Azərbaycan Respublikasında cəmiyyətin ekoloji mədəniyyətini və mütəxəssis kadrların peşə hazırlığını yüksəltmək məqsədi ilə
məktəbəqədər, məktəb təlim-tərbiyəsini, orta ixtisas və ali tədris müəssisələrində mütəxəssislərin peşə hazırlığını, onların ixtisasının
artırılmasını əhatə edən ümumi, kompleks, fasiləsiz və müyəssər ekoloji təhsil və tərbiyə sistemi müəyyən edilir.
Vətəndaşların ekoloji mədəniyyətinin formalaşmasında zəruri olan minimum ekoloji biliklərə yiyələnmək üçün Azərbaycan
Respublikasının ərazisində fəaliyyət göstərən bütün orta ixtisas və ali tədris müəssisələrində onların profilinə uyğun olaraq təbiəti
mühafizə və təbiətdən səmərəli istifadə üzrə xüsusi kursların tədrisi nəzərdə tutulur.
Ətraf təbii mühitə və insanın sağlamlığına zərərli təsir Göstərən fəaliyyətlə, habelə təbiətdən istifadə ilə bağlı olan, yaxud təbiəti
mühafizə və ya təbiətdən istifadənin təşkili ilə bilavasitə və ya dolayısı ilə əlaqədar funksiyaları yerinə yetirən dövlət müəssisələrinin,
təşkilatlarının və idarələrinin rəhbər işçiləri, digər vəzifəli şəxsləri və mütəxəssisləri zəruri ekoloji hazırlığa malik olmalıdırlar, işçi vəzifəyə
təyin edilərkən, attestasiya və yenidən attestasiya keçərkən bu hazırlıq nəzərə alınır.
Göstərilən hazırlığa malik olmayan şəxslər müvafiq ekoloji biliklər tələb edən dövlət təşkilatlarında işləri yerinə yetirməyə buraxılmırlar.
Azərbaycan təbiətinə qayğıkeş münasibətin tərbiyə olunması, onun sərvətlərindən səmərəli istifadə edilməsi. məqsədilə ekoloji biliklər və
ekoloji mədəniyyət, habelə Azərbaycan Respublikasının təbiətdən istifadə qanunvericiliyi geniş təbliğ olunur.
Ekoloji biliklərin və ekoloji mədəniyyətin təbliği Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə,
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi dövlət sanitar nəzarəti orqanlarına, digər dövlət və ictimai orqanlara və təşkilatlara, mətbuata,
radio və televiziyaya, başqa kütləvi informasiya vasitələrinə, muzeylərə, sərgilərə, digər mədəniyyət idarələrinə həvalə edilir.
M a d d ə 72. Ekologiya sahəsində elmi tədqiqatlar
Azərbaycan Respublikasının Elmlər Akademiyası, sahə elmi tədqiqat təşkilatları, Azərbaycan Respublikasının Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının nazirlikləri və baş idarələri, ali tədris müəssisələri təbiəti mühafizə, təbii
ehtiyatlardan səmərəli istifadə, onların bərpası və artırılması, ətraf təbii mühitin sağlamlaşdırılması, ehtiyatların qənaətlə işlədilməsi, təbii
komplekslərin və ekoloji sistemlərin əlverişli rejiminin saxlanması, ətraf mühitin insana və canlı təbiətə mənfi təsirinin qarşısının alınması
sahəsində elmi tədqiqatları müqavilələr əsasında təşkil edir və həyata keçirir, səmərəli elmi tədqiqatlar aparılması və əldə edilmiş nəticələrin
tətbiq edilməsi üçün lazımi şərait yaradırlar.
Təbiəti mühafizəni və təbiətdən istifadəni elmi cəhətdən təmin etmək məqsədilə üstünlük verilən elmi tədqiqatlar aşağıdakılara
yönəldilir:
respublikanın təbiəti mühafizə siyasətinin elmi əsaslarının hazırlanması, sənaye, nəqliyyat, kənd təsərrüfatı və başqa müəssisələrin,
qurğuların və obyektlərin istismarı zamanı onların ekoloji təhlükəsizliyini təmin edən az tullantılı və tullantısız mütərəqqi texnoloji
proseslərin və müasir texniki vasitələrin yaradılması;
təbiətdən iqtisadi cəhətdən səmərəli istifadənin, xammalın qənaətlə işlədilməsinin təmin olunması;
ətraf təbii mühitin vəziyyətinə fasiləsiz nəzarət, istehsalatı idarəetmə, avadanlığın qəzasız və təhlükəsiz istismarı vasitələrinin yaradılması;
antropogen fəaliyyətin təsiri altında təbii mühitdə baş verən proseslərin həmin ərazini məruz qoyduğu ekoloji gərginliyin yol verilə bilən
son həddinin müəyyən edilməsi;
ətraf təbii mühitə zərərli təsirin nəticələrini aradan qaldırmaq, azaltmaq üçün mümkün üsulların müəyyən edilməsi;
təbii mühitin və təbii ehtiyatların keyfiyyətinin bərpa olunması.
Elmi idarələrin alim və mütəxəssislərin məqsədli, kompleks ekoloji proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir,
təbiəti mühafizə üzrə elmi-texniki, ekspert və ictimai şuraların tərkibinə daxil olur, layihələrin ekoloji ekspertizası üzrə rəylər verir, təbii
ehtiyatlardan səmərəli istifadə və təbiəti mühafizə sahəsində əməli məsələlərin həllinə kömək göstərir, cəmiyyətin ekoloji
mədəniyyətinin formalaşmasında iştirak edir və öz araşdırmalarının elmi nəticələrinə və ekspert rəylərinə görə şəxsi məsuliyyət daşıyır.
Ətraf mühiti çirkləndirən respublika nazirlikləri, baş idarələri, birlikləri və müəssisələri tabeliyindən asılı olmayaraq, birbaşa müqavilələr
əsasında elmi-tədqiqat və layihə-konstruktor təşkilatlarının gücü ilə ehtiyatlara qənaət edən və ekoloji cəhətdən təmiz texnologiyalar
hazırlamağa və tətbiq etməyə, yaxud istehsalatda tətbiq etmək üçün belə texnologiyaları satın almağa borcludurlar.
XII f ə s i l
Dostları ilə paylaş: