Vurğunun morfonoloji növləri: 1. Yerinə görə: a) sabit (qeyri-
mütəhərrik, daimi) vurğu; b) sərbəst (müxtəlif yerli) vurğu; 2. Gücünə
görə: a) əsas (baş, güclü, müstəqil) vurğu; b) ikinci dərəcəli (əlavə,
köməkçi) vurğu.
Azərbaycan dilində vurğunun son hecaya düşmədiyi hallar: 1.
Bir çox alınma sözlərdə. 2. Köməkçi nitq hissələrinin şəkilçiləşmiş
formalarının sözlərə əlavə olunmasında. 3. Azərbaycan mənşəli sözlərdən
yalnız ikihecalı zərflərdə və köməkçi nitq hissələrində. 4. Sözə vurğu
qəbul etməyən şəkilçilər artırıldıqda, bəzi alınma sözlərdə.
Dinamik vurğunun güc dərəcəsinə görə növləri: 1. Baş (əsas,
birinci dərəcəli) vurğu. 2. İkinci dərəcəli vurğu.
Dostları ilə paylaş: |