fəsil də üç yarımfəsildən ibarətdir. “İrəvan quberniyasının yaradılması” adlı
birinci yarımfəsildə quberniyanın yaradılması haqqında geniş məlumat verilir.
təsisatlar adlı sənədi imzaladı.
Gürcü-İmeret adlı bir quberniya və Xəzər adlı bir vilayət yaradıldığı bildirilirdi.
ərazisi yenicə yaradılmış Gürcü-İmeret quberniyasına qatıldı. Təsisatların
yeddinci paraqrafından aydın olur ki, keçmiş İrəvan əyaləti bütünlüklə İrəvan
qəzasına daxil olurdu.
doğrultmadı I Nikolayın göstərişi ilə Qafqazda canişinlik yaradıldı. İlk canişin
Акты собранные Кавказскою Археографическою Комиссиею, т. 4, c. 619-620
16
Cənubi Qafqazın inzibati-idarə sistemində dəyişikliklər etdi. İrəvan və Naxçıvan
qəzalarının tərkibinə daxil olan Naxçıvan bölgəsi Tiflis quberniyasına verildi.
Lakin bu qəzalar Tiflis quberniyası tərkibində uzun müddət qalmadı. 1849-cu il
iyunun 9-da İrəvan quberniyası yaradıldı. Yeni quberniya və quberniya orqanları
1850-ci il yanvarın 1-dən fəaliyyətə başladı. İrəvan quberniyasında İrəvan qəzası
Zəngibasar, Sürməli, Şərur və Sərdarabad sahələrinə, Naxçıvan qəzası isə
Naxçıvan və Dərələyəz sahələrinə bölünmüşdü. Ordubad qəzasında sahələr yox
idi. Şərur sahəsinin inzibati mərkəzi Başnoraşen kəndi, Dərələyəz üçün
Keşişkənd, Naxçıvan üçün Naxçıvan şəhəri idi. Digər sahə inzibati mərkəzləri iri
kəndlərdə (Qəmərli, Qazıqışlaq, Zeyvə və b.) idi.
İrəvan quberniyasının təşkili ilə əlaqədar olaraq, sahəsinə görə əvvəlki
İrəvan xanlığı ərazisinə uyğun gələn İrəvan qəzasının (1840-1849) ərazisində
dəyişiklik edildi və o yeni yaradılmış İrəvan quberniyası qəzalarından birinə
çevrildi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə İrəvan qəzasının ərazisi
2724,30 kv.verst (1 verst = 1,0668 km) idi. Bu, İrəvan quberniyası ərazisinin
11,74%-ni təşkil edirdi. Qəzada 154331 nəfər əhali yaşayırdı. Onların 82680
nəfəri (53,57%) kişi, 71651 nəfəri (46,43%) qadın, 148791 nəfəri yerli sakin,
18992 nəfəri müvəqqəti yaşayanlar idi
53
.
İrəvan quberniyası təşkil edildikdən sonra da onun xarici hüdudları və
tərkibi müəyyən dəyişikliklərlə müşahidə edilmişdi. 1862-ci ildə yeni təyin
olunmuş canişin Mixail Nikolayeviçin təqdimatı ilə çar II Aleksandr 1867-ci il
dekabrın 9-da Qafqaz və Cənubi Qafqaz diyarının idarə olunmasında dəyişiklik
edilməsi haqqında fərman verdi. Bu fərman üzrə Ordubad qəzası on yeddi il
mövcud olduqdan sonra ləğv edilərək, Naxçıvan qəzası ilə birləşdirildi. Onun
yerinə Eçmiədzin qəzası təşkil edildi. Mehri sahəsi isə yeni yaradılmış
Yelizavetpol quberniyasına birləşdirildi. 1870-ci ilin əvvəllərində qəzaların
hüdudlarında dəyişiklik etdi. Sürməli və Ecmiədzin qəzalarının bir hissəsi İrəvan
qəzasına birləşdirildi. Şərur sahəsi isə İrəvan qəzasından alınaraq Naxçıvan
qəzasına birləşdirildi.
Dövlət Şurasının təsdiq edilmiş rəyinə əsasən 1874-cü ildə Şərur-
Dərələyəz və Sürməli qəzaları yaradıldı. Şərur-Dərələyəz qəzası Naxçıvanın iki
sahəsi – Şərur və Dərələyəz əsasında təşkil edilmişdi. Bununla da, Rusiya
imperiyası tərkibində Naxçıvanın tarixi ərazisinin inzibati-ərazi bölgüsü üzrə
çoxsaylı dəyişikliklər, əsasən, başa çatmışdı
54
.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra (28 may 1918-ci il)
İrəvan qəzasında birinci, üçüncü və dördüncü polis sahələrinin bir hissəsini öz
əraziləri sırasına daxil etmişdi.
İkinci yarımfəsildə çarizmin xristianlaşdırma siyasəti və onun
Dostları ilə paylaş: