Zəlzələdən sonra ikinci yerdədir. Küləklər necə yaranır?
Külək fərqli temperatur mərkəzləri arasında əmələ gələn hava axınıdır.
Atmosferdəki fərqli temperaturlar fərqli hava təzyiqləri əmələ gətirdiyinə görə,
hava davamlı olaraq yüksək təzyiqdən alçaq təzyiqə doğru yer dəyişir. Təzyiq
mərkəzləri, yəni atmosferdəki temperaturlar arasındakı fərq əgər çox olarsa, hava
axını, yəni külək güclü olur, bu da böyük dağıntılara səbəb olan qasırğaları əmələ
gətirir. Qasırğalar Asiyanın cənub sahillərində və Avstraliyanın Sakit okean
sahillərində Tayfun sayılır.
Tropik bir siklonun qasırğa olaraq adlanıla bilməsi üçün küləyin sürətinin heç
olmasa 117 km/saat olması lazımdır. Ümumiyyətlə, qasırğalar saatda 240 km-dən
çox surətə malikdirlər. Qasırğalar həm də böyük dəniz dalğalarına və dənizin
qabarmasına da gətirib çıxarır. Qasırğalarla birlikdə yağış da gəlir. Tropik bir
külək qurşağının orta yağış miqdarı 75-150 mm-dir. Belə yağışlar ciddi sellərin
meydana gəlməsinə də səbəb olur.
BMT-ninn fəlakətlərin təhlükəsini azaltma üzrə beynəlxalq strategiya çərçivəsində
hazırladığı hesabata görə, 2008-ci ildə daha çox Myanmada baş verən "Nərgiz"
qasırğası can alıb. Nə az, nə çox, 138 min nəfər həyatdan məhrum olub, yüz
minlərlə insan evsizeşiksiz qalıb. "Nərgiz" Myanmaya 4 milyard dollar ziyan
vurub.