XÜSUSİ MÜHAFİZƏ OLUNAN TƏBİƏT ƏRAZİLƏRİ VƏ OBYEKTLƏRİ
Maddə 76. Xüsusi mühafizə olunan təbiət ərazilərinin tərifi, kateqoriyaları və hüquqi statusu
Xüsusi mühafizə olunan təbiət əraziləri xüsusi ekoloji, elmi, mədəni, estetik, sanitar-sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət
komplekslərindən və obyektlərindən, “Qırmızı kitab”a salınmış heyvan və bitki növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat
istismarından tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq və su məkanı (akvatoriya) hissələridir.
Qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təqdimatı
ilə respublika Prezidenti və ya Ali Soveti xüsusi mühafizə olunan təbiət ərazilərində dövlət qoruğu (o cümlədən biosfer qoruğu), dövlət
təbiət rezervatı, milli park, qoruq yeri, dövlət yasaqlığı, mikroyasaqlıq, təbiət abidəsi, zooloji bağ, dendrari statusu verir.
Xüsusi mühafizə olunan təbiət əraziləri təbiətin rəngarəngliyini qorumaq, ekoloji tarazlığı saxlamaq və biosfer monitorinqini təşkil etmək
üçün nəzərdə tutulan vahid sistem əmələ gətirir. Onların məcmusu Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri
fondunu əmələ gətirir.
Bütün səviyyələrə və istiqamətlərə aid olan planlar, sxemlər və proqramlar, o cümlədən iqtisadi və sosial inkişaf planları, yer quruluşu və
rayon planlaşdırması layihələri hazırlanarkən xüsusi mühafizə olunan təbiət əraziləri nəzərə alınır.
Xüsusi mühafizə olunan təbiət ərazilərini əlverişsiz antropogen təsirdən qorumaq məqsədilə ora bitişik olan torpaq və su sahələrində
mühafizə zonaları yaradıla bilər; bu zonaların torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və
obyektlərinə zərərli təsir göstərən fəaliyyət qadağan edilir.
Maddə 77. Xüsusi mühafizə olunan təbiət ərazilərinin məqsəd və vəzifələri
Dövlət qoruqları səciyyəvi və nadir təbiət komplekslərini, bitkilərin və heyvanların genofondunu qorumaq və öyrənmək, təbii proseslərin və
hadisələrin dinamikasını izləmək mƏqsədi daşıyan təbiəti mühafizə və elmi tədqiqat idarələridir.
Təbii landşaft sahələrini təmsil edən və müəyyənləşdirilmiş qaydada beynəlxalq biosfer qoruqları şəbəkəsinə daxil olan dövlət qoruqları
dövlət biosfer qoruğu statusuna malikdir.
Dövlət qoruğu ərazisinin torpağı, suyu yer təki bitkilər və heyvanlar aləmi təsərrüfat istismarından tamamilə və həmişəlik çıxarılıb
təmənnasız olaraq qoruqların daimi istifadəsinə verilir. Dövlət qoruqlarının torpaqlarını və başqa təbii ehtiyatlarını icarəyə vermək
qadağandır.
hər bir qoruq Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təsdiq etdiyi Əsasnaməyə uyğun
olaraq fəaliyyət Göstərir.
M a d d ə 78. Xüsusi mühafizə olunan təbiət əraziləri üzərində dövlət mülkiyyəti
Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri dövlət mülkiyyətidir. Dövlət qoruqları, rezervatları və milli parklar
respublika mülkiyyəti obyektlərinə aiddir. Başqa kateqoriyalı xüsusi mühafizə olunan təbiət əraziləri öz əhəmiyyətinə uyğun olaraq
həmçinin Naxçıvan Muxtar Respublikasının, inzibati —ərazi qurumlarının mülkiyyəti obyektlərinə aid edilə bilər.
Respublika büdcəsinin və ya respublika ehtiyat təbiəti mühafizə fondunun vəsaiti hesabına saxlanan xüsusi mühafizə olunan təbiət
əraziləri respublika mülkiyyəti obyektlərinə aiddir.
Azərbaycan Respublikasında xüsusi mühafizə olunan təbiət əraziləri üzərində dövlət mülkiyyəti hüququnu birbaşa və ya gizli şəkildə
pozan hərəkətlər qadağandır.
Maddə 79. Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaqları
Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaqları müəyyənləşdirilmiş qaydada verilən təbiəti mühafizə və başqa təyinatlı torpaqlara
aiddir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaqlarında onların məqsədli təyinatına zidd olan fəaliyyət qadağandır. Göstərilən
torpaqlardan istifadə edilməsi və onların qorunması qaydası bu Qanunla və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə
müəyyən edilir.
Xüsusi mühafizə olunan təbiət əraziləri torpaq haqqı verməkdən azad edilir.
Dövlət qoruqlarının torpaqlarını və xüsusi mühafizə olunan təbiət ərazilərinin (dövlət təbiət qoruqları, milli parkların qoruq zonaları)
onlara bərabər tutulan başqa kateqoriyalarının və ya funksional zonalarının torpaqlarını almaq qadağandır.
Dövlət qoruqlarının torpaqları və xüsusi mühafizə olunan təbiət ərazilərinin başqa kateqoriyalarının və ya funksional zonalarının
torpaqları Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə mübadilə edilir.
Maddə 80. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması qaydası
Respublika əhəmiyyətli dövlət qoruqları, dövlət təbiət rezervatları, milli parklar, habelə qoruq yerləri, dövlət yasaqlıqları və təbiət
abidələri. Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təqdimatı üzrə, Azərbaycan Respublikası
Elmlər Akademiyasının tövsiyəsi əsasında, əlaqədar təşkilatların razılığı ilə yaradılır.
Yerli əhəmiyyətli qoruq yerləri, dövlət yasaqlıqları və təbiət abidələri Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə
Nəzarət Komitəsinin təqdimatı üzrə, Azərbaycan Respublikası Elmlər Akademiyasının tövsiyəsi əsasında, Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə yaradılır.
Ərazidəki torpaq öz sahiblərindən və istifadəçilərindən alınmadan həmin ərazinin dövlət yasaqlığı, təbiət abidəsi və ya milli park zonası(
qoruq zonasından başqa) elan edilməsinə yol verilir. Bu zaman torpaqlarında milli parklar, dövlət yasaqlıqları və ya təbiət abidələri
yaradılan müəssisələr, idarələr və təşkilatlar xüsusi mühafizə olunan bu təbiət ərazilərində müəyyən olunmuş rejimə ciddi əməl
etməlidirlər.
Dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının və milli parkların təşkili üçün həmin ərazidə təsərrüfat fəaliyyəti göstərən və təbiətdən
istifadə edən baş idarələrin, müəssisələrin, idarələrin və təşkilatların razılığı tələb edilmir, bu şərtlə ki, alınan torpaqlar onların sahibliyində
və ya istifadəsində olmasın.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və torpaqların alınması, təbii ehtiyatlardan istifadə hüququnun xitamı nəticəsində
müəssisələrə, idarələrə, təşkilatlara və vətəndaşlara dəyən bütün zərər (o cümlədən əldən çıxmış səmərə) Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş qaydada tam həcmdə ödənilir.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafına və yerləşdirilməsinə dair baş sxem Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən və ya təbiəti mühafizənin ərazi sxemi müvafiq yerli icra orqanları tərəfindən təsdiq edilməklə bir vaxtda dövlət qoruğunun,
dövlət təbiət rezervatının və ya milli parkın təşkili üçün təklif olunan torpaq sahəsini ehtiyatda saxlamaq haqqında qərar qəbul edilir.
həmin ərazidə torpaq istifadəçilərinin təsərrüfat fəaliyyəti məhdudlaşdırılır və ya xüsusi mühafizə olunan bu təbiət ərazilərinin təşkili
haqqında qərar qəbul edilənədək xitam olunur.
Dövlət qoruqlarının, dövlət təbiət sahələrinin və dövlət milli parklarının təşkili layihələri müvafiq elm və layihə təşkilatları tərəfindən
hazırlanır.
Məhdud, ənənəvi təbiətdən istifadə şəraitində elmi eksperimental tədqiqatlar aparılması, təbiətdə gedən proseslərin öyrənilməsi üçün
dövlət biosfer qoruqlarının sınaq meydanları, o cümlədən torpaqdan istifadə hüququ olan sınaq meydanları yaradıla bilər.
Maddə 81. Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, istifadəsi və mühafizəsi sahəsində Dövlət idarəetməsi və dövlət nəzarəti
Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini xüsusi səlahiyyət
verilmiş orqan kimi Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, habelə müvafiq yerli icra
hakimiyyəti orqanları həyata keçirirlər.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsi və istifadəsi sahəsində Dövlət nəzarətini xalq deputatları Sovetləri (müvafiq
səviyyələrdə) və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi həyata keçirirlər.
Maddə 82. Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin dövlət kadastrı
Xüsusi mühafizə olunan təbiət ərazilərinin dövlət kadastrına həmin ərazilərin hüquqi statusu, coğrafi mövqeyi, kəmiyyət və keyfiyyət
xarakteristikaları, ekoloji, elmi, maarifçilik və digər əhəmiyyəti, torpaq istifadəçiləri haqqında məlumat daxildir.
Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin Dövlət kadastrı həmin ərazilər şəbəkəsinin planlaşdırılmasını təşkil
etmək, onların mühafizəsini və elmi tədqiqatlar aparılmasını təmin etmək, onların təbiəti mühafizə rejiminə riayət olunmasına Dövlət
nəzarəti səviyyəsini yüksəltmək, sosial-iqtisadi inkişaf və məhsuldar qüvvələrin yerləşdirilməsi planlaşdırılarkən bu əraziləri nəzərə almaq,
habelə Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin və belə ərazilərin ümumdünya sistemini təşkil edən digər oxşar
ərazilərin təşkili, istifadəsi və mühafizəsi sahəsində fəaliyyəti əlaqələndirmək üçün aparılır.
Maddə 83. Xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsinin təşkili
Dövlət qoruqlarının və dövlət milli parklarının mühafizəsi dövlət qoruqlarının və dövlət parklarının təbiətini mühafizə edən xüsusi
xidmət bölməsi tərəfindən həyata keçirilir və Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin
təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir.
M a d d ə 84. Nadir və kökü kəsilmək təhlükəsinə məruz qalan heyvanların və bitkilərin mühafizəsi
Azərbaycan Respublikasının təbii şəraitində daimi və ya müvəqqəti olan (bitən) heyvanların və bitkilərin nadir və kökü kəsilmək
təhlükəsinə məruz qalan növləri xüsusi qorunmalıdır və Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilir. Azərbaycan
Respublikasının “Qırmızı kitabı” haqqında Əsasnaməni Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət
Komitəsi təsdiq edir.
“Qırmızı kitab”a salınmış nadir heyvan və bitki növlərini, habelə təbii şəraitdə bərpası mümkün olmayan növləri qoruyub saxlamaq
məqsədilə yerli xalq deputatları Sovetləri, təbiəti mühafizə və təbii ehtiyatlardan istifadə sahəsində xüsusi səlahiyyət verilmiş dövlət
idarəetmə orqanları göstərilən heyvan və bitki növlərinin mühafizəsini təmin etmək, onların yaşayış mühitini yaxşılaşdırmaq, törəyib artması
və yetişdirilməsi üçün lazımi şərait yaratmaq məqsədilə zəruri tədbirlər görməlidirlər.
M a d d ə 85. Dövlət qoruqlarında elmi tədqiqat fəaliyyəti
Dövlət qoruqlarında elmi tədqiqat fəaliyyəti il boyu stasionar müşahidələrin və çoxillk kompleks tədqiqatların təşkili yolu ilə həyata
keçirilir və ekoloji şəraitin qiymətləndirilməsi və proqnozlaşdırılması, təbiəti mühafizənin elmi əsaslarının hazırlanması, canlı orqanizmlərin
gen fondunun (biosferin bioloji rəngarəngliyinin) qorunub saxlanması, təbii ehtiyatların artırılması və səmərəli işlədilməsi məqsədi ilə təbiət
komplekslərinin, ayrı-ayrı təbiət obyektlərinin, təbii proseslərin dinamikasının öyrənilməsinə yönəldilmişdir.
Bütün dövlət qoruqları hökmən “Təbiət salnaməsi” tərtib etməlidirlər.
Elmi tədqiqatların təşkili və aparılması üçün dövlət qoruqları elmi işçilər ştatı ilə təmin olunur. Elmi tədqiqatlar kənar təşkilatları və ayrı-
ayrı mütəxəssisləri cəlb etməklə də aparıla bilər. Dövlət qoruqlarında elmi şuralar yaradıla bilər. Elmi şuranın tərkibini və onun haqqında
Əsasnaməni Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi təsdiq edir.
Dövlət qoruqlarının elmi fondları müddətsiz saxlanmalıdır.
Dövlət qoruqlarına elmi əsərlər nəşr etmək hüququ verilir.
Maddə 86. Dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının və dövlət milli parklarının təbiətini
Dostları ilə paylaş: |