Qanunvericilik Toplusu, 2012-
ci il, №06, maddə 497) ilə 70-ci maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Maddə 70. Torpaq sahələrinin geri alınmasının ümumi qaydaları
1. Mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri dövlət ehtiyacları və ya ictimai
ehtiyaclar üçün geri alına bilər.
2. Torpaq sahələri mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin razılığı olduqda, müvafiq
icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı (və ya müqavilə) əsasında geri alına (satın
alına) bilər.
3. Mülkiyyətdə və icarədə olan torpaqların dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün
özgəninkiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.
Əvəzsiz istifadədə olan torpaqların məcburi geri alınması müvafiq icra hakimiyyəti orqanının
və ya bələdiyyənin vəsatəti əsasında məhkəmənin qərarı ilə həyata keçirilir.
4. Xüsusi mülkiyyətdə olan torpaqların dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün
özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş
hallarda və şərtlərlə yol verilir.
5. Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaq sahələri dövlət, ehtiyacları və ya
ictimai ehtiyaclar üçün qanunvericiliklə müəyyən edilmiş qaydada özgəninkiləşdirildikdə, onun
dəyəri qabaqcadan xeyrinə torpaq sahəsi alınan müəssisə, idarə və ya təşkilatın, yaxud müvafiq
icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsaiti hesabına torpağın geri alındığı vaxtda mövcud
olan bazar qiyməti ilə həmin şəxsə tam həcmdə ödənilir.
6. İstifadədə və icarədə olan dövlət torpaqlarının dövlət ehtiyacları üçün geri alınması
zərurəti yarandıqda, bələdiyyələr bu barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət
qaldırırlar.
7. Torpağın geri alınması barədə qərarlardan məhkəmə qaydasında şikayət vermək olar.
8. Torpaq sahəsi dövlət, ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alındıqda, qarşılıqlı
razılıq əsasında onun əvəzində mülkiyyətçiyə və ya istifadəçiyə (icarəçiyə) eyni ölçüdə və
ke
yfiyyətdə başqa yerdə torpaq sahəsi də verilə bilər.
9. Torpaq sahələrinin geri alınması, dövlət ehtiyacları üçün alınması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə
tənzimlənir.
Dostları ilə paylaş: |