Xumar Novruzova İnformatikanın tədrisi metodikası - 95 -
“Rəqəmsal texnologiya” termininin yaranması da
məhz bununla bağlıdır. Əslində əlifbanın özü,
riyaziyyatda istifadə olunan rəqəm və işarələr və s.
kodlaşdırmaya misaldır.
Kompüterdə qrafik informasiyanın təsviri. Təsvirlərin (rəsm, animasiya, sxem və s.)
kodlaşdırılması üçün rastr, vektor və 3 ölçülü
modellərdən istifadə edilir. Rastr modelinə görə təsvir
piksel adlanan eyni rəngli nöqtələrə bölünür. Burada
müəllim şagirdlərə üç əsas rəng – qırmızı, yaşıl və
göy (RGB modeli) və üfüqün 7 rəngi haqqında izahat
verməlidir. RGB modelinə əsasən hər bir rəngin bu 3
rəngdən necə alınmasını müxtəlif üsullarla əyani
şəkildə göstərmək olar. Rənglərin kodlaşdırılması
onlardan əlavə rənglərin alınması və rəngin parlaqlığı,
çalarlarının sayının artırılması üçün əlverişli üsuldur.
Qrafik informasiyanın vektor üsulu ilə
kodlaşdırılması üçün həndəsi fiqurlardan – düz xətt,
ellips, çevrə, düzbucaqlı və s. kimi fiqurların
hissələrindən istifadə olunur. Bu üsul çertyoj, sxem,
qrafik şəkillərin çəkilməsi üçün əlverişlidir.