3
I. DİSSERTASİYANIN ÜMUMİ SƏCİYYƏSİ
Mövzunun aktuallığı. XIX əsrin ikinci yarısı XX əsrin əvvəlləri dövrü
Azərbaycan tarixində hadisələrin zənginliyi və mürəkkəbliyi baxımından müasir
milli tarixşünaslıq üçün elmi və siyasi əhəmiyyət kəsb edir. 1828-ci il Türk-
mənçay müqaviləsinin imzalanmasından sonra çar Rusiyasının müstəmləkəsinə
çevrilən Şimali Azərbaycan torpaqlarında, xüsusilə də keçmiş İrəvan xanlığı
ərazisində həyata keçirilən antiazərbaycan siyasəti, 1828-ci ildə qondarma
“Erməni vilayəti”nin yaradılması, burada İrəvan quberniyasının yaradılması,
Qacarlar İranı və Osmanlı imperiyası ərazilərindən ermənilərin, kürdlərin,
aysorların və rus təriqətçilərinin bu ərazilərə kütləvi şəkildə köçürülməsi və
nəticədə regionun etnik mənzərəsinin yerli azərbaycanlı əhalinin zərərinə
dəyişdirilməsi, 1918-ci ildə Qərb dövlətləri və Osmanlı dövlətinin təzyiqi ilə
AXC milli şurası tərəfindən İrəvan şəhəri və 9 min. kv.km ərazinin ermənilərə
heç bir hüquqi əsas olmadan güzəştə gedilməsi XX əsrin sonunda Azərbaycan
xalqı üçün çox ağır faciələrlə-ilk növbədə çoxsaylı insan və ərazi itkiləri ilə
nəticələndi. Azərbaycan xalqı 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa
etdikdən sonra, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider
Heydər Əliyev 1997-ci il yanvarın 31-də AMEA-nın aparıcı alimləri ilə
keçirdiyi görüşdə XIX-XX əsrlər Azərbaycan tarixi mənbələrinin hərtərəfli
tədqiqi məsləhətini tarixçi alimlər qarşısında bir vəzifə olaraq qoydu. Bu
baxımdan Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 18 dekabr
1997-ci il tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR
ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında” və 26
mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanları qarşıya
qoyulan elmi məsələlərin həlli üçün tarixi və hüquqi əsas yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev öz çıxışlarında dəfələrlə
İrəvanın tarixi Azərbaycan torpağı olduğunu qeyd etmiş, Azərbaycan tarixçiləri
qarşısında bütün Azərbaycan torpaqlarının real tarixini işləyib hazırlamaq
vəzifələrini qoymuşdur.
1
Ermənistan deyilən bu qondarma dövlətin tarixi Azərbaycan torpaqları
hesabına qurulduğu müasir Azərbaycan tarix elmi tərəfindən sübut edilmişdir.
Azərbaycan respublikasının prezidenti İlham Əliyevin çağırışlarına cavab olaraq
yazılaraq dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr edilən “İrəvan
xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına
köçürülməsi” ( Bakı, 2009) əsəri bunun bariz nümunəsidir.
ABŞ tarixçiləri C.Makkartin və K.Makkartin “Türklər və ermənilər” adlı
əsərində qeyd edirlər ki, Ermənistan adlanan coğrafi yer ermənilərə deyil,
azərbaycanlılara məxsusdur. Ona görə də bu ərazinin adlarının hamısı türk mən-
şəlidir.
XX əsrin əvvəllərindən başlayaraq “Daşnaksütyun” partiyası Cənubi
Qafqazda, xüsusilə Şimali Azərbaycanda öz fəaliyyətini daha da genişləndirdi:
1905-1907-ci illərdə Rusiyada burjua demokratik inqilabı baş verdi. Çarizm öz
1
http://president.az/articles/1565/print
4
hakimiyyətini saxlamaq üçün müxtəlif tədbirlər həyata keçirməyə başladı. Belə
tədbirlərdən biri müxtəlif millətlər arasında nifaq salmaq idi. Çar hökuməti yaxşı
bilirdi ki, Cənubi Qafqazda azərbaycanlılarla ermənilər arasında dərin ziddiyyət-
lər var. Həmin ziddiyyətlər çarizmin milli siyasəti nəticəsində yaradılmışdı. Bu
ziddiyyətlər ermənilərin XIX əsrin I yarısında Azərbaycana kütləvi şəkildə köçü-
rülməsi ilə başlanmışdı. Çar Rusiyası tərəfindən yeridilən milli və dini ayrı-
seçkilik siyasəti nəticəsində yerli azərbaycanlı əhali ilə ermənilər arasındakı zid-
diyyətlər regionda gedən ictimai-siyasi hadisələrə də öz təsirini göstərmişdi. Bü-
tün bunları nəzərə alan çarizm 1905-ci il inqilabı zamanı ermənilərdən bir vasitə
kimi istifadə edib, onları müsəlmanların əleyhinə qaldırdı. Bu zaman ermənilər
bir o qədər də çox deyildilər. Qafqazda olan 54 qəzanın yalnız 5-də ermənilər
çoxluq təşkil edirdilər. Bu zaman İrəvan şəhərinin özündə ermənilər azlıq təşkil
edirdi. Lakin buna baxmayaraq ermənilər Cənubi Qafqazda yüksək vəzifəli rus
məmurları tərəfindən gizli göstərişlər alıb silahlanaraq azərbaycanlılara qarşı
soyqırımı cinayətini törətdilər.
Həmin hadisələrin şahidi olan yazıçı M.S.Ordubadi 1905-1906-cı illərdə
olan qırğına həsr etdiyi "Qanlı illər" əsərində yazmışdı: "Çoxdan bəri hər iki mil-
lətin zatına qondarılmış iğtişaş bombası partladı. Bütün Qafqaz aləmi bu bomba-
nın təsiri şiddətindən yanıb yaxıldı”
2
.
Çar Rusiyası dövlətindən himayə görən ermənilər silahlanaraq indiki
Ermənistan respublikası ərazisinin hər yerində və Dağlıq Qarabağda dəfələrlə
basqınlar edərək silahsız və müdafiəsiz olan Azərbaycan türklərini qırmış,
əmlaklarını qarət edərək doğma yurdlarından didərgin salmışlar. Bu cür qırğınlar
1905-1906-cı, və 1915-1920-ci illərdə daha kütləvi şəkil almış, demək olar ki,
indiki Ermənistanın hər bölgəsində türklərə qarşı soyqırımı siyasəti həyata
keçirilmişdir.
1918-ci il mayın 29-da Qərb dövlətləri və Osmanlı dövlətinin təzyiqi ilə
AXC-nin milli şurasının İrəvan şəhəri və onun ətrafında yerləşən 9 min kv.km
əraziləri ermənilərə güzəştdə getdikdən sonra “Daşnaksütyun” partiyası Ermə-
nistanın müstəqilliyini elan edərək öz millətçi ideyasını həyata keçirməyə başla-
dı. 1918-1920-ci illərdə daşnak hökuməti Osmanlı imperiyası, Azərbaycan və
Gürcüstana qarşı ədalətsiz müharibələr aparmaq mövqeyindən çıxış edirdi.
1918-1920-ci illər statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-
ci illərdə baş verən hadisələrdən sonra azərbaycanlılar kütləvi şəkildə
soyqırımına məruz qalmışlar. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə
müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində əhalinin sayı 40 dəfə
artaraq 14 min 300-dən 570 min nəfərə çatmışdı. Ancaq həmin zaman kəsiyində
azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud
başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər
olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ
1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu
rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist
2
Ordubadi M.S. Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman
davasının tarixi. Bakı: Qarabağa XYK, 1991, s.100.
5
siyasətinin həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırıl-
ması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verirdi.
I Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə
edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra
öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı
kommunası əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin
martından başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların
çıxarılması məqsədini güdən cinayətkar planın reallaşdırılmasına başlayır.
Vətən tarixşünaslığında xüsusi aktuallığa malik olan problemlə bağlı
çoxlu tədqiqatlar aparılsa da XIX əsrin sonu – XX əsrin əvvəllərində İrəvan
quberniyasında etnik münasibətlər tarixşünaslığında kompleks şəkildə tədqiq
edilməmişdir. Bu baxımdan, tədqiqat işi xüsusi aktuallığa malikdir.
Dostları ilə paylaş: