daha güclü olması və s.
Ahəng qanununun növləri: Ahəng qanunu irəli uyuşmanın bir halı
10
ahəngi (
çətirlərindən, başlanacaqdı və s.). Dodaq ahənginin dörd cür
yazılan şəkilçilərdə özünü daimi hal kimi göstərməsi.
Azərbaycan dilindəki kök və şəkilçilərin saitlərin ahəngi baxımından
bölgüsü: a) ancaq dil ahənginə tabe olanlar – iki cür yazılanlar (adamlar,
ətirlər); b) dil və dodaq ahənginə tabe olanlar – dörd cür yazılan şəkilçilər
(qapının, odunumuz); c) ahəngə tabe olmayanlar – bir cür yazılanlar
(dayımgil, inqilabi, əməkdaş).
2. Saitlərlə samitlərin ahəngi: a) Dilin vəziyyətinə görə həmcins saitlərlə
samitlərin ahəngi. Bunun arxa sıra saitlərlə (a, ı, o, u) arxa sıra samitlərin
(ğ, x, q, k' ) və ön sıra saitlərlə (ə, e, i, ü, ö) ön sıra samitlərin (k, g, x')
uyğunlaşması kimi başa düşülməsi. Bu qanunun bəzi şəkilçilərdə (lıq,-lik,-
luk,-lük; -ıq; -maq,-mək və s.) rus dilindən keçmiş bir neçə sözdə də (kino,
komuna) özünü göstərməsi. b) Səs tellərinin vəziyyətinə görə həmcins
saitlərlə samitlərin ahəngi. Bu və ya digər şəraitdə saitlərlə yanaşı düşən
kar samitlərin cingiltililəşməsi prosesi kimi özünü göstərməsi: sonu
şəraitdən asılı olaraq həm kar, həm də cingiltili tələffüz olunan və əslində
həmin səsi kar olan sözlərə saitlə başlayan söz və ya şəkilçi əlavə
olunduqda son samitin cingiltili tələffüz olunmas: palıd - [palıt] [palıda]
[palıd ağacı]; sonu k ilə qurtaran iki və çoxhecalı sözlərdə bu səsin y-nın
kar qarşılığı kimi [x’] tələffüz olunması və saitlə başlanan şəkilçi və söz
qoşulduqda cingiltililəşməsi: külək – [küləx'] – [küləyin] – [küləy əsir] və
s.; get – gedir, öyrət – öyrədir və s. kimi sözlərində yazıda da sabitləşən t-d
əvəzlənməsinin bununla bağlı olması və s.
3. Samitlər ahəngi. Geri uyuşma kimi özünü göstərməsi: hər hansı
samitin özündən əvvəl gələn samiti kar və cingiltili olmasına görə özünə
uyğunlaşdırması. Qədim Azərbaycan dilində özünü geniş şəkildə göstərsə
11
də, tədricən zəifləməsi. Kar və cingiltili qarşılığı olan samitlərin söz
daxilində yalnız öz həmcinsləri ilə yanaşı işlənməsi: kar samit - kar samit
(üst, göstər, tapşır, yaxşı), cingiltili samit – cingiltili samit (özgə, üzgün,
güzgü, oğru). Kar qarşılığı olmayan samitlərin istənilən samitlə yanaşı gələ
bilməsi (alt, dörd, ört, indi, sərt). Orfoqrafik qayda halında aşağıdakı bəzi
şəkilçilərin yazılışında özünü göstərməsi: a) kar samitlə bitən sözlərə
artırıldıqda arxasıra saitli hecalarda şəkilçinin q ilə (yapışqan, satqın,
pusqu), önsıra saitli hecalarda k ilə yazılması (
döyüşkən, kəskin, seçki); b)
cingilili samitlə bitən sözlərə artırıldıqda arxasıra saitli hecalarda şəkilçinin
ğ ilə (durğun, vurğu), önsıra saitli hecalarda isə g ilə yazılması (deyingən,
əzgin, sevgi) yazılır.
Dostları ilə paylaş: