yarımfəsildə Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı edildikdən sonra
regionda iqtisadi münasibətlər şərh edilir. Bu dövründə kənd təsərrüfatı dəfələrlə
ağır sınaqlara məruz qalmışdı. Belə ki, birinci və ikinci Rusiya-İran müharibələri
İrəvan quberniyasının iqtisadiyyatına böyük zərbə vurmuşdu. Nəticədə İrəvan
xanlığının on minlərlə iri və xırdabuynuzlu mal-qarası qovulub aparılmış, xeyli
sakinin əmlakı əlindən alınmış, minlərlə ailə ev-eşiyindən məhrum edilmişdi.
Lakin Azərbaycanın Rusiya tərəfindən işğalından sonra onun təsərrüfa-
tının inkişafında müəyyən yüksəliş baş verdi. Lakin bu inkişaf birtərəfli gedirdi,
yəni başlıca olaraq, xammal istehsal olunurdu. Bu da ölkə iqtisadiyyatının müs-
təmləkə xarakterinin göstəricisi idi. XIX yüzilliyin 30-50-ci illəri sosial-iqtisadi
44
Собрание актов, относящихся к обозрению истории Армянского народа, т. I,
Mосква, 1833, с. 178-179.
45
Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее
присоединения к Российской империи. СПб. 1852, c. 510.
46
Yenə orada. s. 542.
47
Собрание актов, относящихся к обозрению истории Армянского народа, т. I,
Mосква, 1833, с. 108.
14
həyatda mühüm dəyişikliklərin müəyyənləşdiyi dövrdür. Bu baxımdan, tədqiq
etdiyimiz dövr çərçivəsində siyasi vəziyyətlə əlaqədar olaraq iqtisadiyyatında
müəyyən geriləmələr olsa da, İrəvan bölgəsi əlverişli coğrafi şəraitdə yerləşməsi,
rəngarəng iqlimə, heyvanat aləminə, məhsuldar torpaqlara və zəngin təbii
sərvətlərə malik olması ilə Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş böl-
gələrindən biri olaraq qalmışdı.
Dostları ilə paylaş: |