Kompüterin arxitekturasının öyrədilməsi
metodikası.
Kompüterin arxitekturası aşağıdakı
Xumar Novruzova İnformatikanın tədrisi metodikası
- 100 -
ardıcıllıqla öyrədilir:
- Kompüterin təyinatı;
- Kompüterin əsas qurğuları və onların funksional
xarakteristikaları;
- Kompüterin daxili və xarici yaddaşı;
- Fərdi kompüterlərin arxitekturasının əsas
xüsusiyyətləri. [18, s.240-241]
EHM-in arxitekturasının əsasları 1940-cı illərin
axırlarında amerikalı alim Con fon Neyman tərəfindən
müəyyən edilmişdir. İkinci dünya müharibəsindən
sonra yaradılan ilk EHM olan ENİAK maşını üçün
Neyman hesablama maşınlarının quruluşu
prinsiplərini işləyib hazırlamışdı. Bu prinsiplər
Neymanın adı ilə adlandırılır və aşağıdakı kimi şərh
edilir:
4.
Kompüter proqramla işləyən avtomatdır,
yəni kompüterin işləməsi üçün proqram
olmalıdır.
5.
Kompüter ardıcıl ünvanlanan yaddaşa malik
olmalıdır.
6.
Əmrlərlə verilənlər arasında heç bir fərq
yoxdur. Əmrlər verilən kimi baxmaq və
onlar üzərində əməliyyatlar aparmaq olar.
7.
Verilənlərin təyin edilməsi aparat
səviyyəsində deyil, tam səviyyədə aparılır.
|