münasibətlər” adlı üçüncü fəsli iki yarımfəsildən ibarətdir. Birinci yarımfəsildə
1905-1906-cı illərdə ermənilərin Azərbaycan türklərinə qarşı yönəltdikləri
kütləvi qırğın siyasəti geniş ədəbiyyat və mənbələr əsasında araşdırılmışdı.
XX əsrin əvvəllərində Qafqazda, xüsusən də indiki Ermənistan ərazisində
Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin
sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə əsaslanırdı. 1877-1878-ci illər
Rusiya-Türkiyə müharibəsindən sonra Avropa dövlətlərinin səyləri nəticəsində
gündəliyə çıxarılan “erməni məsələsi” sonralar Şərqi Anadoluda ermənilər üçün
muxtariyyət əldə etmək və müstəqil Ermənistan dövləti qurmaq üçün bir vasi-
təyə çevrilmişdi. Bu muxtariyyətin əldə edilməsi üçün əvvəlcə Şərqi Anadolu vi-
layətlərində, yəni ermənilərin “Qərbi Ermənistan” adlandırdıqları vilayətlərdə er-
mənilərin say üstünlüyünə nail olmaq lazım gəlirdi. Lakin ermənilərin “Qərbi
Ermənistan” adlandırdıqları vilayətlərin heç birində say etibarı ilə üstünlük on-
ların tərəfində deyildi. Bunu ermənilərin qəyyumu kimi çıxış edən Fransanın
Xarici İşlər Nazirliyi 1897-ci ildə yaydığı sənəddə də etiraf etmişdi
66
.
Bundan sonra indiki Ermənistan ərazisində “Daşnaksütyun” partiyasının
sıraları daha da artmış, Qafqazda antitürk təbliğatı xeyli güclənmişdi. “Novaya
vremya” qəzetinin İrəvan üzrə müxbiri Qriqoryevin verdiyi məlumata görə,
törədilən cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin
payına düşürdü
67
.
Rus-yapon müharibəsində məğlub olmuş Rusiya imperiyasında xalq
çıxışları və o cümlədən milli azadlıq hərəkatları baş verdi. Bu iki amilin qarşısını
almaq üçün çar Rusiyası rus şovinizmi dirçəlişi və xalqları bir-birinə qırdırmaq
siyasəti; həyata keçirməyə başladı. Bunlar siyasəti birinci növbədə Qafqazda
həyata keçirmək labüd sayıldı. Belə bir vəziyyətdən ermənilər istifadə etməyə vaxt
və şərait tapdılar. Çar Rusiyası erməniləri gizli surətdə silahlandırdı və tarixdə belə
adlanan «erməni-müsəlman davası» təşkil etdi. Azərbaycanlılarla ermənilər
arasında ilk toqquşma Bakı şəhərindən başlayaraq Şuşaya, Zəngəzura, İrəvan,
Tiflis, Naxçıvan, Ordubad Eçmiədzin, Cavanşir, Qazax qəzalarına yayıldı.
Münaqişənin birinci mərhələsinin başa çatması ilə çar hökumətinin
mövqeyi dəyişdi. Müsəlmanlara qarşı yeni hücum kampaniyası başlandı. Çarın
Qafqazdakı yeni canişini Voronsov-Daşkov ermənilərlə dostluğun Cənubi
Qafqazda Rusiyanın hakimiyyətinin əsası olması kimi köhnə ənənəni dirçəltmək
və həyata keçirmək üçün gərgin işə başladı. Qafqazın canişini yazırdı: "Mənim
siyasətimin mənafeyi naminə qanuna əsasən erməniləri məhkəmə vəzifələrinə
təyin etmək, hər bir halda erməni icmasını qıcıqlandırmamaq, Rusiyaya qarşı
65
Nəcəfli G. Azərbaycan хanlıqlarının Osmanlı dovlətilə siyasi əlaqələri (ХVIII əsrin ikinci
yarısı), s. 98.
66
Величко В.Л. Кавказ. Русское дело и международные вопросы. Баку, Элм, 1990, с. 96.
67
Yenə orada, s. 137.
21
düşmənçiliyi gücləndirməmək lazımdır"
68
.
Hərtərəfli hazırlıq gördükdən sonra ermənilər 1905-ci il fevralın ilk
günlərindən Bakıda qırğın törətdilər; çox keçmədən İrəvanda iğtişaşlar kütləvi
xarakter aldı. Naxçıvan, Zəngəzur erməni silahlı dəstələrinin hücumlarına məruz
qaldılar. Kəndləri dağıdır, yandırır, günahsız insanları qılıncdan keçirirdilər.
Yerli əhali ata-baba yurdunu tərk etməyə, qaçqınlıq yolunu tutmağa başladılar.
İrəvandan göndərilən bir xəbərdə deyilirdi: “Hər tərəfdən qəbiristanlığa cəna-
zələr gətirilir. Çoxu müsəlmandır. Ölənlər və yaralananların sayı artmaqdadır.
Bütün günü atəş səsləri eşidilməkdədir. Bir tatarın evinə bomba atıblar, 24 nəfər
ölüb və yaralanıb. Təpəbaşı məhəlləsində tatarların evlərini bombalayıblar, çoxlu
adam tələf olub. Zəngi dərəsində öldürülənlər çoxdur. Azərbaycanlılar küçəyə
çıxmaqdan qorxurlar. Çoxları şəhəri tərk edib”. Məqsəd də elə şəhəri tərk
etdirmək idi. “Erməni məsələsi” XX əsrin əvvəlində adətən bu yolla həll edilirdi.
Təkcə İrəvan şəhərində deyil, quberniyanın azərbaycanlılar yaşayan bütün
şəhərlərində vəziyyət belə idi. Eçmiədzin qəza rəisinin verdiyi bir xəbərdə
deyilirdi: “800 Toroslu erməni müsəlman kəndinə hücum edib. Kəndi
darmadağın ediblər. 53 nəfəri öldürüb və yandırıblar. 27 nəfər yaralanıb. 255
kəndin bütün ot tayaları, taxıl zəmiləri yandırılıb”. Həmin xəbərdə deyilirdi:
“Daşnaksütyun partiyası üzdə barışıq üçün hər iki xalqa müraciət etsə də, altdan-
üstdən terrorçuluq əməllərini həyata keçirməkdədir”
69
.
Ümumiyyətlə, 1905-1906-cı illərdəki erməni-müsəlman davasında İrəvan
və Yelizavetpol quberniyalarında 200-dən artıq kəndi ermənilər yerlə yeksan
etmiş və əhalisini soyqırımına məruz qoymuşlar. “Daşnaksütyun” partiyasının
liderləri “erməni məsələsi”ni həll etmək, “Böyük Ermənistan” xülyasını
reallaşdırmaq üçün bütün yerli təşkilatlara göstəriş göndərərək tələb etmişdi ki,
İrəvan, Gəncə və Qarabağ mahallarında olan bütün türk kəndlərini viran
qoysunlar, bu kəndləri yerli əhalidən, yəni azərbaycanlılardan birdəfəlik
təmizləsinlər. 1905-1906-cı illərin erməni-müsəlman qırğınlarına həsr olunmuş
“Qanlı illər” əsərində görkəmli yazıçı M.S.Ordubadi yazırdı: “1905-ci il iyun
ayının 9-da ermənilər azərbaycanlılar yaşayan Təkyə kəndinə hücum etmişlər.
Müsəlmanlar tamamilə silahsız, ermənilər isə mükəmməl silahlı olmuşlar. Ona
görə də kəndin sakinləri kəndi boşaldıb, arvad-uşaqlarını götürüb dağlara çıx-
mışlar. Axund Məhəmməd Əli Mirzə Əbdülhüseyn Qazızadənin böyük imarə-
tinə od vurulmuş, iki yüz cild Quran və müqəddəs kitablar da yandırılmışdı.
Eçmiədzində 9 məşhur azərbaycanlı kəndi dağıdılsa da hökumət heç bir tədbir
görməmişdi”
70
.
Soyqırımın qarşısını almaq məqsədilə xüsusi xəfiyyə şəbəkəsinin
qurulması haqqında C.Zeynaloğlunun 1924-cü ildə İstanbulda dərc edilən
kitabında belə məlumat verilir: “Yalnız azəri türkləri hələ qəflətdə idilər və
iğtişaşlarda çar tərəfini saxlayırdılar. Rusiya hökuməti müsəlmanların bu
68
Arzumanlı V., Mustafa N. Tarixin qara səhifələri. Deportasiya. Soyqırımı. Qaçqınlıq, s. 109.
69
Yenə orada, s. 110.
70
Ordubadi M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman
davasının tarixi. Bakı: Qarabağa XYK, 1991, s. 29.
22
qəflətindən istifadə edib, Peterburqdan xüsusi surətdə yüz otuz xəfiyyə məmuru
göndərərək, türklər ilə ermənilər arasında icra etdiyi propaqanda ilə biri digəri
əleyhinə silah işlətməyə təşviq və əsrlərcə yaxşı keçinən iki milləti biri digərinə
qırdırdı”
71
.
Ümumiyyətlə, İrəvan quberniyasının elə bir kənd, elə bir məntəqə yox idi
ki, erməni təcavüzünə məruz qalmasın. Dərələyəz mahalının XIX əsrin axırların-
dan etibarən 154 kəndi vardı ki, bunlardan 45 kənd 1905-1907-cı illərdə yerlə-
yeksan edilmişdir. Digər kəndlərin əhalisi isə İrana, Azərbaycana və Naxçıvana
qaçmışdılar. Yollarda erməni gülləboranından 200 nəfər qətlə yetirilmiş, azər-
baycanlı yaşayış məntəqələri viran edilmiş, əhali soyqırımına məruz qalmışdır.
Tədqiqat işinin üçüncü fəslinin ikinci yarımfəslində çarızmin milli-
Dostları ilə paylaş: |