Microsoft Word Zulfiyye avtoreferat doc


bölgəsində sosial-iqtisadi və ictimai-siyasi durum”



Yüklə 414,15 Kb.
Pdf görüntüsü
səhifə11/24
tarix10.04.2022
ölçüsü414,15 Kb.
#55079
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
tar n czn 31 01 18

bölgəsində sosial-iqtisadi və ictimai-siyasi durum” adlanır və üç yarım-

fəsildən ibarətdir. “Erməni vilayətinin yaradılması”  adlı birinci yarımfəsildə 

Erməni vilayətinin yaranması və onun acı nəticələri tədqiq edilmişdir. İki yüz ilə 

yaxın bir dövrdə türk aləmi içində yaşayan, onun sahibi olduğu bütün hüquqlara 

malik olan ermənilər, dövrü şəraitdən istifadə edərək rusların və digər 

havadarların köməyi ilə öz istəklərinə nail olmuşlar.  

Rusiya ilə İran arasında gedən iki müharibənin ( 1804-1813, 1826-1828) 

sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 

1828-ci il) müqavilələri Azərbaycan xalqının tarixində faciəvi rol oynamış  və 

Azərbaycanın parçalanmasına gətirib çıxarmışdır. Azərbaycanın şimalı Rusiya-

nın, cənubu isə Qacarların idarəçiliyinə keçmişdir. Türkmənçay müqaviləsindən 

dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xan-

lıqlarının  ərazisində “Erməni  əyaləti”nin yaradılması haqqında  əmr imzalayır. 

Bu əmrə əsasən o zaman 7 min 331 azərbaycanlının və 2 min 369 erməninin 

yaşadığı İrəvan şəhəri də "Erməni əyaləti"nin tərkibinə daxil edilir. 

Belə bir şəraitdə, 1828-ci il martın 20-də I Nikolay Türkmənçay 

müqaviləsini təsdiq edir və ertəsi gün Erməni vilayəti yaradılması haqqında 

fərman verilir. Fərmanda deyilir: “İranla bağlanmış müqaviləyə əsasən İrandan 

Rusiyaya birləşdirilən  İrəvan və Naxçıvan xanlıqlarını bundan sonra “Erməni 

vilayəti” adlandırmağı hökm edir və öz titulumuza daxil edirik. Həmin vilayətin 

quruluşu və onun idarə edilməsi qaydası haqqında ali senat lazımi fərmanları öz 



 

13

vaxtında alacaqdır”



44

. 

Erməni vilayəti  İrəvan və Naxçıvan  əyalətlərinə  və Ordubad dairəsinə 

bölünmüşdü. 1829-cu ilin əvvəlində qraf  Paskeviç-Erivanskinin tapşırığı ilə 

kollec assesoru İ.Şopen erməni vilayətində kameral siyahıya alma keçirmişdir. İ. 

Şopenə görə Erməni vilayətində 752 kənd olmuşdur. Onlardan 521-i İrəvan 

əyalətində, 179-u Naxçıvan  əyalətində, 52-si Ordubad dairəsində olmuşdur. 

Müharibə  nəticəsində vilayətin  ərazisində 359 kənd, o cümlədən 310 kənd 

İrəvan  əyalətində, 42 kənd Naxçıvan  əyalətində, 6 kənd Ordubad dairəsində 

xaraba qalmış, əhalisi didərgin düşmüşdü

45

. 



Deməli, dağıdılmış, xaraba qoyulmuş kəndlərlə birlikdə Erməni vilayətin-

də cəmisi 1111 kənd olmuşdur. İ.Şopenin hesablanmasına görə, xanlıqların işğal 

edilməsinədək Erməni vilayətinin  ərazisində  təxminən 23.730 ailə  (İrəvan 

əyalətində 17.000 ailə, Naxçıvan  əyalətində 4.600 ailə, Ordubad dairəsində 

2.130 ailə) yaşamışdır ki, orta hesabla, hər ailədə 5 nəfər götürdükdə, bu, 

118.650 nəfər olar

46

. 



Siyahıyaalmanın nəticələrinə görə, vilayətdə 81.749 müsəlman və 25.131 

yerli erməni qeydə alınmışdır. Çarizmin bütün Şimali Azərbaycanda, o 

cümlədən İrəvan və Naxçıvan əyalətlərində yaratdığı inzibati-idarə sistemi əhali 

arasında ciddi narazılıq yaradırdı. Çar hökuməti vəziyyəti stabilləşdirmək 

məqsədilə inzibati-idarə sahəsində islahatlar hazırlamağa başladı

47



1840-cı ildə Erməni vilayəti ləğv edilərək, əvəzində təşkil edilən İrəvan 

qəzası Gürcü-İmeret quberniyasının tərkibinə daxil edilir. 1849-cu ildə İrəvan, 

Aleksandropol, Naxçıvan, Ordubad və Yeni Bəyazid qəzalarından ibarət İrəvan 

quberniyası  təşkil edilir. Quberniya beş  qəzaya:  İrəvan, Aleksandropol, 

Yenibəyazid, Naxıçıvan və Ordubada bölünürdü və 1917-ci ilə qədər bu struktur 

dəyişməz qalmışdır. 

Rusiya işğalının bölgənin iqtisadi durumuna təsiri” adlı ikinci 


Yüklə 414,15 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin