanın (Qarabağ və
İrəvan xanlıqlarının tarixşünaslığı. Bakı, 2013), Güntəkin Nəcəflinin
(XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri.
Bakı, 2007; İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan
torpaqlarına köçürülməsi. Bakı, 2009; İrəvan qalası – qəhrəmanlıq qalası.
Bakı, 2015; Çuxursəd hakimləri və İrəvan xanları. Bakı, 2015). Nazim
Mustafanın (İrevan şehri. Türk-İslam varlığı nasıl yok edildi. Ankara,
Berikan, Yayın evi, 2015; Erməni vandallarının yox etdiyi xan sarayı, Bakı,
2015). Elçin Qarayevin (Azərbaycan İrəvan bölgəsinin tarixindən (XVII
yüzilliyin sonu – XIX yüzilliyin ortalarında). Bakı, 2016, habelə
N.V.Eyvazovanın (XIX-XX əsrin başlanğıcında Şimali Azərbaycanda
miqrasiya prosesləri. Bakı, 2016), Ş.R.Mustafayevin (İrəvan xanlığının
Osmanlı imperiyası ilə əlaqələri. Bakı, 2017) və başqalarının çox dəyərli
əsərlərindən Azərbaycanın Qərb bölgəsinin tarixi, tarixin bir çox sosial-
iqtisadi, ictimai-siyasi problemləri mötəbər qaynaqlar əsasında araşdırılmış,
erməni saxtakarlıqlarının ifşa edilməsi istiqamətində ciddi işlər görülmüş,
Qərbi Azərbaycanın real və obyektiv tarixinin yaradılması işinə sanballı
töhfələr verilmişdir.
XIX-XX əsrin əvvəllərində İrəvan ərazisində etnik durum H.Y.Verdiye-
vanın
24
, R.F.Səfərovun
25
əsərlərində öz əksini tapmışdır.
22
Əliyеv F., Həsənov U. İrəvan хanlığı. Bakı, Azərnəşr, 1997.
23
İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi.
Bakı: Azərbaycan, 2010.
24
Verdiyeva H.Y. XIX əsrin birinci yarısında Şimali Azərbaycanın əhalisi. Bakı, 1993, 133
9
XIX əsrin əvvəllərində kütləvi şəkildə Azərbaycan ərazisinə köçürülmüş
ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti B.Abdullayev, H.Cəfəro-
vun
26
, Ə.Abdullayevin
27
, V.Arzumanlının, N.Mustafanın
28
, S.Eloğlunun
29
,
F.Qaraoğlunun
30
, B.İ.Nəcəfovun
31
, S.Əsədovun
32
əsərlərində geniş şərh edil-
mişdir.
İrəvan ərazisinin tarixi Türkiyə tarixçilərinin – Cezmi Yurdseverin
33
, Er-
dal Literin
34
, Kemal Taranın
35
, Kemal Beydillinin
36
F.Kırzıoqlunun
37
, Tahir
Sünbülün
38
və b. əsərlərində də öz əksini tapır.
Göründüyü kimi XIX-XX əsrin əvvəllərində İrəvan quberniyasının
tarixinin tədqiqi sahəsində fəal iş gedir, bir çox alimlərimiz bu sahədə araş-
dırmalar aparmış və aparmaqdadırlar. Bütün bunlara baxmayaraq tədqiqat işində
XIX-XX əsrin əvvəllərində İrəvan quberniyasında etnik münasibətlər ilk dəfə
olaraq bütöv və sistemli kompleks şəkildə araşdırılır.
Dostları ilə paylaş: |