Tufan və ildirim baş verdiyi zaman tədbirlər: İldırım o zaman təhlükəlidir ki, qığılcımdan sonra göy gurultusu müşahidə
olunsun. Bu halda dərhal təhlükəsizlik tədbirləri görün. Əgər kənd yerindəsinizsə,
pəncərə, qapı, baca, ventilyasiya dəliklərini bağlayın. Sobanı yandırmayın. Çünki
yüksək temperaturlu qazların müqavimət qüvvəsi aşağı olur. Telefon ilə
danışmayın: ildırım bəzən simlərin üzərinə də düşür.
İldırım çaxan zaman elektrik daşıyıcılarına, ildırım keçiricilərə, damdakı novlara,
antenaya yaxınlaşmayın, mümkün qədər televizor, radio və digər elektrik
cihazlarını söndürün. Əgər meşədəsinizsə, meşənin alçaq ağaclıq yerinə sığının.
Hündür ağacların, xüsusilə şam, palıd və qovaq ağacının yanında gizlənməyin. Su
hövzəsi, yaxud onun sahilində dayanmayın. Sahildən kənarlaşın, hündür yerdən
aşağı düşün. Düzənlikdə və ya daldalanmağa yer olmayan bir ərazidəsinizsə, yerə
uzanmayın. Bununla bütün bədəninizi elektrik cərəyanının təsiri altında
qoyursunuz. Dayaz bir yerdə, yarğanda və ya digər təbii bir dərinlikdə əyləşin,
əlləriniz ilə ayaqlarınızdan tutun.
Qasırğa - isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti
saatda 100-150 km-ə qədər çata bilən çox şiddətli küləklər.