Microsoft Word Zulfiyye avtoreferat doc


“İrəvan bölgələrinə kütləvi erməni köçürmələri və onların fəsadları”



Yüklə 414,15 Kb.
Pdf görüntüsü
səhifə13/24
tarix10.04.2022
ölçüsü414,15 Kb.
#55079
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
tar n czn 31 01 18

“İrəvan bölgələrinə kütləvi erməni köçürmələri və onların fəsadları” 

adlı üçüncü yarımfəsildə Rusiya imperiyası Cənubi Qafqazda möhkəmlənmək 

və özünün gələcək işğalçılıq planlarını  həyata keçirməkdən ötrü 1828-ci ildə  

Qacarlar dövləti ilə imzalanmış Türkmənçay və 1829-cu ildə Osmanlı imperi-

yası ilə bağlanmış Ədirnə müqavilələrinin şərtlərinə əsaslanaraq, kütləvi surətdə 

Şimali Azərbaycan torpaqlarına köçürməsi haqqında geniş məlumat vermişdir. 

Türkmənçay müqaviləsinin 15-ci maddəsinə  əsasən  İranda yaşayan 

ermənilərə  sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi. 

Ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi layihəsi hələ 1827-ci 

ildə A.S.Qriboyedovun başçılıq etdiyi Cənubi Qafqaz diyarının diplomatik 

dəftərxanasında hazırlanmışdı. Ermənilərin  Şimali Azərbaycan torpaqlarına 

köçürülməsinin reallaşması ilə  əlaqədar olaraq, Rusiya hökumətinin  İranla 

sərhədboyu  ərazilərə 80 min kazakın köçürülməsi barədə  əvvəllər hazırladığı 

layihəsi qüvvədən salındı

48

. J. İ.Yenikolopova görə, A.Qriboyedov ermənilərin 



İrandan Rusiya sərhədlərinə, yəni Çuxursəd çökəkliyinə köçürülməsinə xüsusi 

diqqətlə yanaşır və bu məsələyə Rusiyanın  Şərqdəki mövqelərinin 

möhkəmlənməsinin təminatı kimi baxırdı

49



Türkmənçay müqaviləsi imzalandıqdan dərhal sonra, fevralın 14-də 

Lazarev elə oradaca Paskeviçə göndərdiyi raportunda xatırladırdı ki, ermənilər 

müharibə zamanı qələbəmiz üçün mümkün olanı etmişlər və indi evlərini qoyub, 

Rusiya  əyalətinə keçmək istəyirlər. Ermənilərin sürətlə  və rahat köçürülməsi 

üçün Lazarev təklif edir: 1) Köçürmə işlərinə rəhbərlik etmək üçün ona Paskeviç 

göstəriş versin və  həmin göstərişdə köçənlərə verilən güzəştlər göstərilsin; 2) 

Köçürmə işlərinə rəhbərlik etmək üçün erməni dilini bilən lazımi qədər ştab və 

ober zabitlər təyin etmək onun ixtiyarına verilsin; 3) İqlim  şəraitinə görə 

köçürmə  işləri ləngiyə biləcək yerlərdə rus ordusu orada gözləsin və ordu 

köçənləri müşayiət etsin; 4) Kasıb köçkünlər üçün xəzinədən vəsait ayrılsın

50



Rusiyanın bufer erməni dövləti yaratmaq siyasətini başa düşən Abbas 



Mirzə Rusiya ilə  İranın yeni sərhədləri boyunca ermənilərin kütləvi surətdə 

yerləşdirilməsindən narahat idi

51

. Buna görə  də o, ermənilərin  İrandan kütləvi 



surətdə köçürülməsinə mane olmağa  çalışırdı. Bu prosesin qarşısını almaq üçün 

onun nümayəndələri yerlərdə olur, ermənilərə köçmədikləri halda 6 il müddətinə 

                                                            

48

Вердиева Х., Гусейнзаде Р. «Родословная» армян и их миграция на Кавказ с Балкан. 



Баку: Эlm, 2003, c. 128-129. 

49

 Ениколопов И.К. Грибоедов и Восток. Ереван,  1954. 



50

 Акты собранные Кавказскою Археографическою Комиссиею, т. 4, c. 563 

51

 İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi. 



Bakı: Azərbaycan, 2010, s. 68. 


 

15

vergilərdən azad ediləcəklərini vəd edirdilər



52

XIX  əsrin I yarısından başlayaraq, İrandan ermənilərin İrəvana  kütləvi 



şəkildə köçürülməsi nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar 

öz yurd-yuvalarından məhrum edilmişdilər. Nəticədə, XIX əsrin ikinci yarısında 

Türkiyə, Gürcüstan və Azərbaycan  ərazilərini tutmaqla "Böyük Ermənistan" 

kimi millətçi,  şovinist ideyasını  həyata keçirmək istəyində olan ermənilər təş-

kilati strukturlar yaratmağa başlayırlar. Belə ki, əsasən xaricdə "Hnçaq" (1887, 

Cenevrə), "Daşnaksütyun" (1890, Tiflis) partiyaları, "Erməni vətənpərvərlər 

ittifaqı" (1895, Hyu-York) təşkilatı yaradılır. Bütün bu cəhdlərə baxmayaraq 

XIX əsrin sonunda İrəvan quberniyası  azərbaycanlıların sayına görə  Bakı və 

Yelizavetopol (Gəncə) quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu  

Ümumiyyətlə, XIX əsrin 20-ci illərindən başlayaraq təqribən 90 il ərzində 

Cənubi Qafqaza 1 milyondan çox erməni köçürülüb gətirildi. Köçürülən ermə-

nilər əsasən Azərbaycan ərazisində və azərbaycanlıların elliklə yaşadıqları Cə-

nubi Qafqaz torpaqlarında yerləşdirildi. 

I Dünya müharibəsi illərində Azərbaycan torpaqlarına ermənilərin axını 

daha da artdı. Çar Rusiyası  Cənubi Qafqazı türk-müsəlman  əhalidən - 

təmizləmək və türksüz Azərbaycan yaratmaq üçün erməni amilindən geniş 

istifadə etdi. Rusiya tərəfindən silahlandırılan və müdafiə olunan erməni terrorçu 

dəstələri azərbaycanlılara qarşı kütləvi soyqırımına başladılar. Keçmiş  İrəvan, 

Naxçıvan və Qarabağ xanlıqlarının  ərazisində azərbaycanlı  əhaliyə qarşı 

soyqırımı həyata keçirilmişdi.  

1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Osmanlı 

dövlətinin təsiri ilə paytaxtı  qədim Azərbaycan  şəhəri  İrəvan olmaqla, erməni 

dövləti yaradılmasına razılıq verməyə məcbur oldu.  

Bununla da, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən 

təqribən 100 il sonra İrəvan  ərazisində ermənilərə dövlət yaradılmış oldu. 

Beləliklə, ermənilər nəhayət, məqsədlərinə nail oldular 




Yüklə 414,15 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin